Meyvələr niyə bahadır?
Heç kimə sirr deyil ki, ötən illərə müqayisədə bu il bazarlarda və marketlərdə müxtəlif meyvələr çox bahadı.
Xüsusilə də gilasın ,albalınin qiyməti " od tutub" yanır. Bunu mütəxəssislər bir çox səbəblərlə izah edirlər. Əsas qiymət artımına səbəb kimi hava şəraitinin qeyri- sabit keçməsi göstərilir. Ki, dolu, leysan yağışlar meyvələri məhv edib.
Digər səbəb isə qıtlıqdan istifadə edən alverçilərin qiymətləri süni surətdə artırmasıdır! Mövsüm vaxtı kiloqramı 10- 15 manata gilas olar! Albalı və digər meyvələrdə çox baha qiymətə satılır! Kəndliyə imkan vermirlər ki, öz məhsullarını bazara gətirib ucuz qiymətə satsın.
Bazara girməmiş elə qapının ağzında alverçilər qızıl quş kimi başlarının ustünü kəsdirir, malın qiymətini " öldürür" və ucuz qiymətə onlardan meyvələri alırlar! Bu da bazarlarda fantastik qiymətə meyvə satışına şərait yaradır!Hər halda, gözləyik görək ucuzlaşma nə vaxt olacaq! Amma bu gedişlə heç vaxt!
Emil Faiqoğlu
Digər Xəbərlər
07 Aprel 2026 11:22
“Dinlər insanları birləşdirmək, saflaşdırmaq, mənəviyyatını zənginləşdirmək üçündür”
06 Aprel 2026 17:40
İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı
06 Aprel 2026 17:12
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
06 Aprel 2026 13:54
Heydərov bu dəfə sürüşmə təhlükəsi olan ərazidə - VİDEO
06 Aprel 2026 11:20
Azərbaycanda bu şəxslər eyni maaş alacaq - Yeni tələb
06 Aprel 2026 09:46
Kommunal xidmətlər səfərbər oldu: İntensiv yağışların fəsadları aradan qaldırılır - FOTOLAR
06 Aprel 2026 09:39
ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama
05 Aprel 2026 20:27


Bakı -°C

