adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyun 2019 17:53
16630
ƏDƏBİYYAT

Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?

Stalin övladları (istər qanuni, istərsə dəqeyri-qanuni A.İ) içərisində ən çox sevdiyi və ərköyün böyütdüyü qızı Svetlanaidi. Rəhbər qızını həmişə "Sitanka” deyə, çağırarmış.

Svetlana yüngül əxlaqlı bir qız kimi böyümüş və beşdəfə ailə həyatı qurmuşdu.

Birinci ailə həyatını 1944-cü ildə yəhudi QriqoriMorozov ilə qurur. Onların İosif adında oğulları dünyaya gəlir. 1949-cu ildəonlar ayrılır.

Nəvə İosif sonralar Aliluyev soyadını götürür. O, tibbüzrə təhsil alaraq, kardioloq ixtisasına yiyələnir. Daha sonra tibb üzrə elmlərdoktoru, RSFSR-nin əməkdar elm xadimi adına layiq görülür. Nəvə İosif2008-ciildə vəfat edib. O, iki dəfə ailə həyatıqurmuş, birinci evliliyindən İlya adında oğlu var.

1949-cu ildə Svetlana ikinci dəfə ailə həyatıqurur. O, görkəmli partiya və siyasi xadim, SSRİ Ali Sovetinin sədri Andrey Jdanovun oğlu Yuriy Jdanovla evlənir. Cütlüyün1950-ci ildə Ekaterina adında qızları dünyaya gəlir. Bu evlilik 1952-ci ildəsona çatır. Nəvə Ekaterina ixtisasca vulkanşünasdı. Vsevolod Kozevlə ailə həyatıqurmuş, cütlüyün Anna adında bir qız övladları var. Hal-hazırda uzaq Komçatkadasadə həyatını sürdürür.

1957-ci ildə rəhbərin qızı Aleksandr Svanidze iləailə həyatı qursa da, 1959-cu ildə boşanırlar. Uşaqları olmur.

1962-cü ildə Svetlananın Moskvada ezamiyyətdə olanhindli kommunist Brandşem Sinqxla izdivacı yaranır, 1963-cü ildə onlar vətəndaşnikahı ilə evlənirlər. 1967-cı ildə hindli əri vəfat edir. Övladları olmur.Ərinin vəsiyyətini yerinə yetirmək üçün Svetlana sovet hökumətindən çətinliklədəolsa icazə alaraq, ərinin nəşini Hindistana apararaq yerli qayda-qanunlarla dəfnolunmasına nail olur. Ardınca isə o, Hindistandakı ABŞ səfirliyinə sığınır vətezliklə həmin ölkəyə qaçır.

1970-ci ildə Svetlana amerikalı memar UilyamPiterslə ailə həyatı qurur. Onların 1971-ci ildə Olqa adında qızları dünyaya gəlir.Lakin, Svetlananın sayca 5-ci olan nikahı da xöşbəxtliklə nəticələnmir və1973-cü ildə cütlüklər ayrılır.Sonralar Olqa adını dəyişərək Kris edir. ABŞ-daStalinin amerikalı nəvəsi Kris Evans kimi tanınır. Rəhbərin nəvəsidə yüngül və əxlaqsızhəyat tərzi keçirməklə məşğuldu, övladı yoxdu.

Svetlana Stalin bir neçə kitabların müəllifidir.Onlar içərisində ən məşhuru "Dosta 20 məktub”dur. Sonralar bu kitab bestsellerəçevrilir. O, bu kitabdan 3 milyona yaxın qonorar əldə edir. Həmin kitabda rəhbərinhəyatından maraqlı və sirli məqamlardan söhbət açılır.

Rəsmi məlumata görə xalqlar atasının sonuncu övladı22 noyabr 2011-ci ildə Viskonsil Ştatının Medison şəhərində qocalar evində xərçəngxəstəliyindən vəfat edir. Onun vəsiyyətinə uyğun olaraq nəşi yandırılır, külüisə qızı Kris Pitersin yaşadığı Oreqon Ştatının Portlend şəhərində dəfn edilir.Amma məzarın yerini demək olar ki, heç kim bilmir.

Gördüyünüz kimi İosif Stalin SSRİ rəhbəri olmaqlakifayətlənməmiş, həmçinin beynəlmiləlçi ailə institutunun yaranmasında şəxsinümunə göstərərək gürçü, rus, qaraçı, alman, fransız, ukrayin, yəhudi, əlcəzair,amerikan xalqları ilə birbaşa və dolayı yolla qohum olmuşdu.

İki maraqlı məqamıda diqqətinizə çatdırmaq istərdimki, Svetlana Stalin son müsahibələrinin birində ona siz russunuz, gəlin ruscadanışaq ifadəsinə, kəskin şəkildə etiraz bildirərək:"mən rus deyiləm, çünki mənim atamgürcü, anam isə yarı qaraçı, yarı almandı”!

Digər bir maraqlı məqam isə odur ki, Stalininikinci həyat yoldaşı Nadejda Alliluyeva Bakıda dünyaya gəlib, 1903-cü ilə qədərpaytaxtımızda yaşayıb. Onun atası Sergey Alliluyev inqilabi fəaliyyəti ilə əlaqədar,Bakıda və bütün Qafqazda yaşamağı qadağan edirlər nəticədə o, əvvəlcə Rostova,sonra isə Petroqrada (Sankt-Peterburqa) köçür.

Bununla onu demək istəyirəm ki, əgər bizlər iftixarhissi ilə Rixard Zorgeni (metis: anası rus, atası alman), Anatoli Banişevskini(rus), Lev Landaunu (yəhudi), Mstislav Rastopoviç (metis: anası rus, atasıpolşalı), Teymur Rəcəbovu (yəhudi) və digərlərini azərbaycanlı adlandırırıqsa,o zaman heçnədən çəkinmədən Nadejda Alliluyevanı da, azərbaycanlıadlandırmalıyıq. Deməli Stalini azərbaycanlılarla da, qohum hesab etməyimizüçün heç bir maneə qalmır.

P.S azərbaycanlı milliyət və ya etnik mənşə deyil, AzərbaycanRespublikasında yaşayan bütün xalqların ümumi dildə ifadəsi və vətəndaşlığı deməkdir.Respublika ərazisində yaşayaraq, qanunla müəyyən edilmiş qaydada, istənilən əcnəbiölkəmizin vətəndaşı - azərbaycanlı ola bilər.

Abdulla İsmayıloğlu