“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
“ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutan sazişdə İsraillə bağlı şərt yoxdur. Ancaq saziş iki ölkənin enerji nazirləri tərəfindən imzalandıqdan sonra ABŞ Prezidenti Donald sosial şəbəkəsindəki hesabında yazıb ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na qoşulmasa, saziş tamamlanmış hesab edilməyəcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, İsrailin Qəzza və Livanın cənubunda hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanın bu ölkə ilə diplomatik münasibət qurmaq planı yoxdur:
“Bu o halda mümkün olacaq ki, İsrail hökuməti xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliyə getsin. Ancaq nə qədər ki, Benyamin Netanyahi İsrailin baş naziridir, bu ölkənin siyasətində dəyişən heç nə olmayacaq. Belə olan halda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması problematikdir. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi məsələsində ABŞ-ilə imzalanan razılaşmanın həyata keçirilməsini istəyir. Əslində Tramp İsrailin və ABŞ-dəki yəhudi lobbisinin çağırışları fonunda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması şərtini xatırladıb. Tramp Səudiyyə Ərəbistanının ABŞ-yə ödəyəcəyi milyardlar fonunda şifahi əlavəsini unuda da bilər. Bəs Səudiyyə Ərəbistanı nədən uranın zənginləşdirilməsinə və beləcə nüvə silahı əldə etməyə çalışır? Çünki, Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı həmin günü gözləmədən strateji tərəfdaşı olan ABŞ-dən əməli dəstək gözləyir. Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyə başlayarsa və nüvə silahını əldə etməyə yaxınlaşarsa, Türkiyə də bu prosesdən kənarda qalmayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03
“İşğalçı müharibələr aparan dövlətləri sonda həmişə məğlub ediblər”
24 Iyul 2026 10:55
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24 Iyul 2026 09:34


Bakı -°C

