adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Aprel 2024 14:21
513
DÜNYA

Kobaxidze: "Ölkə prezidenti vətən xainidirdır"

Gürcüstanın baş naziri İrakli Kobaxidze, Müdafiə gücləri gününün qeyd olunması zamanı etdiyi çıxışında, prezident Saloma Zurabişvilini salamlamaqdan imtina edib və dövlət başçısını vətənə xəyanətdə suçlandırıb. 

 "Ən acınacaqlısı odur ki, hüquqi cəhətdən hələ də Gürcüstanın prezidenti sayılan bu adam, sadəcə olaraq sözün əsl mənasında vətən xainidir. O, bir başa Gürcüstanın milli maraqlarlnı satır"- deyə baş nazir bildirib.

 Kobaxidze xüsusi vurğulayıb ki, çıxış zamanı bilərəkdən ölkə prezidentinin adını çəkməyib. Onun sözlərinə görə, Zurabişvili Gürcüstanın milli maraqlarını satır. Baş nazir bu xanımın ölkə prezidenti vəzifəsini daşıdığına görə, gürcü xalqından üzr istəyib.

 Xatırladırıq ki, Gürcüstan parlamenti, xarici agentlərlə bağlı qanun layihəsini ikinci oxunuşda da qıbul edib. Gürcüstan prezidenti Saloma Zurabişvili isə bəyan edib ki, parlament bu qanun layihəsini qəbul edərsə, ona veto qoyacaq.

  Deyəsən qardaş Gürcüstanda vəziyyət yenə də "ruscadır".  Qərb adı çəkilən qanun layihəsinin qəbul edilməsinin əleyhinədir. Lakin, hazırda hakimiyyəti təmsil edən rusiyönümlü hakim partiya, düyada yalnız Rusiyada qüvvədə olan xarici agentlərlə bağlı qanunun Gürcüstanda da tədbiq olunmasında israrlıdır.

  Rüstəm Hacıyev