“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb
“Ulduz” jurnalının yeni nömrəsində yenə də bir-birindən maraqlı materiallar dərc olunub.
Adalet.az xəbər verir ki, jurnalın yeni formatda ikinci sayı yazıçı Mirmehdi Ağaoğlunun “Özüylə söhbət”i və hekayəsi ilə başlayır. Ardından “Şeir vaxtı” rubrikasında Rəbiqə Nazimqızının şeirləri yer alıb. Jurnal oxucuları üçün Təranə Dəmir, Pərviz Qurbanlı, Pərviz Axund, Aynur Qafarlı, Cavid Fərzəli, Ceyhun Ötkəm kimi müəlliflərin də şeirlərini bu nömrədə təqdim edir.
“Ulduz”un ənənəvi “Qısa fikirlər xəzinəsi” Məhəmməd Füzuliyə, eləcə də digər görkəmli şəxslərin aforizmlərinə həsr olunub.
Nəsr əsələrinə gəldikdə, Əfsanə Laçının bir neçə hekayəsi, İlahə Səfərzadənin “Lal”, Qafar Cəfərlinin “Gülzəri” adlı hekayəsi, eləcə də Xalq yazıçısı Natiq Rəsulzadənin “Hifz et və bağışla” əsəri bu nömrədə oxucuların görüşünə gəlib.
“Nobel mükafatçıları” rubrikasında ədəbiyyatşünas alim İlham Abbasov görkəmli yazıçı Tomas Elitoun yaradıcılığı barədə araşdırma ilə çıxış edir.
Jurnalının keçirdiyi müsabiqənin finalçıları barəsində filologiya üzrə elmlər doktoru İradə Musayeva əsərlərin tənqid və təhlilini verib.
“Ustad dərsləri” rubrikasında filologiya üzrə elmlər doktoru Məti Osmanoğlu “Təbiətlə ədəbiyyat bir araya gəldikdə” yazısı, eləcə də Herman Hessenin “Sənətkar və psixoanaliz” adlı tərcüməsi yer alıb.
"Yazı masası" rubrikasının budəfəki qonağı Xalq şairi Nəriman Həsənzadədir.
“Dərgidə kitab”da Mənsurə Qaçayqızının bir neçə əsəri, “Dərgidə sərgi” rubrikasında isə rəssam, musiqişünas Təranə Nurinin üç rəsm əsəri dərc olunub.
Digər Xəbərlər
21 Sentyabr 2026 13:14
Əbülfət Mədətoğlu: ÜRƏYİM
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 12:26
Nizami Cəfərov fenomeni
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50


Bakı -°C

