ABŞ Çinə qarşı sanksiyaları genişləndirdi: Daha 43 şirkət “qara siyahı”ya salındı
ABŞ Çinə qarşı sanksiyaları daha da genişləndirib. Vaşinqton bu dəfə daha 43 Çin şirkətini sanksiyalar siyahısına daxil edib.
Adalet.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin açıqlamasına görə, qərar Uyğurların Məcburi Əməyinin Qarşısının Alınması Qanunu çərçivəsində qəbul olunub.
Bildirilib ki, sözügedən şirkətlərin məhsullarının Sincan Uyğur Muxtar Bölgəsində məcburi əməkdən istifadə edilməklə istehsal olunduğu iddia edilir. Bu səbəbdən həmin məhsulların ABŞ-a idxalı qadağan edilib.
Yeni qərardan sonra sanksiya siyahısında yer alan Çin şirkətlərinin sayı 187-yə çatıb. Bu, əvvəlki göstərici ilə müqayisədə təxminən 30 faiz artım deməkdir.
Məlumata görə, bu, indiyədək bir qərarla ən çox Çin şirkətinin sanksiya siyahısına salındığı haldır. Qərar avqustun 3-dən qüvvəyə minəcək.
ABŞ administrasiyası məqsədin məcburi əməyin nəticəsində istehsal olunduğu iddia edilən məhsulların Amerika bazarına daxil olmasının qarşısını almaq olduğunu bəyan edib. Çin isə bu ittihamları qəti şəkildə rədd edir.
Digər Xəbərlər
01 Avqust 2026 08:50
53 mindən çox miqrant geri qayıdıb
01 Avqust 2026 08:34
İran sanksiyalardan belə yayınıb
01 Avqust 2026 08:25
Rusiya Kiyevi ballistik raketlərlə vurdu - 9 ölü, 23 yaralı
01 Avqust 2026 08:19
“ABŞ və İsrail bu həftəsonu İranı vuracaq”
31 Iyul 2026 18:01
Paşinyan Ermənistan dəmir yollarının Rusiya idarəçiliyindən çıxarılacağını açıqladı
31 Iyul 2026 18:00
25 min miqrant könüllü olaraq Seutanı tərk etdi
31 Iyul 2026 17:00
ABŞ və İsrail İrana qarşı quru blokadası tətbiq edə bilər - KİV
31 Iyul 2026 16:49


Bakı -°C

