Şəlalə Camal: Məni bağışlayın...
Məni bağışlayın, əziz müəllim,
Coğrafiya fənnini əzbər bilmədim.
Mən O'nun qoynuna bir sığınacaq,
Uzanan əlinə Vətən söylədim.
Müəllim, atlasdan başım çıxmadı,
Gözünə baxanda gözüm yol çəkdi...
Bütün xəritələr O'na yol aldı,
Nə mən geri durdum, nə O əl çəkdi.
O, mənim sevgimin məskəni oldu,
Şərqi də, qərbi də eşqlə doluydu.
Şəhəri məhəbbət qoxan dünyamın
Sevda boylanırdı hər bir kəndindən.
Digər Xəbərlər
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

