adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Aprel 2024 15:14
475
DÜNYA

Macarıstan Ermənistana 10 milyon avroluq yardımı blokladı

Macarıstan Avropa İttifaqının Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsini bloklayır. 

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan Azərbaycanın da müzakirə masasına qoyulan proqrama daxil olunmasını tələb edir.

Qeyd edək ki, aprelin ortalarında Brüsseldə Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq əldə olunub.