10 Sentyabr 2025 11:11
78
ƏDƏBİYYAT

Rəqiblərini susduran sönmüş ulduz - Əntiqə Kərimzadə yazır

Bir vaxtlar  meyxan meydanlarında birdən parlayan, öz həmkarlarının kabusuna çevrilən Əlislam Dağlı var idi. O, meyxana məclislərində Aydın Xırdalanlıya  Namiq Qaraçuxurluya aman verməyən, Kərimlə bənd- bənd  ötüşən yeganə meyxanaçı idi. 

Əlislam 1979-cu ildə Bakıda anadan olub. O,  əksər dağlı meyxanaçılar kimi Nizami Rəmzini özünə ustad seçib. O, daha çox Ələkbər Yasamallı və Cəfərlə meyxana deyib. 

Ən çox Yasamal meydanlarında rəqiblərini susduran Əlislam Dağlı  sonradan Əhmədli meyxana meydanlarına yol açır. O, orada Mehman Əhmədli ilə, Namiq Qaraçuxurlu ilə meyxana deyir. 

1996-cı ildə Şəhriyar adına Mədəniyyat Mərkəzində keçirilən ilk meyxana festivalının qalibi məhz Əlislam Dağlı olur.  O, yarışda Namiq Qaraçuxurlunu, Aydın Xırdalanlını üstələyərək qalib olur.  Səlis- iti fikirləri, analtik düşüncəsi Əlislamı həmkarlarından çox fərqləndirirdi. O, rəqibin dediyi son bəndə uyğun meyxana deməkdə olduqca mahir idi. Əlislamın Aydın Xırdalanlını və digər söz ustadlarını meyxana meydanlarında çıxılmaz vəziyyətə saldığı heç kəsə sir deyil. 

Zaman keçdikcə Əlislam meyxana xiridarlarının diqqətini çəkirdi. İnsanlar onun rəqibləri ilə deyişmələrinə görə daha çox bəyənirdilər. 

Onun gündən- günə müəşhurlaşması, meyxana aləmində böyük popluyarlıq qazanması o dövrün meyxanaçılarını ciddi narahat edirdi. Çünki Əlislam ciddi rəqib idi. 

Bir çox meyxanaçıların və digər sənət sahiblərinin axırına çıxan məlum  pis vərdiş Əlislamın da həyatına hökm edir. Bununla da məşhur meyxanaçının qara günləri başlayır.

Və beləliklə bir zamanlar meyxana meydanlarını çoşduran ən iti meyxana deyən Əlislamın ayağı həmin məclislərdən kəsilir. Onun narkotikə aludəçiliyi artır və o, həbsə düşür. 

Həbsdən çıxandan sonra da onun təbi yerində olur. Lakin qurşandığı pis vərdiş onu əvvəlki qədər iti meyxana deməyə, səlis fikirlər ifadə etməyə imkan vermir. 

Təəssüf ki, narkotik Əlislam Dağlının karyerasını deyil, həm də cavan canını da məhv etdi. 

2017-ci ilin bir yaz sabahında illər əvvəl sönmüş bir ulduz, bu dünyaya da vida etdi. O zaman xəbər saytlarında yalnız bir xəbər diqqət çəkirdi. Yalnız bir xəbərə insanlar üzülürdü:

“Meyxanaçı yüksək dozadan dünyasını dəyişdi”

Bir zamanlar sözü mirvari kimi ard- arda düzən meyxanaçı, bir yaz sabahnda doğmalarının və onu sevənlərin gözündə mirvari kimi göz yaşına çevrildi.

P.S Maraqlı məqam da odur ki, Əlislam Dağlının  bir çox meyxana meydanlarında etdiyi çıxışların videosu youtube internet portalından silinib.