adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Oktyabr 2019 10:00
35968
DÜNYA

Soçi anlaşması

Suriyada hərbiəməliyyatların 120 saatlığa dayandırılması ilə bağlı ABŞ-la Türkiyə arasında əldə edilmişmüddət başa çatıb. Xatırladaq ki, ABŞ bu müddət ərzində PYD/YPG silahlılarınınbölgədən çəkiləcəyini bildirmişdi. Dünən Türkiyə prezident aparatından verilənaçıqlamada bildirilir ki, artıq proses başa çatdığına, yəni terror təşkilatınınsilahlıları nəzərdə tutulan 30 km-lik ərazidən çəkildiyinə görə yeni əməlliyyatlarınaparılmasına ehtiyac qalmır.

Açıqlamada daha sonra bildirilir ki, indi əsashədəf dünən Ərdoğanla Putinin arasında keçirilmiş görüşdə əldə olunmuşrazılaşmaların gerçəkləşdirilməsidir. Bu razılaşmaların əsas məğzi isə Suriyalıqaçqınların təhlükəsiz şəkildə öz torpaqlarına qaytarılmasından ibarətdir.

Soçi görüşündə tərəflər 10 bəndlik bir anlaşmaimzalayıblar. Anlaşma təxminən ABŞ-la Türkiyə arasında hələ bu ilin avqustayında əldə olunmuş, ancaq həyata keçməmiş razılaşmanın eynidir. Anlaşmaya görəTürkiyə Sülh Çeşməsi əməliyyatıçərçivəsində sahibləndiyiTel Abayd-Rəsulyan arasındakı bölgəni nəzarətdəsaxlayacaq. Bu bölgədən kənarda isə sərhədboyu 10-lik ərazi türk və rus əsgərlərinin birgə nəzarətində olacaq. PYD/YPGöhdəsində olan ağır silahları 150 saat ərzində sərhəddən 30 km. geriyə çəkəcək.Ancaq rus-və türk əsgərləri həmin 30-km-lik əraziyə yox, yuxarıda dediyimizkimi yalnız 10 km-lik sərhəd zonasına nəzarət edəcəklər.

Soçi görüşündə tərəflər təkcə Fəratın şərq hissəsiyox, qərbiylə bağlı da razılığa gəliblər. Həmin bölgədə yerləşən Tel Rıfat vəMembiç şəhərlərindəki PYD/YPG silahlıları da geri çəkiləcək.

Məlumdur ki, hələ Türkiyə Suriya münasibətlərininyaxşı vaxtlarında Anqara ilə Dəməşq arasında Adana anlaşması adlı bir sənədimzalanmışdı. Həmin sənədə görə Türkiyə terror təhlükəsi olduğu təqdirdə Suriyaərazisinə 5 km-lik həddə kimi müdaxilə edə bilərdi. Soşi görüşündə bu məsəfə 10km-ə qədər uzadıldı. Ancaq bir şərtlə ki, bu cür müdaxilə yalnız Rusiya iləbirlikdə həyata keçirilə bilər.

Anlaşmanın Türkiyə üçün məqbul olmayan yeganətərəfi odur ki, burda söhbət PYD/YPG-nin tam məhv ediləcəyindən yox, onunsadəcə olaraq, sərhəddin cənubuna doğru geri çəkiləcəyindən gedir. Ümumiyyətlə,istər qərb ölkələri, istərsə də Rusiya bu terror təşkilatından kürdlər deyərəkbəhs edirlər ki, bu da problemin mahiyyətini dəyişməklə yanaşı onun həllinə dəəngəllər törədir. Görüşdən sonra keçirilmiş mətbuat konfransında Putin həttakürdlərlə Suriya hökuməti arasında dialoqun vacibliyindən də söz açdı. Bu isəonu göstərir ki, artıq PYD/YPG ABŞ-ın himayəsindən çıxaraq Rusiyanın qucağınaqayıdır.

Anlaşmanın başqa bir qüsuru isə Kobani vəQamışlıdakı terrorçuların ordan çıxarılması barədə heş bir söz deyilməməsidir.

Soçidə imzalanmış sənəddə Suriyanın ərazi bütövlüyününxüsusi olaraq vurğulanması bir tərəfdən PYD/YPG-nin suverenlik və sair buqəbildən olan "eşqə” düşməsinin qarşısını alırsa, digər tərəfdən Türkiyə ilə MilliSuriya ordusunun birgə nəzarətində olan Afrin və Cerablusun, türklərin müşahidəməntəqələrinin yerləşdiyi İdilibin taleyini də sual altında qoyur.

Bundan əlavə razılaşmada qaçqınların təhlükəsiz vəkönüllü şəkildə geri qaytarılması sahəsində əməkdaşlıq, Suriya münaqişəsininsiyasi yolla həllini nəzərdə tutan Astana mexnizminin həyata keçirilməsiyolunda birgə səylərini davam etdirilməsi, eləcə də Konstitusiya Komitəsininfəaliyyətini dəstək verilməsi məsələləri də öz əksini tapıb.

Dünyanın aparıcı kütləvi infiormasiya vasitələri Soçianlaşmasını haqlı olaraq həm Rusiyanın, həm də Türkiyənin böyük diplomatikuğuru kimi qiymətləndirir.

Artıq əminliklə demək olar ki, Rusiya bu anlaşmailə Suriya məsələsində təşəbbüsü tam şəkildə öz əlinə aldı, ABŞ isə bölgədəntam sıxışdırılıb çıxarılmış duruma düşdü. Artıq rəsmi Dəməşqlə yanaşı bölgədəəsas güclərdən biri hesab edilən PYD/YPG silahlıları da birbaşa Kremlinnəzarəti altına keçir və Rusiyanın proseslərə təsirini xeyli artırır. Üstəlik,bu anlaşmadan sonra Türkiyənin Suriyaya yönəlik həm siyasi-diplomatik, həm dəhərbi həmlələri, yumşaq desək, bilavasitə Rusiyanın mövqeyindən asılı vəziyyətədüşür ki, bunu da Putinin uğurlu manevrlərinin bəhrəsi saymaq olar. Nəhayət, buanlaşmanı uzun illərdən bəri sıx hərbi-siyasi müttəfiqlik münasibətlərindəolduğu Türkiyəni terrorla mücadilədə tək qoyan, bu azmış kimi hər vəchlə qarşıtərəfin, yəni terrorçuların yanında dayanan ABŞ və Avropa Birliyinin öz əzəlivə əbədi rəqibləri olan Rusiya qarşısındakı acınacaqlı məğlubiyyəti də saymaqolar.

Əslində, Qərb mətbuatının yazdığının əksinə olaraqSoçi anlaşması Putindən daha çox Ərdoğanın aktivinə yazılası bir siyasi hadisədir.Açığı, onun Suriyaya son müdaxilə zamanı düşdüyü bataqlıqdan "salamat” çıxacağıprosesin əvvəlində çoxları üçün ciddi suala çevrilmişdi. Amma güclüintiusiyası, çevik manevrləri və qətiyyətli addımları bütün müşgülləri aşmaqdaona yardımçı oldu. Öz niyyətini (oxu: Türkiyə Cümhuriyyətinin niyyətini) həyatkeçirmək üçün əlinə düşən hər fürsətdən anındaca yararlanaraq şoxsaylırəqiblərinin köpünü onları artıq baş vermiş faktlar qarşısında qoymaqla almaqtaktikası seçdi.

Rəqiblər isə çox idi. Bu əməliyyata başlamaq üçünöz razılığını vermiş ABŞ prezidentindən ard-arda gələn ziddiyyətli açıqlamalar,Konqresin saatbasaat artan sanksiya hədələri, Avropa ölkələri və Avropa Birliyirəsmilərinin qopartdığı tozanaq və s. və i.a. Hətta Soçi görüşü zamanı özbunkerindən çıxıb cəbhə bölgəsinə gələn Bəşər Əsəd də, görünür, Suriyaətrafında baş verən proseslərdə hansısa söz sahibi olduğunu nümayiş etdirmək həvəsinədüşərək onun ünvanına nəsə qırıldatmağa başladı. Hərçənd, özü də yaxşı bilirki, Suriya ilə bağlı söz haqqı nəinki indi, lap elə bu cümhuriyyət yaranandanindiyə kimi Kremldə olub və olmaqda davam edir.

Bu əməliyyatlar təkcə Türkiyənin maraqları yox, həmdə Ərdoğanın şəxsi siyasi taleyi üçün də böyük bir risk idi. İstanbulməğlubiyyəti, Qərbin təzyiqləri nəticəsində gün-gündən pisləşən iqtisadivəziyyət, lirənin sürətli devalvasiyası son on illiklərin bu əvəzedilməzliderinin ictimai rəydəki mövqeyinə xeyli ağır zərbələr vurub. Yeni sanksiyalarbu vəziyyəti o dərəcədə ağırlaşdıra bilər ki, hətta bir yox, bir neçə lokalhərbi uğurun belə onun fəsadlarını aradan qaldırmağa gücü çatmaz.

İndi görünən budur ki, böhranın ağır günləri arxadaqalıb. Bölgənin hər iki əsas oyunçusunun maraqlarına cavab verən anlaşma əldəolunub və ən başlıcası Qərbin yuxusuna haram qatan hərbi müdaxilə dayanıb. Soçirazılaşması hərbi müdaxilənin 120 saat dayandırılmasıyla bağlı Ərdoğan-Pens müqaviləsininmüddətini avtomatik olaraq daha 150 saat uzadıb ki, bu da prosesi tam olaraq yekunfazaya çatdırmaq üçün əlavə fürsətdir.

İAncaq bəzi müşahidəçilər PYD/YPG terrorçularınınSoçi anlaşmasına əməl etməyəcəklərini də istisna etmirlər. Bu barədə fərqlifikirlər olsa da, Kremlin sözçüsü Dimitri Peskov qətiyyətli mövqeyi iləməsələyə bir növ nöqtə qoyub. Röyter agentliyinin məlumatına görə Peskovbildirib ki, ABŞ kürdləri Türkiyə sərhəddinə yaxınlaşmağa və türk ordusuyladöyüşməyə təhrik edir. Onlar bu fitvaya getsələr türk ordusu tərəfindən əzilibməhv ediləcəklər.

Peskovun bu sözlərini isə Rusiyanın Soçi sazişinəsadiq qalacağına şübhə yeri qoymur. Niyə də qalmasın ki, bu saziş ruslara heçdə türklərdən az lazım deyil.

Adalet.az