Şuşadakı bu məscidlər muzey kimi fəaliyyət göstərə bilər
Şuşada bərpa edilən məscidlərin içində ola bilər ki, bəzisi muzey kimi fəaliyyət göstərsin.
Adalet.az xəbər verir ki, bunu APA-nın sualına cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.
Sədr müavini qeyd edib ki, bu özü də Şuşaya ayrıca gözəllik qatacaq: "Əsasən, bu məscidlər aidiyyəti üzrə fəaliyyət göstərəcək. Lakin dediyim kimi, elə məscidlər ola bilər ki, muzey kimi istifadə edilsin. Bu isə özlüyündə Şuşanın simasına əlavə bir gözəllik qatacaq".
Səyyad Salahlı dağıdılmış məscidlərin hər birinin bərpa ediləcəyini deyib: "Biz çalışacağıq ki, Qarabağda və Şuşadakı bütün məscidləri bərpa edək. Məsələ burasındadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından qorxaraq Gövhər ağa məscidini, Ağdam məscidini və bu kimi bəzi məscidlərimizi dağıda bilmədilər, yer üzündən silə bilmədilər. Amma elə məscidlər də var ki, onları darmadağın ediblər. Təməlinə qədər söküblər, daşlarını aparıblar. Biz bu məscidləri də bərpa edəcəyik".
Digər Xəbərlər
08 Yanvar 2026 13:05
Sabah dağlıq ərazilərdə qar yağacaq
08 Yanvar 2026 12:59
Azərbaycan Avropaya ilbiz məhsullarının ixracına başlayır
08 Yanvar 2026 11:31
Azərbaycanda quş qripinə yoluxma var? - RƏSMİ CAVAB
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 11:26
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:08
Qarlı hava ilə bağlı avtomobillərə nə qədər ziyan dəyib?
06 Yanvar 2026 15:04


Bakı -°C

