“Unudulan Yolların Səsi: Anadolunun Qəlbində Yenidən Doğulan Kəndlər”

Anadolu xəritədə deyil, qəlblərdə yerləşən, zamanın səssiz qoruyucusu, keçmişlə bu günü birləşdirən məkandır.
Bir vaxtlar qaynayıb-qarışan, nənələrin nağıl danışdığı, uşaqların tozlu yollarda qaçdığı bu yerlər, uzun illərdir susqunluğa qərq olmuşdu. Suyun şırıltısını, cümə axşamlarında oxunan duaların feyzini, çay evindəki səmimi söhbətlərin ləzzətini hiss etdirən bu kəndlər unudulmuş xatirələrin beşiyidir.
Yollar... O daşlı, dolanbac cığırlar üzərindən addımlayanları unutmaz. Qayıdanlar o cığırlarla danışmağı bacaran, yolların qoxusunu duyanlardır. Bu, sadəcə bir köç deyil - bu dəyərlərə dönüşdür.
Anadolu kəndləri bu günlərdə yenidən nəfəs almağa başlayıb. Son illərdə Türkiyədə baş verən sosial və iqtisadi dəyişikliklər, böyük şəhərlərin sıxlığı və stresli həyat şəraiti bir çox insanı təbiətə yönəltdi. Müxtəlif bölgələrində həyata keçirilən kəndlərin canlandırılması layihələri, yalnızca tikililəri deyil, həm də min illik yaddaşları dirçəltməkdədir.
Kəndə dönüş sadəcə mənəvi deyil, iqtisadi baxımdan da dirçəlişin ocağına çevrilir. Gənclər öz təsərrüfatlarını qurur, yerli məhsulları bazara çıxarır, ekologiyaya uyğun istehsal metodları ilə kənd həyatına yeni nəfəs verirlər. Qadınlar kooperativlər quraraq əl işləri və kənd məhsulları vasitəsilə ailə büdcəsinə töhfə verməktədirlər.
Artıq bir çox bölgələrdə ekoturizm layihələri inkişaf edir. Təbiət yürüşləri, yerli mətbəxi tanımaq kimi təkliflər kəndləri turizm mərkəzinə çevirir. Sanki hər kənd öz hekayəsini yenidən danışmağa başlayıb.
Bəlkə də gələcəyin ən parlaq layihələri, şəhər mərkəzlərində deyil - Anadoluda, qədim çinar ağaclarının kölgəsində gizlidir.
Fikrət Əkbərli