Əbülfət Mədətoğlu: Əlini mənə uzat
(Qardaşıma...)
Budanmış ağac kimiyəm
Ümid quşu hara qonsun?!
Həm ölü, həm də diriyəm-
Az qalır ki, qanım donsun!..
Gözümü göydən çəkmirəm
Yer məni yaman üşüdür...
O, mələk olub, bilirəm -
Hər nə deyirəm eşidir!..
Odur ki, susmur xəyalım
Danışır açıq, həm içdə...
Yer tapmıram ki, dayanım
Yoxdu məndə bu sərişdə...
Sirri nədədi görəsən -
Ərimir, olub bu qar, daş...
Əlini mənə verəsən -
Bərk tutub , dikələm , qardaş!..
Digər Xəbərlər
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

