Şamaxı Rəsədxanası aşkarlanan planetlərlə bağlı açıqlama yaydı
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) NASA alimlərinin Yer ölçüsündə 7 planetin kəşf etməsi ilə bağlı yaydığı məlumata münasibət bildirib.
Adalet.az-ın xəbərinə görə, ŞAR-ın direktoru Namiq Cəlilov APA-ya deyib ki, aşkarlanan planetlərdən 3-ü kütləsi və radiusuna görə Yerə kürəsinə oxşayır. O qeyd edib ki, həmin obyektlərin atmosferi, onların tərkibində nə var onu indidən demək mümkün deyil: "Zəif obyektlər olduğundan onları yerdən müşahidə etmək çox çətindir. NASA-nın imkanları böyük olduğu üçün arası kəsilmədən o cür obyektləri müşahidə edib belə nəticələr əldə edirlər. Ancaq sonrakı tədqiqatlar bu məlumatların nə dərəcədə düzgün olduğunu göstərəcək. Çünki bu vaxta qədər minlərlə bu tipli obyekt aşkarlansa da, onlarda həyat üçün tələb olunan iz, spektr tapılmayıb”.
Qeyd edək ki, NASA-nın Vaşinqton bürosunun yaydığı məlumata əsasən, astronomlar eyni ulduzun orbitində dövrə vuran və Yerin ölçüsündə olan 7 planet aşkarlayıblar.
Digər Xəbərlər
28 Aprel 2024 15:42
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin - Bakı sakinlərinə XƏBƏRDARLIQ
28 Aprel 2024 00:37