adalet.az header logo
  • Bakı -°C
02 Avqust 2026 14:20
77
DÜNYA
A- A+

Sloveniya Prezidenti yol qəzasına düşdü - Xəstəxanaya yerləşdirildi

Sloveniya Prezidenti Nataşa Pirts-Musar Xorvatiyadan vətənə qayıdarkən baş verən yol-nəqliyyat hadisəsində yüngül xəsarət alıb.

Hadisə iyulun 31-də Kastelets tunelində qeydə alınıb. Qəzadan sonra dövlət başçısı müayinə üçün İzoladakı xəstəxanaya aparılıb və gecəni həkim nəzarətində keçirib. Bildirilir ki, o, artıq evə buraxılıb və səhhəti yaxşıdır.

Koper Polis İdarəsinin məlumatına əsasən, qəza sahil yolunda prezidentin mühafizə kortejini müşayiət edən iki polis avtomobilinin iştirakı ilə baş verib. Hadisənin başvermə səbəbləri araşdırılır.