adalet.az header logo
  • Bakı -°C
25 Iyul 2026 11:10
73
MARAQLI
A- A+

Uşaqların telefonuna nəzarət: Hansı yaşa qədər düzgündür?

Uşaqların şəxsi yazışmalarına nəzarət onların yaşından asılı olaraq fərqli yanaşma tələb edir.

Adalet.az xəbər verir ki, məktəbəqədər yaşlı və aşağı sinif şagirdlərinin onlayn fəaliyyətinə valideyn nəzarəti vacibdir.

Bu yaşda uşaqlar kiberdələduzluq, şəxsi məlumatların paylaşılması və internetdəki digər təhlükələri tam dərk etmədikləri üçün valideynlər onların kimlərlə əlaqə saxladığını izləməli və təhlükəsizlik qaydalarını izah etməlidirlər.

9-12 yaş arasında uşaqlara tədricən daha çox sərbəstlik verilməlidir. Bu dövrdə gizli nəzarət əks təsir göstərə, uşağın valideynə olan etimadını zəiflədə bilər. Bunun əvəzinə kibertəhlükəsizlik barədə açıq söhbətlər aparmaq və qarşılıqlı etimada əsaslanan qaydalar müəyyənləşdirmək daha məqsədəuyğundur.

Yeniyetməlik dövründə isə şəxsi məkanın qorunması xüsusi əhəmiyyət daşıyır. Psixoloqun sözlərinə görə, valideynlərin şəxsi yazışmaları gizlicə oxuması yeniyetmələr tərəfindən etimadın pozulması kimi qəbul edilir. Yalnız uşağın ciddi təhlükə ilə üzləşdiyinə dair əsaslı şübhə olduqda bu qaydadan istisna edilə bilər.