İmran Xan həbsxanadan xəstəxanaya köçürülür
Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb.
Adalet.az xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qərar qəbul edib. O, məhkəmə tərəfindən təyin edilmiş tibbi komissiyanın nəzarəti altında sentyabrın 16-dək xəstəxanada qalmalıdır.
Məlumata görə, bu qərar İmran Xanın saxlanıldığı həbsxananın rəisinin keçmiş baş nazirin sağlamlıq vəziyyəti barədə hesabatı məhkəməyə təqdim etməsindən sonra qəbul edilib. Həkim İmran Xanın nəbzinin və ürəyinin vəziyyətinin normada olmadığı qənaətinə gəlib. Məhkəmənin qərarına əsasən, bununla bağlı yaradılacaq tibbi komissiyanın tərkibinə sabiq baş nazirin şəxsi həkimi və bacısı doktor Üzma Xan daxil ediləcək. Vəkillərə və ailə üzvlərinə onun tibbi müayinəsinin nəticələrini açıqlamaq qadağan edilib.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 73 yaşlı İmran Xan 2023-cü il avqustun 5-dən həbsdədir. O, dövlət sirri barədə qanunu pozmaqda ittiham olunaraq 10 il, korrupsiyaya görə isə 14 il həbs cəzasına məhkum edilib.
Digər Xəbərlər
18 Avqust 2026 18:00
"İranla danışıqlar aparılmır" - Tramp
18 Avqust 2026 17:42
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
18 Avqust 2026 16:43
Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
18 Avqust 2026 16:42
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
18 Avqust 2026 16:30
Qazaxıstanda xərçəng əleyhinə yerli dərmanın klinik sınaqları keçirilir
18 Avqust 2026 16:25
Süni intellektdən qazanılan pulları vətəndaşlarla bölüşəcəklər
18 Avqust 2026 14:38
Müharibəni tənqid etdi, işdən çıxarıldı: Rusiyanın baş iqtisadçısı vəzifəsini itirdi
18 Avqust 2026 14:00


Bakı -°C

