"Şəkiyə boşyer, Şəkiyə boş yerlər” – deyə sürücü avtovağzaldakı istidən bişən adamlarasarı qışqır-bağır salırdı. Biz yerimizi tutmuş, səbrsizliklə Şəkini xəyaledirdik. Avtobus demişkən, cəmi-cümlətanı bir yer boş idi, ancaq sürücü fəryadqoparırdı...
Bizi Şəkidəyazıçı Hədiyyə Şəfaqət qarşıladı. Çox gözəl, mehriban, qayğıkeş xanımdır.Qalmağa ev tapdı bizə. Ancaq çox bahalıydı deyə razılaşmadıq. Küçələrin canınadüşüb ucuz mehmanxana axtarmağa başladıq. Hər yer bahalı və dolu idi. Çarəsizilk getdiyimiz yerə boynubükük qayıtdıq. Şəkili qadın qaranlıq darvazadanbaşını çıxardıb dilləndi:
- Hay indimən sizi götürmürəm!
- Xala,cavanlıq səhvi etdik, buraxın bizi içəri.
Şəkili qadın minnətlə biziiçəri dəvət etdi. Üstəlik bir gün üçün dediyi 40 manatdan da 1 qəpik enmədi.Çar-naçar razılaşıb havasız otaqlarımıza keçdik. Hava demişkən, burda da bürküidi. Deyəsən, bu yay bizim üçün cəhənnəm olacaqdı. Otaqlarda nə ventilyator, nədə kondisioner gözə dəymirdi. Gecə istidən düz-əməlli yata da bilmədik. Səhərtezdən ev yiyəsi yoldaşıma deyib ki, günorta evdən gedin, qonaqlarım gələcək.Bəs ay zalım balası bizim 24 saatımız var axı? Zatən bu qadının evində qalmaqbizim üçün işgəncə idi. Nə bir stəkan çay təklifi etdi, nə də yeməkbişirməyimiz üçün şərait yaratdı. Günün-günorta çağında, qızmar istidə evdənayrıldıq, daha doğru desəm qovulduq.
Şəkinin ecazkar, estetikküçələri, evləri, mədəniyyət ocaqları göz oxşayırdı. Adamlar şirin dilli,gülərüz amma, ancaq... Şəkidə nə qədər desən, Şəxi paxlavası dükanları vardı.Yəqin adamları buna görə çox şirindillidirlər. Qərara gəldik ki, Şəkicamaatının evlərinə qonaq gedək. Yəni onları sınayaq! Bəs deyək ki, pulumuzbitib, yolda qalmışıq, bir gecə bizi qonaqlayın. Üz tutduğumuz ilk ev böyükimarəti xatırladırdı. Ürəyimdə sevindim ki, bizi göydə qonaq qəbul edərlər.Qapını döyüb, "ay ev yiyəsi” deyə səsləndim. Az keçmədi, başı şallı, orta yaşlıqadın darvazanın qapısında peyda oldu.
- Salam-əleyküm, biz yoldaqalmışıq, pulumuz da yoxdu. Bizə bir gecəlik otaq verərsinizmi?
Şallı qadın əli üzündə birxeyli fikirləşir...
- Otaqlarım da boşdu, nəverərsizniz?
- Pulumuz yoxdu axı...
Qadın yenə susur, düşünür...
- Yaxşı, sağ olun
- Sağ olun...
Elə bunu deyən kimi qadınqapını bərk-bərk örtüb gözdən itir. Başımızı bulaya-bulaya başqa qapılarıdöyürük. Mənzərə dəyişmir. Heç kim bizi evinə dəvət etmir.
Bəs nə oldu bizimqonaqpərvərliyimizə? Keçmiş zamanlarda Allah qonağını qapıdan qovmazdılar.Bizim adət-ənənəmiz nə tez unuduldu? Tez-tez də bizim milli adətlərimizdən,mental dəyərlərimizə qədər tərif edir, göylərə qaldırırıq! İnsanımız bu qədərmiöz məmləkətinin insanından ürkər, xofa qapılar?
Axı biz nə zamansəmimiyyətimizi, comərdliyimizi itirdik?
Ümumən ev tapa bilməyəndəadamlar məscidə üz tutur. Biz də yolumuzu Allahın evinə çevirdik. Az getdik, üzgetdik, dərə-təpə düz getdik, gəlib çatdıq Şəkinin mərkəzindəki məscidə. İmangətirənlərdən birinin qarşısını kəsib molladan xəbər tuturam.
-Məscidin mollası hardadı, bilmirsiz?
-Molla yoxdu!
-Bəs molla əmihara gedib?
-Nəbilim, vallah!
-Bu məscid səhərəkimi açıq qalır?
-Yox qardaş,gözətçi məscidin qapısını bağlayır
Elə bu an gözətçini tapıb,yanına yaxınlaşırıq.
-Salam, ağsaqqal
-Məsciddəbağlanar? Allahın evidi…
-Qardaş bizə belətapşırıblar!
Nə qədər and-aman elədik,xeyri olmadı. Gözətçi bizi məscidə buraxmadı.
Məsciddə qalmaq arzumuz dagözümüzdə qaldı.
Axşam düşdükcəneyləyəcəyimizi, hara gedəcəyimizi qara-qara düşünürdük. Birdən qardaşımınağlına bir ideya gəldi. Barmağını havada yellədib, dilləndi:
-Gedək internetklubda qalaq!
Bu fikir ağlımıza batdı.Şəkinin ala-bəzəkli, ecazkar evlərini, romantik işıq dirəklərini keçib internetklubu tapdıq.
Klubun qarşısı oğlanlarladolub daşırdı. Yiyəsini çölə çağırdım ki, arxasınca beş nəfər də gəldi.
-Nə olub qardaş,dava edəcəyik?
Saqqalı oğlan qımışdı ki, bəs sizin qonaq olduğunuzubilirik.
-Hardan? – deyədilləndim
-Şortikgeynmisiniz ona görə…
Hamımız şaqqanaq çəkibgülüşdük. Başınızı ağrıtmadan deyim ki, klubun yiyəsi gecə saat üçə kimi işlədiyindənbizi qəbul etmədi. Söhbət elədiyimiz vaxt gözümü açıb ətrafa baxıram ki, xeyliadam yığılıb bizə qulaq asır. Birdən orta boylu, gombul bir oğlan əliniqaldırıb, dilləndi ki, gəlin qonağım olun.
ardı olacaq…