Hər yanda bir pişik...
Mənə elə gəlir ki, heyvanlar arasında ən böyük sevgi pişiklərədir. Deyə bilərsiniz ki, bəs ceyran, maral, cüyür? Bəli, onlara da ,sevgi böyükdür ,amma pişiklər qədər deyil.Ən azından ona görə ki, bu heyvanları insanlar çox nadir halda- ya qoruqda, ya da ki, zooparkda görürlər.
Ancaq pişikləri hər yerdə, hər binada, hətta metroda belə görmək olur.Və pişiklər də insanların sevgisinə öyrəşiblər. Adam görən kimi, onun ardınca düşürlər. Bilirlər ki, ya yemək verəcəklər, ya da basını tumarlayacaqlar. Metronun " Xalqlar dostluğu" stansiyasının girişi də bir dilənçi arvad var.
Ona verilən qəpik- quruşla pişiyə yemək alır, soyuq havada pişiyi paltarına büküb, qucağına alır.Yağan yağısdan bir damcı belə pişiyin üstünə düşmür. Bu dilənçinin pişiyə sevgisi! Sosial şəbəkədə bir gürüntü yayılib, bir adam pişiyi vurur. Yaxşı iti başa düşürük, o, adamı tuta bilir, bəs puşiyin günahı nədir? Pişik ki, insanlara sevgi verir.
Deməli, hər adamda heyvanlara qarşı sevgi yoxdu.Amma əksər insanda bu sevgi var!Və onu da yaddan çıxarmayaq ki, bəzi insanlardan sahiblərinə heyvanlar daha sədaqətlidir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Noyabr 2025 11:43
“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi - FOTOLAR
07 Noyabr 2025 15:42
Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?
04 Noyabr 2025 14:44
Beynimizi vaxtından əvvəl qocaldan gündəlik vərdişlər
04 Noyabr 2025 10:26


Bakı -°C

