Söz sözü çəkər, arşın da bezi, yaxud niyə belə deyirik?

ÖlmüşdüXankişi qoburu əldən versin
Qaryaginrayonunda(indiki Füzuli rayonu)Xankişi adlı bir milis işçisi varmış. Rəis həmişə onu beməzləyirmişki, bəs o, qaçaq-quldura, oğru-əyriyə qarşı fəal mübarizə apara bilmir.
Xankişibu dəfə də rəisin yanından qanıqara çıxır və fikirli-fikirli evinə sarı gedir.O, qaranlıq döngənin birindən keşərkən biq quldurla qarşılaşır. Quldur Xankişidənüstündəki pul-paranı, qiymətli şeyləri verməyi tələb edir. Xankişi onun dediklərinəəməl edərək olan-qalan şeylərini quldura verir. Quldur onun tapançasını da əlindənalıb qaçər.
Xankişikor-peşman geriyə-şpbəyə qayıdıb vəziyyəti rəisə söyləyir. Rəisin gözüXankişinin belindən asılmış tapançanın qoburuna sataşır. Rəis maraqla soruşur:
-Bəsdeyirsən, tapançanı aparıblar, qobur ki,belindədir?
Xankişiözünü çəkərək şəstlə deyir:-Bəyəm Xankişi ölmüşdü ki, qoburu da əldən versin.
Bu hadisəbütün rayona yayılır. Hamı Xankişini təbəssümlə qarşılayır, hətta ona belə birşəbədə də qoşurlar:
-Yemisənturş alçanı,
Qarnınçalır kamanşanı,
Xankişi,götür tapançanı,
Qoymaqobudan qaçanı.
İgidlik boyunan ölçülmür
Qoçəhmədli kəndində Allahyar oğlu Sübhan adlı birkişi varmış. Boydan balaca, amma od-yalav imiş.
Bir gün Qarabağ xanı onun adını eşidib Qoçəhmədliyəgəlir. Sübhanın evini soraqlaşıb tapır. Baxır ki, qapıda bir törə kişi midilənir.Çağırır ki, a gədə, bura Sübhanın evidi?
Törə kişi cavab verir ki, bəli! Xan keçir həyətə.Törə kişidən soruşur ki, hanı Sübhan? Törə kişi deyir ki, örüşə gedib, mən onunnökəriyəm. Əylənin, gələr. Xan və əyanlarını əyləşdirib, bir qoç kəsir. Tezqaraqovurma eləyib ortalığa gətirir. Arvadı da bir samavarı odlayıb, çah dəsgahıqurur. Xan yeyb içə-içə dəm-dəsgaha baxıb "afərin” deyir. Fikirləşir ki,deyilmişcə var, nökəri belə olanın ağası necə olacaq?! Yeyib-içəndən sonraüzünü nökərə tutub deyir:
-Nooldu, ağan gəlmədi?
O da qayıdır:
-Xan sağ olsun, bu evin ağsı da, nökəri də mənəm. Mənnökəriniz Sübhanam.
Xan sarsılır. Sübhan ha Sübhan-dəvədəlləyi,yeralması. Hirslənir:
-Belə də Sübhan olar? Bilsəydim burada çörək yeməzdim.
Sübhan qayıdır:
-Xan sağ olsun, igidlik, kişilik boyunan ölçülmür!Dam boyda fil siçandan qorxur.
Vəkilin atı kimi başını yelləmə
Əvvəllər bir neçə kənd bir sovetliyə tabe idi.Sovetlikdə bir neçə işçi çalışırdı. Hər işçinin də öz vəzifəsi vardı. Bu vəzifələrdənbiri də vergiyığan idi. Vəkil kişi də bu sovetliyin vergiyığanıydı. Onun təmsilolunduğu sovetlik isə 4 kəndi əhatə edirdi.
Vəkil kişi hər səhər adəti üzrə çay-çörəkdən sonrakəhər atını minib gündə bir kəndə gedər, bu kəndləri qapı-qapı gəzərək vergiyığarmış. O, hər bir evin qarşısında atının cilovunu dartıb saxlayar, ev yiyəsiniçağırıb vergini vaxtında ödəmələrinixatırladır və atını o biri qapıya sürərmiş. Bu hal demək olar ki, hər gün təkrarolunarmış. Vəkil kişi hər qapıda atının cilovunu çəkəndə at başını yelləyərəkdayanırmış.
Bir dəfə necə olusa at yəhərli-yüyənli qapıdançıxır və başlayır özbaşına qapı-qapı gəzməyə. At adəti üzrə hər qapıda dayanır,başını yırğalayır, sonra isə o biri qapıya keçir.
İndi də o kənddə birisi yersiz yerə başını yelləyəndədeyirlər:
-Vəkilin atı kimi başını nə yelləyirsən?.
Nemes buranın boquna bələd deyil
XIX əsrdə almanlar gəlir Gədəbəydə və qədimQaryagində (Füzulidə) məskunlaşıblar. Bir ailə də Füzuli rayonunun Aşağı Seyidəhmədlikəndi ilə Şükürbəyli kəndi arasında"Daşlı yer” deyilən yerdə binə qurub. Bu ailə əkinçiliklə məşğul olmağabaşlayır.
Seyidəhmədlidən biri gəlib deyir:
-Ay nemes, bu arpanı, buğdanı niyə demyə sahəyə əkirsən?Toxumu heç olmasa su tutan yerə səpsənə. Yağmayanda da bir qulaq su gətiribsuvararsan.
Alman deyif:
-Əə, elə boq (Allah) verəjək.
Seyidəhmədlili ondan aralanıbdeyir:
-Yazıq hələ buranın boquna bələd deyil ey!
Camışdan "qorxan” Dilağarda
Bir neçə Dilağardalı deyillər ki, günüz gamışdanqorxsaq, gecə aparsaq bizdən şübhələnmiyəjəhlər. Onlar özdərin vurur bilməməzdiyə.Gamış gələndə qaçıllar doluşurlar evə. Deyillər bu həndəhör, qara heyvan biziyeyəjəh.
Axşam isə rezin sapoqlar olur ey, fəhlələr geyinir.Onu geyindiriflər gamışın ayaqlarının dördünə də, aparıflar. Malın yiyəsi gedifmilisə şikəət eliyir ki, bəs gamışımı aparıblar.Milis də gəlif baxıf görür ki,bir adamın rəddi belə gedir, bir adamın rəddi o yana gedir, amma gamışın rəddiyoxdu. Qalıllar məhətdəl. Gamışı oğurruyanı tapa bilirlər.
Vaxt gəlir o adamı başqa bir işin üstündə tutullar.Bu adam bir heylə də ağır cinayət törətməmişimiş. Məhkəmədə deyif:
-O vaxdı gamışı apardım məni tuta bilmədiniz. Bilinki, onda gamışın ayaxlarına sapoğu geyindirif aparan məniydim.
Məhkəmə onun cürünə-cürəpəsinə baxıf deyir:
-Bu ki, belə fərəsətdi adamdı, açın buraxın ə bunu.
Kommunist deyilsən, bəs niyə oğurluq eliyirsən?
Gəncalı SəfərəliyevDilağarda sovxozunun direktoru Nüsrət Məmmədovla gedir sahəni gəzməyə ki,görsünlər əkin-biçin necədi. Onlar ot qoruğunnan keçəndə görüllər ki, bir nəfərsovxozun yoncasını çalıf, indi də başdıyır arabaya yığmağa.
Nüsrət Məmmədov əsəbləşir:
-Ə köpəyoğlu, bu otu niyəyığırsan? Bəlkə onu sənin taygöz dədən filankəs beçərif, hay?
Gəncalı kişi görür ki,Nüsrət Məmmədov getdikcə qızışır, belə getsə, qanqaraçılıx olajax. Odur ki, özüqarışır işə. Otu yığan kişiyə yaxınlaşıf deyir:
-Bura bax, ə, sən kaminstsən?
Kişi deyir:
-Yox, dədəm-nənəm saaqurban, məni elə yerlərə qatma.
Gəncalı kişi özünü əsəbigöstərərək deyir:
-Ə kaminist deyilsənsə, bəsniyə oğurrux eliyirsən?
Hər dəqiqəninbir hökmü var
Birkişini dar ağacından asmağa gətirirlər. Cəllad ipi onun boğazına keçirmək istəyəndəkişi ondan xahiş edir ki, onu bu ağacdan yox, o biri dar ağacından assınlar. Cəlladgülümsünüb deyir:
-Onsuzda asılacaqsan. Bunun nə fərqi var, bu ağac olmasın, o biri olsun?
Kişi cavabında deyir¸
-Səninüçün fərqi olmasa da, mənim üçün fərqi var.
Gəlladkişini bu dar ağacından endirib o biri dar ağacının yanına gətirir. Elə ipionun boğazına keçirmək istəyir kİ bu zaman çapar şahın fərmanını cəlladayetirir. Fərmanda yazılıbmış ki, bəs kişinin heç bir günahı yoxdur. O, azadedilməlidir.
Ölümdənxilas olan kişi sevinclə cəllada deyir:
-İndigördünmü hər dəqiqənin bir hökmü var?
İsfahan burdadeyilsə də yüz iynə boyu burdadır
Bir günbir yalançı-gopçu camaat arasında deyir:
-Bəs mənİsfahanda yüz iynə boyu tullanırdım.
Deyirlərki, yüz iynə boyu tullanmaq mümkün deyil, bir az aşağı yen. Kişi inadındandönmür və hamını inandırmağa çalışır ki, o guya doğrudan da İsfahanda yüz iynəboyu tullanıb.
Onunsözünün doğru-yalan olduğunu öyrənmək üçün yüz iynə boyunu ölçüb deyirlər:
-İsfahanburda deyilsə də yüz iynə boyu burdadır. İndi gəl tullan görək, necətullanırsan?
Kişigörür ki, yalanının üstü açıülacaq, deyir:
-Yox,gedin İsfahanı bura gətirin, mən orda tullanmışam.
Bu məsəldənmüəyyən məqamlarda istifadə olunur.
Əlinə birdüdük verdim çala-çala getdi
Biryoxsul kişi ailə-uşaq yanında xəcalətindən nə edəcəyini bilmir. Çoxgötür-qoydan sonra fikirləşir ki, evdə belə üzüqara olmaqdansa ölmək ondanyaxşıdır. O, qəti qərara gəlir ki, şahın hüzuruna getsin, onun bir əncam çəksin.
Kişi səhərtezdən şahın sarayına gəlir. Onu içəri buraxmaq istəmirlər. O, şahla vacib məsələbarəsində danışacağını bildirir. Onu şahın hüzuruna gətirirlər.
Şahkişidən nə üçün gəldiyini soruşduqdakişi bildirir ki, bu sirri şahdan başqa heç kim bilməməlidir. Hamı otağı tərkedir. Otaqda şahla yoxsul qalır. O, ölümünü gözünün qabağına gətirərək şahınbütün nöqsanlarını, onun ədalətsizliyini, rəiyyətin aclıq və yoxsulluq içindəboğulduğunu, saray adamlarının özbaşınalığını söyləyir. Şah bu sirrin bəyanolmaması üçün kişiyə bir kisə qızıl verir və tapşırır ki, bizim aramızdakı söhbətburdan kənara çıxmamalıdır. Kişi söz verərək qapıdan çıxır.
Çöldə vəzirkişinin əlindəki qızıl kisəsini görüb soruşur:
-Mən neçəildir ki, şahdan bu səxavəti görməmişəm.Sən şaha nə verdin ki, əvəzində bu qədərqızıl aldın?
Kişi vəzirialdadır:
-Mən onabir sehrli tütək verdim. Bu elə tütəkdir ki, hər nə istəsən düdük hazır edir.
Vəzirkişidən xahiş edir ki, bu tütəkdən birini də ona düzəltsin. Əvəzində iki kisəqızıl verəcəkdir. Kişi evinə gəlir, həyətindəki qarğıdan bir tütək düzəldərək vəzirəgətirir və iki kisə qızıl alır. Vəzir tütəyi qoltuğunda gizlədir.
Bir dəfəşah ziyafət təşkil edibmiş. Məclisin şirin yerində vəzir nə fikirləşirsəqoltğunda gizlətdiyi tütəyi çıxarıb çalır. Cır səs otağı bürüyür.
Şah əsəbihalda soruşur:
-Vəzir,bu nə hoqqadır ki, çıxarırsan?
Vəzir halını pozmadan deyir:
-Şah sağolsun, özünü bicliyə qoyma, bu səninkindəndir.
Şah heç nəolmamış kimi deyib-gülsədə, bu tütək məsələsi onu rahat buraxmır, o saat bilirki, bu arcac həmin yoxsul kişidən keçib.
Səhərisigün şah həmin yoxsul kişini gətirdir və soruşur:
-A kişi,bu nə məsələdir? Vəzir nə sayıqlayır?
Kişideyir:
-Şah sağolsun, vəzir çox qırsaqqız olub yaxamdan yapışdı ki, sən şaha nə verdin ki, buqədər qızıl aldın? Mən də səninlə olan söhbətimi gizlədərək onun əlinə bir tütəkverdim çala-çala getdi.
Bu məsəldənhər hansı bir şəxsin nəzər-diqqəitni əsas məsələdən yayındırmaq halları olandaistifadə edilir.
Dovşan gava,sən gava
Mahirbir ovunun son zamanlar əli gətirmir. O, sübh tezdən şər qarışana qədər xeyli gəzibdolanırsa d, qarşısına hec nə cıxmır ki, cıxmır.
Bir günovcu adəti üzrə yeni ova cıxır. Xeyligəzib dolaşır, ancaaq ovu yenə uğursuzolur.O, tüfəgini ziyninə salıb kor-peşiman üz tutur evinə sarı . Hər şeydən əliüzülən ovcu tənəyə cıxarkən bir dovşanla üzbəüz gəlir. Kişi ha eləyib özünü düzəldənəqədər dovşan gözdən itir. O vaxtdanda dovşana gava sən gava məsəli işlədilir.(Gav dağın arasındakı keçidə deyirlər)
Bu məsəldəntəsadüfü, gözlənilməz görüşlərdə istifadə olunur.
Şah Abbasınanası kimi nə zarıyırsan?
ŞahAbbasın anası yataqda elə hey zarıyırmış. Hər gün bir nökər onu yüyrüyə qoyubyelləyirmiş. Arvad da nə vaxt kefinə yerləşsə, onda sakit olarmış. Yazıq nökərlərsəhərə kimi onu yelləməkdən cana doyublarmış.
ŞahAbbas anasının üstünə loğman gətirir. Loğman arvadın orasın-burasın yoxlayandansonra deyir ki, bu arvadın canı hələ suludu. O, buz baltası kimi sağlamdı. Onunheç bir xəstəliyi yoxdu.
LoğmanŞah Abbası xəlvətə çəkib deyir:
-Anan ərkürrüyü eləyir.
ŞahAbbas bir söz demir. Axşam düşəndə anası bir də başlayır zığıldamağa:
-Ay oramağrıyır, ovmaq gərəkdir. Ay buram ağrıyır, basdırmaq gərəkdir.
ŞahAbbas özünü saxlaya bilmir:
-Ay ana,bu kürrüyünü burax, əbəs yerə zarıma. Sənin o vaxtın deyil axı!
Arvad daarif adammış, oğlunun hansı simə vurduğunu başa düşür və bir də zığıldamır.
İndi dəbir adam yersiz yerə vay-şivən qoparanda deyirlər:
-ŞahAbbasın anası kimi nə zarıyırsan?
Alıhümbətli mənəm, inadkarlığı siz eləyirsiniz!...
Sarılarobasının Alıhümbətli tayfasından bir kişi tarlada cüt sürürmüş. Oba içində dəbu tayfa camaatına "inadkar” deyirlər. O başa, bu başa öküzləri haylayanAlıhümbətəli baxır ki, cüt yaxşı şumlamır, kotan yerə möhkəm ilişmir. Yenidənhaylayıb öküzləri tələsdirir. Baxır ki, öküzlər vec almayıbağır-ağıraddımlayırlar. Kişi hirslənib bir-ki, öküzlərə çəkir:
-Köpəkoğlunun öküzləri, alıhümbətli mənəm, inadkarlığı siz eləyirsiniz!...
Başını keçəleləmə, hər keçəlin taleyi bir olmaz
Padşahınkeçəl bir nökəri varmış. Keçəl çox işlək olduğundan padşahın adamları ona hörmətedirmiş. O, da heç bir qayğı çəkmədən keyfi çağ yaşayırmış.
Keçəlinqonşusu onun belə eyş-işrətdə dolandığını görüb elə bilir ki, padşahın keçəllərdənxoşu gəlir. Odur ki, kişi gedib başını keçəlin başı kimi qırxdırıb düzəltdirirvə gəlir padşahın sarayının qabağına.
Bu zamanvəzirin adamları vəzirin arvadı ilə xosunlaşan keçəli tutmaq üçün küçəyə çıxırvə bu kişini tutub döyə-döyə zindana salırlar.
Həminvaxtdan da başqasını təqlid etmək istəyən, kor-koranə birisinin hərəkətləriniyamsılamaq istəyən adamlar üçün bu məsəldən istifadə edirlər.
Əsnək əsnək gətirər
Birisinəqonaq gəlir. Ev sahibləri ona xüsusi qayğı göstərirlər. Çay-çörəkdən sonrabaşlayırlar söhbətə. Söz-sözü çəkgr, arşın bezi deyiblər. Söhbət getdikcəuzanır. Qonaq bərk yorulduğından başlayır əsnəməyə. O əsnədikcə bir qıraqdakirimişcə oturmuş arvad da təsadüfən əsnəyir. Həm qonağın, həm də arvadın eynivaxtda əsnəməsi kişinin şübhələndirir. Öz-özünə düşünür ki, yəqin arvad qonaqilə xosunlaşmaq üçün əsnək vasitəsilə ona işarə edir. Bu ara qonaq yenə də əsnəyir.Arvad da əsnəməyə başlayır. Kişinin bu «him-cimə» şək-şübhəsi qalmır. Durub çöləçıxır və arvadını da bayıra çağırır. Onu pəyəyə aparıb öldürür, heç nə olmamışkimi qonağın yanına qayıdır. Bir neçə dəqiqəlik sükutdan sonra qonaq yenə də əsnəyir.Bu vaxt ev sahibidə qeyri-ixtiyari əsnəyir və indi ayılır ki, bəs gecəninyarısıdır, yuxusuzluq onu əldən salır. Kişi səhvini başa düşür və öz-özünədanışırmış kimi mızıldanır: «Əsnək-əsnək gətirər heyf sənə pəyədəki»
Hər-hansıbir işdə tez-tələsik səhf qərar çıxardan adamlar üçün bu məsələdən istifadə edirlər.
Niyə bu taylıllara qaradağlılar "qarabağlı” deyirlər?
Ötən çağlarda birqaradağlı oğlan tez-tez Arazı adlayıb bu üzə çapqına gələrmiş. Dağda-döşdəotlayan yiyəsiz qoyun-quzuları haylayıb apararmış. Hər dəfə də anası oğlanıdanlayıb-beməzdiyərmiş ki, gəl bu daşı ətəyindən tök, qayıt bu əməldən. Bir günsəni o tayda öldürəjəklər. Oğlan da anasının öyüd-nəsihətini qulaqardına vurubqayıdarmış ki, əşi, o tayda kişi nə gəzir? Yazıq ana da hey özünüdidib-tökürmüş ki, bala, kişiyə nə gəlib o tayda. Yəqin qabağına çıxanı yoxdur.Oğlan da ta dil çevirmiyib keçir bu taya. Orda-burda əlinə keçəni qabağınaqatıb bir ağır sürü düzəldir. Sürür Xudafərin körpüsünə tərəf ki, haylayıbadlasın o taya. Körpüyə çata-çatda gəvrik kolu yığan bir kişiyə ürjah olur.Kişini qorxutmaq üçün küy-kələk gəlir:
- Ayə, a tösmələk, çıxyoldan, vurdum! Çıx ayə, qoyun quzunu urküşdürmə! Baxır ki, gəvrik yığan onu heçsaya salmır, heç «bəli, bəli» demir. Hirslənib onu yaman-yavız söyür. Kişiajıqlanıb dikəlir. Qaradağlı oğlan baxır ki, yerdən sanki bir çinar ujaldı.Belində qara bağı, başında qara börkü elə bil Koroğludu ki, durub. Elə yerindəjənitqi batır qaradağlının. Kişi bir ayağını irəli qoyub, bir ayağını geri qoyubqaradağlı oğlanı atdan salır. Çəkib ağzından yaman-yavız deyən dilini kəsir.Yığıb-yığmaladığı dana-davarı da əlindən alıb payi-piyada yola salır.
Qaradağlı oğlan evlərinəçatar-çatmaz kənd-kəsək tökülüb gəlir. Onubuhalakimsaldığınısoruşurlar. Oğlantez- tezəliniqurşağınaaparıbkəkələyə-kəkələyə «qarabağlı, qarabağlı» deyir. Eləoçağdanbəributaylılaraqaradağlılar «qarabağlı» deyirlər.
Balasını qoruya bilməyən yiyəsinə nə xeyir verəcək?
Güldəstəarvadın bir toyuğu cücə çıxarır. O,toyuğu balaları ilə birlikdə həyətə buraxır. Bir azdan səsə çölə çıxıb görürki, qarğa çüçələrdən birini aparıb. Güldəstə qarı bir az həyətdə hərlənib içərigirir. Bu zaman yenidən toyuq-cücə səsi gəlir. Çölə çıxıb görür ki, cücələrdənbirini də qarğa çəpərin başında qabağına qoyub təpəsini deşir. Bu minvallaqarğa bir gündə 5 cücəsini məhv edir. Güldəstə arvad qalan cücələri anaları iləbirlikdə hinə salıb ağzını bağlayır və ovçu Musanın yanına gəlir:
-Ay Musa, qarğa mənim cücələrimin axırına çıxıraxı, mən nə edim?
-Ay Güldəstə, da nə edəcəksən ki, get toyuğunbaşını toxmağın üstünə qoy və balta ilə vurub bədənindən ayır.
-Elə niyə, ay Musa?
-Balasını qoruya bilməyən toyuq yiyəsinə nə xeyirverəcək, ay qız!?
Nə yaxacırmısan, nə də yaxanı cırıblar
Birkişi, bostanını suvarmaq üçün dəhnədən su bağlayıb aparırmış. Onu tanıyanlardanbiri deyir:
-Mən birişə mat qalmışam. Gördüyünüz bu kişinin altmışa yaxın yaşı var. Amma indiyəkimi o bir adamla üz-üzə gəlməyib. Heç kimlə dalaşmayıb. Odur ki, bu yaşda adamnə bir adamnan yaxalaşıb baş yarıb, nə də yaxasını cırdırıb, başını yardırıb.
Bunueşidən kişilərdən biri deyir:
-Mənindi onu cindən-dondan çıxararam,oyan-buya eləsə, vurub başını da yararam. O, belini götürüb arxın üstünəgəlir və suyu kəsib başqa səmtə döndərir. Özü də durub həmin adamın gəlişinigösləyir. Bostanını suvarmaq istəyən kişi sahəyə çatmamış su quruyur. Beligötürüb dəhnəyə qayıdır. Görür ki, bir adam dəhnəni yarıb suyu dərə aşağıburaxıb. Yaxınlaşıb deyir:
-Salami-əleykim,qardaş, yorulub yorçumayasan. Görürə ki, sənin işin mənimkindən fərzdi. Eybiyoxdur, sən həyətini sula, sonra mən suvararam.
Cığaldam deyir:
-Mənimişim çoxdur. Mən hələ bir həftə həyətimi suvaracağam, sora da