Süni intellektdən qazanılan pulları vətəndaşlarla bölüşəcəklər
2027-ci ildə Tayvanda süni intellektdən əldə edilən dividendlər hesabına hər bir vətəndaşa 10 min Tayvan dolları (təxminən 534 AZN) ödəniləcək.
Adalet.az “Taipei Times Dawn” nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə ümumilikdə 235,7 milyard Tayvan dolları (12 milyard 580 milyon AZN) ayrılacaq.
Bildirilib ki, bu qərarın qəbul edilməsinə səbəb cari ildə Tayvan iqtisadiyyatının gözləniləndən daha yaxşı göstəricilər nümayiş etdirməsidir. Əldə olunan yüksək nəticələr süni intellektə artan qlobal tələb fonunda yarımkeçiricilər sənayesinin, informasiya-kommunikasiya texnologiyalarının və istehsal zəncirlərinin inkişafı, həmçinin bu sahədə sifarişlərin, tədarüklərin və investisiyaların artması ilə bağlıdır.
Vətəndaşlara birdəfəlik müavinətin ödənilməsinin dövlət büdcəsində kəsirin və ya dövlət borcunun artmasına səbəb olmayacağı bildirilir.
Digər Xəbərlər
18 Avqust 2026 18:00
"İranla danışıqlar aparılmır" - Tramp
18 Avqust 2026 17:42
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
18 Avqust 2026 16:43
Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
18 Avqust 2026 16:42
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
18 Avqust 2026 16:40
İmran Xan həbsxanadan xəstəxanaya köçürülür
18 Avqust 2026 16:30
Qazaxıstanda xərçəng əleyhinə yerli dərmanın klinik sınaqları keçirilir
18 Avqust 2026 14:38
Müharibəni tənqid etdi, işdən çıxarıldı: Rusiyanın baş iqtisadçısı vəzifəsini itirdi
18 Avqust 2026 14:00


Bakı -°C

