adalet.az header logo
  • Bakı -°C
02 Avqust 2026 13:30
71
DÜNYA
A- A+

Paşinyan və Nazirlər Kabineti səlahiyyətlərini dayandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib, eyni zamanda Nazirlər Kabinetinin səlahiyyətlərinə də xitam verilib.

Adalet.az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, bu addım Ermənistan Konstitusiyasının tələblərinə uyğun olaraq yeni çağırış parlamentin fəaliyyətə başlaması ilə əlaqədar həyata keçirilən formal prosedurdur. Konstitusiyanın 158-ci maddəsinə əsasən, parlamentin ilk iclası günü hökumət istefa verməlidir.

Yeni hökumət formalaşdırılanadək Baş nazir və nazirlər öz səlahiyyətlərini müvəqqəti olaraq icra etməyə davam edəcəklər. Növbəti Baş nazir hakim fraksiyanın təqdimatı əsasında ölkə prezidenti tərəfindən təyin olunacaq.