adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Aprel 2017 16:58
22610
MARAQLI

Şimali Koreyanın əhalisinə yedirdiyi yalanlar

Şimali Koreyalılar dünyanın ən ağıllı insanlarındandaha ağıllı çıxıblar.Çünki bu ölkədə müalicəsimümkün olmayan xəstəlik yoxdur. Ebola və SPİD Afrikada çox can aldığı halda Şimali Koreyadabuna və aq ciyər sindromuna qarşı dərman tapılıb. Dərmanın adı Jenşendir. Bubitki xüsusi inqridentlər vasitəsi ilə yetişdirilir və digər prosesləri isə dövləttərəfindən yüksək məxfilik altında saxlanılır. Formul ölkə alimləri tərəfindən"Kımdan-2olaraqadlandırılır. Təəssüf ki, bu formul haqqında bir o qədər məlumat yoxdur.

Hamburgerinqaranlıq "keçmişi”

Hamburgerin kəşf olunması indiyə qədər mübahisəlibir mövzudur. Ən azından XIX əsrdə 6 nəfər amerikalı bunu icad etdiyini irəli sürmüşdür.Tarixçilərisə deyirlər ki, bu yemək ola bilsin ki, daha öncə icad olunub. Şimali Koreyada isə hamburgerin tarixi ilə bağlı yekdil fikir var. Orda hamıya məlumdur ki, hamburger icad olunandan 100 ilsonra onu ali baş komandan Kim Çen Ir icad edib. Fərziyəolunurdu ki, Kim Çen Ir keçmişə gedərək hamburgeri icad edib geri dönmüşdü. Olimpiyaidmançılarına Kim Ser Inın ruhu kömək edir. Bir neçə il əvvəl MacarıstanlaŞimali Koreya arasında keçirilən futbol oyununda Şimali Koreya rəqibinə 98-0 hesabıilə qalib gəlmişdi. Məhz bu futbolçulara Kim Ser Inın ruhu kömək etmişdi. Deyilənəgörə, əgər hər bir idmançı yarışa qatılmamışdan öncə Kim Ser Inın şəklini 3 dəfə öpərək alnına qoysavə 2 dəfə ona əyilərək sitayiş etsə, onun ruhu idmançını yarış zamanı daima qoruyacaqdı.Şimali Koreyadan alınan məlumata görə, orada heç bir zaman bürünc və gümüş medalqazanılmamışdı. Çünki onlar sadəcə 9700 qızıl medal və özlərinin icad etdiyi70000 platin medal qazanmışdı.

Təkbuynuzlu atın tapılması

Dünyadatəkbuynuzlu atlar mövcuddur. Şimali Koreya bunu sübut edib. Koreya müharibəsindən birneçə il sonra, 1957-ci ildə belə bir şaiyələr gəzirdi ki, şimali koreyalılar ordularındaat yox, məhz təkbuynuzlu atdanistifadə etmişdir.Şimali koreyalılar özlərinin xəbəri olmadan təkbuynuzlu atla müharibədə vuruşublar.Yaxınillərdə 2006-cı ildə ölkənin lideri demişdir ki, onlar bu atları xüsusi olaraq kapitalistlərəqarşı yetişdirirlər.

Yaponlar zamanı oğurlayırlar

Ölkələr işğal olunduqda onlardan milli sərvətlər,sənət əsərləri və tarixi abidələr talanır. Lakin yaponlar Şimali Koreyada çox qeyri-adibir şey oğurlayıblar – zamanı. İllər sonra 2015-ci ildə mərd, qorxusuz lider KimÇen In nəhayət ki, ədaləti bərpa etməyi qərara gəldi. Şimali Koreya öz saatlarını30 dəqiqə qabağa çəkərək dünya imperializmi üzərində qələbə çaldı. Bu hadisə ölkədəbayram kimi qəbul olunmuş və Şimali Koreyalılar hər il bu günü təmtəmraqla qeydedirlər.

Kim Çen Ir qeyri-adi gücə malikinsan idi

Xalqın liderləri Şimali Koreyaüçün əsas mövqedir. O dərəcədə əsas mövqedir ki, onlar Kim Çen Irı Tanrı kimi qəbuletmişdilər. Deyilənə görə, o, 2 aylığından artıq sərbəst danışır, 6 aylığından sərbəstyeriyir, 11 aylığında isə artıq şeir yazırdı. Belə bir fakt var ki, Kim Çen Ir qolfoynayarkən ilk oyunda bir zərbə ilə bir topu 11 dəliyə salmışdır. Xalqın dediyinəgörə isə Kim Çen Ir heç bir zaman ayaqyolundan istifadə etməyib. Hətta o qəzəblənəndəhava dəyişirdi, kədərli olduğu zaman yağış yağırdı, əsəbləşdiyi zaman şimşək çaxırdı,şad olduğu zaman da gün çıxırdı. Və deyilənə görə, o bir səfərində pektusan vulkanındanbezdiyi üçün oraya qalxaraq vulkanı söndürmüşdü.

Kim Çen In vunderkingdir

Şimali Koreyanın hal-hazırkiali baş komandanı Kim Çen Ir öz qeyri-adi bacarıqlarına və savadına görə, ölkədəçox məşhurdur. Deyilənə görə, o, «kub-rubik»i cəmi 1,5 saniyəyə yığa bilir. O, sizəeramızdan əvvəl 7405-ci ilin 6 mayının hansı həftə gününə düşdüyünü dəqiq deyə bilər.Hətta ölkə xəbərlərində deyilmişdir ki, Kim Çen In günəşi kəşf etmək üçün günəşəuçmuşdur və istidən yanmaması üçün bu əməliyyatı gecə yerinə yetirmişdir.

Hazırladı: Yılmazİbrahimov