adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2014 17:06
5517
MƏDƏNİYYƏT

Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş mərasim keçirilib

Bugün Mətbuat Şurasında tanınmış yazıçı, Azərbaycanın ilk poliqrafçı alimi,milli poliqrafiyanın inkişafındamüstəsna xidmətləri olmuş Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş toplantıkeçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi mərasimdəyubilyarın sənət dostları, yaxınları, veteran jurnalistlər iştirak ediblər.

Tədbirigiriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraqbildirib ki, Ş.Cəfərov 75 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsredib. Gördüyü işlər yubilyarı ölkə ictimaiyyətinə böyük istedad sahibi, səmimivə qayğıkeş dost kimi tanıdıb. «Onun işinin ustadı kimi xarakterizə edəncəhətlərlə yanaşı, bilik və bacarığını bölüşmək həvəsi də xüsusivurğulanmalıdır. Lakin Şəddat müəllimi bizim üçün doğmalaşdıran ən başlıcaxüsusiyyət daim ictimaiyyətin, jurnalistlərin çevrəsində olması, bədiiyaradıcılığa üstünlük verməsidir. İctimai məzmun daşıyan hekayələri günümüzünreallıqları ilə səsləşən hadisələr əsasında formalaşıb. Ümumən Şəddat Cəfərovömür yolu örnək kimi qəbul edilən qələm adamlarından, peşə sahiblərindəndir. Bugün burada Şəddat müəllimin dostları, yaxınları toplaşıb. Elə bilirəm ki,onların hər birinin yubilyar haqqında deyiləcək sözü, bölüşəcək xatirəsi var»,- deyən Ə.Amaşov onu da bildirib ki, Ş.Cəfərov həyat və fəaliyyəti təkcə ölkəhüdudlarını aşan ziyalılarımızdandır. Ə.Amaşov həmçinin 75 illik yubileyi vəAzərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Ş.Cəfərova rəhbərliketdiyi qurumun dipolmunu təqdim edib.

MŞ-ninAhıl Jurnalistlər Məclisinin rəhbəri, respublikanın əməkdar jurnalisti YusifKərimov məclisin ömrünü-gününü jurnalistika, mətbuatın inkişafına, ümumənyaradıcılığa həsr etmiş adamlarla bağlı mərasimlərin təşkilinə önəm verdiyinivurğulayıb. Mövcud istiqamətdəki tədbirlərin veteran qələm sahiblərini yeniyaradıcılıq uğurlarına həvəsləndirmək, onların əməyinə dəyər vermək baxımındanvacibliyini önə çəkib. O, yubilyarın fəaliyyətinin məxsusi tərəflərinə diqqətçəkib.

MŞİdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadəçıxışında Ş.Cəfərovla təmaslarındakı maraqlı məqamları diqqətə çatdırıb,yubilyarı peşəyə bağlılıq nümunəsi kimi xarakterizə edib. Belə adamların daimyada salınmasının, diqqətdə saxlanılmasının gənc nəslin mənəvi tərbiyəsinədəstək baxımından əhəmiyyətinə toxunub.

Çıxışedənlərdən xalq artisti Canəli Əkbərov, yubilyarın dostları Cümşüd İsgəndərov,Sevda Əlibəyli, Şakir Yaqubov, Fatma Həsənqızı, Maarif Teymurov, İsaqƏmənullayev, Oqtay Əliyev, Bəbir Hüseynov, Namazəli Mustafayev, YasəmənMöhübbətqızı, Mehman Fərzullayev və başqaları Şəddat Cəfərovla bağlıxatirələrini bölüşüblər, onun həyat yolunun spesifik cəhətlərindən söz açıblar.

«AzərbaycanNəşriyyatı»nın baş direktor müavini Allahverdi Məmmədov Ş.Cəfərovun uzun illərbu qurumdakı fəaliyyətindən danışıb, nəşriyyatın yubiley hədiyyəsini ona təqdimedib.

MərasimdəŞəddat Cəfərovla bağlı sənədli film də nümayiş olunub.