adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 18:52
74
GÜNDƏM
A- A+

‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ kitab albomu təqdim edildi

Iyulun 7-də Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin müəllifi olduğu ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitab-albomun təqdimat mərasimi keçirildi. Özbəkistan Kinonematoqrafiya Agentliyinin zalında beş tutan mərasimdə Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, digər rəsmi şəxslər və ictimiayyət nümayəndələri iştirak etdilər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri, iki ölkə arasındakı münasibətləri, imzalanan dövlətlərarası sənədləri və ümumiyyətlə son illərdə müşahidə edilən artım dinamikasını özündə əks etdirən çarx nümayiş olundu. Daha sonra çıxış edən natiqlər  Azərbaycan və Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin təməlindən, dövlət başçılarının bu mühüm prosesdəki məhsuldar və səmərəli fəaliyyətini qeyt edilər. Şuhrat Qaniyev ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitab-albomunu iki ölkənin ensiklopediyası kimi dəyərləndirərək, onun nəşrinə görə Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə minnətdarlığını bildirdi.

Daha sonra çıxış edən natiqlər Azərbaycan və özbək xalqlarının əbədi qardaşlıq və dostluğundan danışdılar. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə öz nitqinə - ‘’Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz nəşrin təqdimat mərasimində bir araya gəlmişik’’ fikri ilə başladı. Təqdim edilən nəşrin Azərbaycan və Özbəkistan üçün əhəmiyyətindən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri kitab-albom iki qardaş xalq, müttəfiq dövlətin ən yeni tarixində qüdrətli dövlət rəhbərlərinin səyləri və müdrik addımları sayəsində siyasi müttəfiqlik zirvəsinə yüksəlmiş münasibətlər dönəmində mədəni-mənəvi əlaqələrin, dini dəyərlərin inkişafını əks etdirmək məramı daşıyır. 

İki dildə - Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarıı, məktub və məruzələri və fotoşəkillərdən ibarətdir.