adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
31 May 2019 12:02
42472
ƏDƏBİYYAT

ŞƏFƏQ NASİR ƏBÜLFƏT MƏDƏTOĞLUNDAN YAZDI

Mənə görə ədəbiyyata, sənətə,ümumən yaradıcılığa olan maraq bir çox səbəbdən yaranır: İnsanın təbiətinə məxsusyaratmaq eşqi həyatında yaranan min bir təzadları, yaşadığı, müşahidə etdiyi gerçəklikləriözünəməxsus şəkildə təsvirə almaq istəyi, görüb-müşahidə etdiklərini fərqli birformada yaddaşa ötürmək, yazmaq vərdişi düşüncə və əməllərini sözün qüdrəti, təsiriiləifadə etmək istəyindənvə daha nələrdən yaranır. Bir də var, qəlbinin, ruhununehtiyacından yaranan yaradıcılıq vərdişi. Bu vərdiş həm də və əsasən Tanrının bəxşetdiyi tükənməz bir eşqlə bağlıdır. Belə bir mənəvi tələbatdan doğan yazmaq istəyihəqiqi yaradıcı insanlara xas olan bir cəhətdir. Şair, publisist Əbülfət Mədətoğluda məhz ruhunda, gözündə-könlündə daşıdığıhəyat gerçəkliklərini, elə həyatınözündə görmək istədiklərini özünəməxsus təsvir-ifadəsi ilə ədəbiyyata gətirməkehtiyacının tələbi ilə yazıb-yaradır.

Uzun illərdir Əbülfət Mədətoğlununəsərlərindən görürəm ki, bütün bu sadaladığım cəhətlərin hər biri onunyaradıcılıq laboratoriyasında doğulan,işıq üzünə çıxan ədəbi məhsullarının ərsəyəgətirilməsində mühüm əhəmiyyət kəsb edir. Onun ədəbi aləminə yaxın olan hər kəsədə bəllidir ki, Əbülfətin yaşadığı ömür-gün, mənəvi aləmi ağrı-acılarladoludur. Bunlar şəxsi kədərdən göyərən, həm də milli, ictimai məna kəsb edən kədərdi.Hərdən də bu ovqata bir işıq timsalında çilənən sevinc onu ədəbi yaddaşında közərənkönül duyğularını vəsf etməyə həvəsləndirir. Zamanı duymaq, onu müşahidə etmək,görüb-yaşadıqlarına ədəbi həyat vermək Əbülfət Mədətoğlunun bir növ həyat vərdişinəçevrilib. Əslində hər hansı bir işlə, fəaliyyətlə əlaqədar yaranmış vərdişictimai əhəmiyyət kəsb edirsə, bu, xalq tərəfindən rəğbətlə qarşılanır. Heçşübhəsiz, ürəyindən keçən, onu duyğulandıran, ehtizaza gətirən bu bədiiyaradıcılıq, poetik düşüncələrin ifadəsi elə ruhun ehtiyacıdır. Əbülfəti geniş ədəbimühitə, oxucu auditoriyasına tanıdan və sevdirən də məhz bunlardır.

Qarabağ dərdləri iləyüklü olan şair vətəndaşın istəyi əlbəttə ki, doğma yurduna qayıtmaq, dizi üstəçöküb torpağını öpmək, onu gözlərinə sürtməkdir. Allah ona doğmaQarabağa,ocağına, doğulub, boya-başa çatdığı Tuğ kəndinə qayıtmağı qismət eləsin.

Onun bir çox əsərlərinin– "Döymək istədiyim qapılar”, "Ürəyimdəkisənsən”, "Ehtiyacın elçi daşı”, "Nilufər çiçəyi”, "Sevgi pıçıltıları”, "Üfüqdəgörünən adam”, "Zəhmli polkovnik”, "Sözə ünvanlanmış 15 məktub”, "Birqadına...” kitablarının əsas ideyası, başlıca qayəsi də məhz budur.Bu kitablarmüəllifin poeziya, publisistika vəbədii nəsrindən ibarət toplulardır və onu daqeyd edim ki, Əbülfət Mədətoğlu bu gün üst-üstə 28 kitabın müəllifi kimi ədəbi-mətbumühitin mərkəzindədir.


"Bir qadına...” Əbülfətinnövbəti kitabıdır və heç şübhəsiz, bu toplu da onun əvvəlki kitablarında olduğukimi, poetik düşüncələrin qəlbindəsöz-söz, misra-misra doğulan məqamları,duyğuları rənglərlə süslənmişmənəvi aləminiişıqlandırmaq ehtiyacından yaranıb.Sözdənhörülmüş yığcam etüdlərin hər biri süjetli həyat lövhələridir. Qəlbin aynasındaəks olunan duyğular səltənətinin həzin, kədərli və həsrətli ovqatının ifadəsi,az-azacıq sevincinin parıltılarıdır. Mənə elə gəlir ki, Əbülfətin ilhamının mənbəyiürəyində yuva quran kədəri və o yuvanıniçində həmişə diri olan xatirələrdir.Bütün əsərləri o xatirələrin qüdrətindən yaranır. Xatirələr isə insanın mənəvimənbəyi-məxəzidir. Bu mənbə də ki, tükənməzdir. O, qaynar həyatın içində varolduqca həmin mənbə-məxəz daha da dolğunlaşır, zənginləşir. Və poetik düşüncələr,süjetli nağıllar, həyat lövhələri də buradan rişə atıb işığa tələsir. "Dərdim təklikdən yarıcan, 

Çəkisi yoxdurdarıcan... 

Sən ona söylə barı, can! 

– Ayaqda dayana bilsin...”.

Bu, kökü dərinəişləmiş, bu gün də ondan qəlpə-qəlpə qopan xatirələrin sızıltısıdeyilmi?..Yaxud, şair deyəndə ki: 

"Eləistəyirəm qovuşsun yolum, 

Bir az önə çıxım, öndə dayanım... 

İndi ki kölgənəm – qoy özüm olum – 

Mən də günə çıxım, gündədayanım!..

- arzusu, istəyi buxatirələrin işıq zolağından süzülən, yolunu aydınladan ümiddir. Axı kədərin də,qəmin də məzmununda həm də düşünmək, xəyala dalmaq sevdası var. Elə ümid də buşirinlikdən yaranır.

Əbülfət Mədətoğlununşeirlərinin dili o qədər rahat, rəvandı ki, çox zaman onlar bir oxunuşdanyaddaqalır. Şeirlərinin üslubundan başlamış, onun ifadə tərzi, fikirlərin bir-biriilə zəncirvari bağlılığı, ovqata köklənməsişeirdə bir bötövlük yaradır. Bütün bunlar da heç şübhəsiz, şeirin mükəmməlliyiniehtiva edir.

Yenə insanın düşüncələrinəaydınlıq gətirən kədər... Onun evindən işıqlı dünyaya bir pəncərə var. Oradansabahlara boylananda yaddaşındakı közərtilər alıb aparır şairi. Yaşadıqlarını təzədənduyur, xatırlayır...

Ürəyim büllur camdı...

Çat-çat oldu cam damdı...

Bu qandakı nə tamdı –

Torpağı xatırladır?!.

Canım yandı, közərdi

yandığı dərd gözəldi...

Dilim sanki xəzəldi –

yarpağı xatırladır...

Əbülfət Mədətoğlununpoeziyasıhəmişə ədəbi mühitin,ədəbi tənqidin diqqət mərkəzində olub. Ədəbiyyatadamları hər zaman onun yaradıcılığınıizləmiş, şeirlərinə münasibət bildirmiş, haqqında dəyərli söz demişlər. Azərbaycanıngörkəmli ədəbiyyat adamları, şairlər, yazıçılar onun şeirləri iləbağlı fikir söyləyib, kitablarına ön söz yazıblar. Bəxtiyar Vahabzadə, ZəlimxanYaqub, Musa Yaqub, Elçin Əfəndiyev, Vaqif Bəhmənli şair, publisist, nasir ƏbülfətMədətoğlunun yaradıcılığına hər zaman diqqət göstəriblər.

Məlumdur ki, söz adamlarıhəmişə mənəviyyatı maddiyyatdan üstün tutublar. Mənə görə də həyatda yaşamınbir qanadı, əsas gücü insanın mənəvi aləmi, duyğusallığı, hissiyyatıdır. Axıbuhissetmələr insan düşüncəsinə aydınlıq gətirir, özünü axtarmağa meyilləndirir,tapanda isə o ucalığını, mərtəbəsini həyatın çirkinliklərindən qorumağaçalışır. İnsan öz duyğularının, mənəvi aləminin gözəlliyi ilə də həyatınınizamlayır, bu cəmiyyətdə yerini, mövqeyini qazanmağa çalışır. Ona nail olandayaşamağında böyük məna görür.

Əbülfət bəzən şeirlərindəbu həyatdan "çıxıb getmək istədiyini”, "yaşamadığını” və bu qəbildən bir çoxfikirlərini önə çəksə də, əslində bunlar həyatı görə-görə, tanıyaraq, duyaraq vəsfetməyə başladığı yolun davamıdır. "Ürəyim evin olsun” şeiri bu dediklərimi aynakimi əks etdirir: "

Atdığı daşlar dəyir 

birbaşa ürəyimə... 

Daşlama, bu evi sən – 

gir yaşa ürəyimə... 


Ahdan asma, qovurma 

xəlbirləmə, sovurma... 

Sən sevməkdən yorulma

 – köç yaşa ürəyimə... 


Bu əzabı,bu qəmi 

Verdin, seçdim qibləmi! 

Köçürtdüm sən Kəbəmi- 

birbaşa ürəyimə!..”

Bu misralarda sevgi dilaçır, öz eşqini izhar edir, yaşamağın gözəlliyini duyur, həyata hüdudsuz bir məhəbbətləbağlanır. Burada şair ayağı yerdən üzülmüş kimidi, sevginin ipək qanadlarındaaləmi dolaşır, dolu ürəyi, oyanmış duyğuları ilə fırçasını əlinə alıb, həyatınrənglərinə öz çalarlarını əlavə edir. Üfüqü öz rənglərinə boyayır.

Başqa bir şeirində dərdinaşıladığı düşüncələr, bu düşüncələrin göyərtdiyi istəklər özgə bir mənada, gözəllikdətəqdim olunur. Burada lirik "mən” ürəyinin qatlarında özünə yer eləmiş dərdinindili ilə özünü ifadə edir:

Gözlərimin dibinə

bir qaranlıq çökübdü...

Dərd ümid köynəyimi –

İlmə-ilmə sökübdü...

Bu ömrün zərrələr –

anlar toplumu "ah”dı...

Mənim olmamağım tək –

olmağım da günahdı!..

Bu "günah” əslindəyaşamaqdı, yaratmaqdı, yaratdığından zövq almaq, nur paylamaqdı. Əbülfət Mədətoğlunuhələ ki düşmənə qalmış Qarabağsız yaşadan ümidlərini, arzularını göyərdən də dərdinürəyində xatirələrdən açdığı yaddaş ağrısıdır. "Bir qadına...” şeirlər toplusundan ən çox əxz etdiyim bufikirlər oldu. Yeni kitablarının sorağındayıq, Şair!

Şəfəq NASİR,

"Respublika” 

31 may 2019