Daşı- daş üstə qoyanda...
Bu gün Bakıda həyət evi tikmək, daşı - daş üstə qoymaq çox çətin işdir.
Əvvəl- əvvəl bir iş görən kimi, yəni ev inşa edəndə o dəqiqə aid oldu, olmadı müxtəlif qurumların nümayəndələri tökülüşüb gəlir ki, bəs ev tikirsən, bizim "şirinliyimizi" ver? Və sən də onların dedikləri o" şirinliyi" verirsən. Bundan sonra hamısı çıxıb gedir və oturur yerində. Elə ki, ev tikilib başa çatdı və yenidən gəlib deyirlər ki, bu evi qanunsuz tikmisən, əgər lazımi sənəd yoxdursa, evi uçuracağıq.
O" lazımı sənədi" almaq üçün İcra Hakimiyyətinə bir ətək pul verməlisən. Pulu verdin "lazımı sənədi" düzəldib sənə verirlər. Amma pul onlara çatmasa, evdə köçüb yaşasan da, onu başına uçuracaqlar! Tay baxmayacaqlar ki, sənin bu vətən yolunda nə xidmətin, əziyyətin var! Bir gün də gəlib görəcəksən ki, yaşadığın evi bulduzerin qabağına verib ucurublar.
Qarğış eləməkdən və dizini yerə qoyub hönkür- hönkür ağlamaqdan başqa əlindən bir iş gəlməyəcək. Yazdığımız bu hadisə nağıl deyil, günümüzün reallığıdır!
Emil Faiqoğlu
Digər Xəbərlər
19 Dekabr 2025 17:29
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
19 Dekabr 2025 15:42
Neft məhsullarının ilk partiyası Ermənistana çatdı
19 Dekabr 2025 13:46
Elektron siqaretlərlə bağlı qadağanın bu tarixdə qüvvəyə minməsi təklif olunur
19 Dekabr 2025 13:40
Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyənləşir
19 Dekabr 2025 13:09
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırlır
19 Dekabr 2025 12:35
Bu informasiyanın internetdə yayılması qadağan ediləcək
19 Dekabr 2025 12:35
Kənd təsərrüfatı sahəsində tikinti ilə bağlı yeni qayda
19 Dekabr 2025 10:36


Bakı -°C

