adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2024 11:04
517
GÜNDƏM

Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ

28 aprel - Şərqdə ilk demokratik respublika olan, Cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu günüdür!Bəli, rus və erməni birliklərinin- bolşevizmin, dolayısı ilə Rusiyanın Azərbaycanı işğal etməsindən 104 il keçir. Bolşevik Rusiyası 70 illik bir sovet rejimi qurdu və türk xalqlarına qarşı böyük soyqırımlar etdi. Bu gün də rus işğalının acılarını yaşayırıq!
Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin!

 Bizə başqasının gücü çatmazdı, satqınlar, xainlər özümüzdən olmasaydı...


Həmin dövrdə boleviklər Azərbaycanı asanlıqla ələ keçirmək məqsədi ilə satqınlardan ibarət ölkə daxilindəki 5-ci koloniyanı hərəkətə keçirdilər.
Aprelin 26-dan 27-sinə kecən gecə cümhuriyyətçilərə “2 saata hakimiyyəti bolşeviklərə təhvil verməsəniz parlamenti başınıza yıxacağam!” ultimatumu satqın Cingiz İldırımın başcılığı altında Bakı polis hissələri tutularaq tərkisilah edildi. İnqilabi qvardiyanın reydləri nəticəsində Bayıldakı silah anbarı ələ kecirildi və bütün fəhlələr silahlandırıldılar.

Bayıl yamacında qurulmuş ingilis səhra və sahil topları inqilabcılar tərəfindən ələ kecirildi. Bakı qarnizonu tam tərkibdə inqilabın tərəfinə kecdi. Bakı Yunker məktəbi tutularaq tərkisilah edildi. Nargin adasında yerləşən musavat-ingilis qüvvələriylə Bakı arasında əlaqə yaratmaq ücün qurulmuş rabitə xətti şəxsən Cingiz İldrımın rəhbərliyi və iştirakı ilə kəsildi . Amma satqın cəzasız qalmaz...

1937-ci il iyul ayının 7-də birdən-birə Xalq Daxili İşlər Komissarlığı (XDİK) Çingiz İldırımı həbs elədi. Üzərində “Əbədi saxlamalı” qrifi vurulmuş cinayət işində onu Bakıda ifşa edilmiş əksinqilabi qrupla əlaqələrdə, Maqnitoqorsk metallurgiya kombinatının tikintisi zamanı qəzalar və yanğınlar törətməkdə və xarici kəşfiyyata satılmaqda ittiham edirdilər. Çingiz İldırımı elə uğrunda savaşdığı imperiya 1941-ci ilin eyni günündə, yəni 27 apreldə əksinqilabçı adı ilə güllələdi.

Daha sonra hələ 1918-ci ildə 31 Mart qırğınını Bakı şəhər kommunasının sədri Şaumyanın əmri ilə həyata keçirən, əsas təşkilatçılar sırasında yer alanlardan biri, Bakının hərbi komendantı olmuş Qəzənfər Musabəyov idi ki, o rusların marionetkası idi. Musabəyov yazırdı:""1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik”...

 Bakıda erməni Bolşevik qruplaşmasının üzvü olmuş, azərbaycanlılara düşmən kəsilən Pyotr Montin-Montyana həsr olunan abidənin də açılşını məhz Qəzənfər Musabəyov açıb. ANS Pressin 2010-cu ildə verlişlərinin birində Musabəyovun ləqəbinin “Padla” olduğu deyilirdi.

Mənbələrdə yazılır ki, Qəzənfər Musabəyov Cümhuriyyət ordusuna kömək üçün Dağıstan tərəfə gedən Qaçaq Mayıl, Həmdulla Əfəndi və Bakı qoçularının dəstəsinə müraciət edib deyir ki, bizim məqsədimiz işğal deyil, Atatürkün çağırışı ilə Azərbaycandan keçib Türkiyəni xilas etməyə getməkdir. Bundan sonra isə zirehli qatar birbaşa Bakıya gəlib və silahlı işğal başlayıb. Bakıya hücum planı isə Mikoyan və Musabyov tərəfindən hazırlanıb. Ona görə də Bakı tezliklə işğala məruz qalıb.

Bütün respublika ərazisində 1918-1920-ci illərdə xalqı Cümhuriyyəti devirməyə çağıran, çevrilişə dəstək vermək çağırışlarına imza atanlardan biri də məhz Qəzənfər Musabəyov idi.

1938-ci ildə onu hər şeyini qurban etdiyi sovet höküməti güllələdi.


Bakı Komitəsinin üzvləri — İ.İ.Anaşkin, L.İ.Mirzoyan, A.İ.Mikoyan yaxın dost və əqidə yoldaşı olan, Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı , Bakı Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı Əliheydər Qarayev həm Gürcüstanda, həm də Azərbaycanda deputat seçilmiş yeganə türkdür. i

Amma Qarabağın ermənilərə verilməsinin tərəfdarı olub. Hətta 1920-ci ildə, parlamentdə çıxış edən Əliheydər Qarayev, Qarabağı ermənilərə verməyi təklif edəndə, Nəriman Nərimanovun cavabı çox ağır olur: "Əliheydər, Qarabağ sənin arxan deyil, hər istədiyinə verəsən".
1938-ci ildə "əksinqilabçı millətçi mərkəzin işi" ilə əlaqədər olaraq güllələnmişdir. Tarixçilər yazır ki, 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə olunanda qalmaqal düşür. Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məmmədəmin Rəsulzadənin üstünə çımxırır:- Razılaşmasan, gözlərini çıxartdıraram!
M.Rəsulzadə təəssüflə cavab verir:
- Sən bütün millətin gözlərini çıxartdın!
Ə.Qarayev salona üz tutur:
- Səsini çıxardanı gülləbaran edəcəyəm!
M.Rəsulzadə:
- Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, «tovarişlər» səni güllələyəndə məni xatırlayarsan! Doğrudan da 1937-ci ildə Həmid Sultanovu, Əliheydər Qarayev və digər onunkimiləri öz silahdaşları güllələdilər.


Həmid Sultanov - Araşdırmaçılar bildirir ki, Şaumyanın rəhbərlik etdiyi Bakkomuna dövründə Bakı şəhər və rayonları Hərbi İnqilab Komitəsinin üzvü, Bakı Xalq Komissarları Şurasının qəza müvəkkillərindən biri olub...

1919-cu ildə Azərbaycan Cümhuriyyətinə qarşı fəal gizli mübarizə aparıb...O,4 iyun 1920 -ci ildə Azərbaycanın görkəmli maarifçisi,publisist və ədəbiyyatşünas Firidun bəy Köçərlinin güllənmə əmrini verib...
Xalqımızın işğalçı kommunistlərə qarşı Gəncə üsyanını xüsusi qəddarlıqla qan içində boğub...Minlərlə günahsız yurddaşımızın məhvinə səbəb olub...Bu fəaliyyətinə görə qırmızı ulduz ordeni ilə mükafatlandırılıb...

Məlumatlarda o da deyilir ki, Sultanovun öz xalqına qarşı satqınlığı onun genetikaşından gəlir. Belə ki, onun ulu babası Şəmsəddin mahalınının sultanı Şərif sultan 1803- cü ildə Sisianovun rus qoşunları ilə birlikdə dəstəsi ilə Gəncənin mühasirəsi və alınmasında yaxından iştirak edib. Qeyd edək ki, şair Məmməd Rahim o dövrdə Həmid Sultanova təhqiramiz şeir də həsr edib:
Tarix hər an tarix qalır əslində,
Həmid, sənin nökərlik var nəslində.
Bizdə yağı düşmənlərə aman yox,
Pençəmizdə tülək sara aman yox,
Ölüm namərd kölgəsində yatana,
Vətənini özgələrə satana!


Yuxarıda qeyd etdiyimiz kimi, Həmid Sultanov 1938-ci ildə Ayna Sultanova və qaynı,Azərbaycan SSR-də yüksək vəziflər tutmuş Qəzənfər Musabəyovla birlikdə repressiyaya məruz qalaraq xalq düşməni kimi güllələnib...
Araşdırmaçıların gəldiyi nəticələr həqiqətən də çox ürəksıxıcıdır. Yazırlar: "M.Ə.Rəsulzadəni qoşa-lüləyə çar xəfiyyələrinə satan adam. Lahıcda gizlənərkən Rəsulzadə və silahdaşları ən son bu adamın evində qalır. Və O, sonda Rəsulzadəni satır. Nəticədə onları İsmayıllının Aşıq Bayramlı kəndi yaxınlığında həbs edirlər. 1927-ci ildə isə Əliabbasın özünü sovet höküməti iz itirmək məqsədilə zindana salıb güllələyir.
Əslində Azərbaycan hər zaman qəhrəmanlar yurdu olsa da, tarix təsdiq edir ki, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov (və ya A.Əlimanov) , Əliheydər Qarayevin həyat yoldaşı, həkim Xavər Qarayeva-Şabanova və başqaları kimi xəyanətkarlardan xali deyil.

Allah bütün xəyanətkar və satqın insanlara lənət eləsin!

 Əntiqə Rəşid