Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
Milli CERT Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Müşahidələr göstərir ki, kiberhücumçular istifadəçi hesablarına icazəsiz girişi müxtəlif üsullarla həyata keçirirlər. Onlar xarici IP ünvanlarla yanaşı, trafikini Azərbaycan ərazisindən daxil olan legitim bağlantı kimi göstərmək və mümkün coğrafi məhdudiyyətlərdən yayınmaq məqsədilə Azərbaycan IP ünvanları təqdim edən "VPN" və proksi infrastrukturlarından da istifadə edirlər.
Kiberhücumların əsas məqsədi "Microsoft 365", eləcə də digər e-poçt mühitlərinə icazəsiz giriş əldə etməklə qurum və təşkilatlara məxsus məxfi məlumatların, elektron yazışmaların və digər həssas məlumatların ələ keçirilməsindən ibarətdir.
Bununla əlaqədar, Milli CERT təşkilat və qurumlara istifadəçi hesablarının təhlükəsizliyini gücləndirmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə edir:
giriş loqlarının yoxlanılması, xüsusilə eyni gün ərzində həm xarici ölkələrdən, həm də Azərbaycan IP ünvanlarından qeydə alınmış girişlərin təhlil edilməsi;
eyni mənbədən çoxsaylı hesaba qarşı uğursuz giriş cəhdlərinin araşdırılması;
şübhəli uğurlu girişlərin müəyyən edilməsi;
bütün istifadəçi hesabları üzrə çoxfaktorlu autentifikasiyanın ("MFA") aktivləşdirilməsi.
Müşahidə olunan fəaliyyətlə əlaqələndirilən hücum indikatorlar ("IOC") aşağıdakılardır:
146.70.247[.]20
179.43.158[.]195
130.94.80[.]141
94.20.154[.]138
35.178.160[.]238
Digər Xəbərlər
10 Oktyabr 2026 10:15
Ağıllı eynəkləri qadağan edirlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06
Azercell-in baş icraçı direktoru DCO-nun Baş katibi ilə görüşdü
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31


Bakı -°C

