Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər.
Adalet.az xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərindən gedir. 2017-ci ildə "Nature" jurnalında dərc olunan araşdırmada bu qalıqlar erkən Homo sapiens nəslinə aid edilib və onların yaşı 315 ± 34 min il olaraq müəyyənləşdirilib.
2026-cı ilin sentyabrında "Heritage" jurnalında yayımlanan yeni elmi işdə isə həmin fosillər əsasında üzün rəqəmsal forensik rekonstruksiyası təqdim olunub. Tədqiqatçılar Jebel Irhoud ərazisindəki bir neçə fosildən hazırlanmış üçölçülü kompozit kəllə modelindən istifadə ediblər.
Araşdırmada kəllənin anatomik xüsusiyyətləri əsasında üz cizgiləri müəyyənləşdirilib və iki fərqli görüntü hazırlanıb. Onlardan biri sümüklərlə uyğunluğu göstərən elmi rekonstruksiya, digəri isə dəri rəngi və üz tükləri əlavə edilmiş bədii təsvir olub.
Qeyd edək ki, Jebel Irhoud fosilləri Homo sapiensin təkamülünün ilkin mərhələləri barədə mühüm məlumat verən tapıntılar sırasında yer alır. 2017-ci ildə aparılan araşdırma onların müasir insanın formalaşmasının daha əvvəlki dövrlərə gedib çıxdığını göstərmişdi.
Digər Xəbərlər
18 Noyabr 2026 08:31
Marsda sirli buzlaqlar kəşf edildi
17 Noyabr 2026 16:47
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
17 Noyabr 2026 16:35
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
17 Noyabr 2026 12:20
“Su buxarı soyudularaq maye hala gətirilir və təmiz su əldə olunur”
17 Noyabr 2026 07:33
Açıq-saçıq şəkillər müqabilində müharibə planlarını sızdırıb - Daha bir “bal tələsi” qalmaqalı
17 Noyabr 2026 07:32
Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
17 Noyabr 2026 07:30
Pasportları alüminium folyoya bükürlər
17 Noyabr 2026 07:18


Bakı -°C

