Azərbaycan CNN-i məhkəməyə verdi
Azərbaycan ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.
Adalet.az xəbər verir ki, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir.
2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.
Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-in sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.
Amma belə bir cavaba baxmayaraq, materialda Azərbaycanın təqdim etdiyi mövqenin adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.
Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.
Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib.
İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.
CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib.
Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.
Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edildiyi məlumdur. O, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı da dərc etdiyi məqalələrdə Azərbaycana qarşı qərəzli iddialar yayımlayıb.
Digər Xəbərlər
18 Avqust 2026 17:52
“Qırmızı Körpü” gömrük postunda 1030 yük maşını canlı növbədədir
18 Avqust 2026 17:30
Rövşən Rzayev vətəndaşların problemini dinlədi
18 Avqust 2026 16:35
Nərminə Kamala agentlikdə yeni vəzifə verildi
18 Avqust 2026 14:27
Hərbi Prokurorluğun rəhbərliyi sərhədçiləri ziyarət etdi
18 Avqust 2026 13:42
Aqil Abbas SƏRHƏDÇİLƏRİ TƏBRİK ETDİ
18 Avqust 2026 12:40
Sabah 37 dərəcə isti olacaq
18 Avqust 2026 12:35
Yeni metro stansiyalarının piyada əlçatanlıq xəritəsi necə olacaq?
18 Avqust 2026 12:00


Bakı -°C

