Suriyada Bəşər Əsəd rejiminin çökdüyü ELAN EDİLDİ - YENİLƏNİB
Prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən Suriya üsyançıları televiziya ilə yayımlanan bəyanatda Dəməşqə nəzarəti ələ keçirdiklərini və Bəşər Əsəd rejimini devirdiklərini bildiriblər.
Adalet.az xəbər verir ki, yaraqlılar bütün məhbusların azad olunduğunu elan ediblər.
Bəşər Əsəd Dəməşqdən naməlum istiqamətə uçub.
***
Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” bildirib.
Adalet.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi adı açıqlanmayan suriyalı zabitə istinadən yazır.
“Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması ilə bağlı zabitlərə məlumat verib”, - məlumatda deyilir.
Suriyadakı terrorçular Dəməşqin “artıq Əsəddən azad olduğunu” bildiriblər.
*** 08:16
Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib.
Adalet.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Məlumata görə, Əsədin təyyarəsi naməlum istiqamətə uçub.
Rusiya, Türkiyə, İran və bir sıra ərəb ölkələri də daxil olmaqla Suriya müzakirəçiləri böhranın həlli ilə bağlı bəyanat yayıb və siyasi həllə çağırıblar.
Məlumata görə, araqlılar Dəməşqin 130-150 km-də yerləşən Homs şəhərini nəzarətə götürüblər. Suriya Müdafiə Nazirliyi Suriya ordusunun Latakiya əyalətinin şimalından çıxarılması ilə bağlı xəbərləri təkzib edib. Dəməşqdə partlayış səslərinin eşidildiyini, hava limanının fəaliyyətini tamamilə dayandırdığı bildirilir.
"Əl-Cəzirə" kanalı Suriya hərbçilərinin Dəməşqin mərkəzini tərk etdiyini, mərkəzi televiziya binalarının isə kənar şəxslər tərəfindən zəbt edildiyini iddia edir. Eyni zamanda, məlumata görə, silahlı terrorçular Dəməşqin ən böyük həbsxanalarından biri olan “Seydnaya”nın bütün məhbuslarını azadlığa buraxıb.
Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" telekanalı Suriya baş nazirinin bəyanatına istinadən onun evində olduğunu və oranı tərk etmək fikrində olmadığını, suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazır olduğunu bildirib.
Hazırda Dəməşqdə şiddətli atışma gedir.
Digər Xəbərlər
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26
BMT ona qoyulan sanksiyaları ləğv etdi - Bir ölkə bitərəf qaldı
06 Noyabr 2025 22:07
Polşa prezidenti Ukraynanı naşükürlükdə ittiham etdi
06 Noyabr 2025 21:46


Bakı -°C

