8 prokurorluq əməkdaşı cəzalandırılıb - 2 nəfər işdən çıxarılıb
Baş Prokurorluqda bu ilin birinci yarısında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Geniş Kollegiya iclasında bildirilib.
Bildirilib ki, onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.
Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilmiş, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci növbəti müsabiqə elan edilib.
Digər Xəbərlər
24 Iyul 2026 17:47
"Space TV" bank hesablarına həbs qoyulmasına görə Vado Korovini günahlandırdı
24 Iyul 2026 17:11
İyulun 25-26-da güclü külək olacaq - Xəbərdarlıq
24 Iyul 2026 15:40
Kamran Əliyev kollegiya iclası keçirdi - Tapşırıqlar verdi
24 Iyul 2026 14:24


Bakı -°C

