adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Aprel 2019 18:09
40314
LAYİHƏ

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

Pakizənin ömründəilk dəfə oğlan baxışından, kişi təmasının nə demək olduğunu duyması da elə budövrə təsadüf edir. İndi o, həmin anı əyani şəkildə tez-tez təsəvvüründəcanlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğununşirinliyindən məst olurdu. - Müəllifin dilindən deyilən bu fikir məni bu sözlərləbaşlamağa ona görə vadar etdi ki: birincisi, romanda ictimai-sosial, mənəvi-əxlaqiproseslərlə yanaşı kişi və qadın münasibətlərindəki məhrəmliklə bərabər, hadisəvə xarakterlər: onun təsiri, ikincisi gənc nəslin köhnə adətləri qəbul etməmək,yaxınlaşan yeni quruluşun ərəfəsində pak məhəbbətlərini ifadə etmək. Məişətkonfliktlərdən uzaq bir həyatın qurulmasına nail olmaq. Maraqlı, zəruri yazıçımövqeyi və seçimi. Həyatın yeni müstəvidə davamı - köhnəlikdən uzaqlaşma.Meydanın boşaldılmasından sonra cavan nəslin torpağa sahibliyi və nəslinartması. İsmayıl Şıxlı baxmayaraq qəhrəmanlarını mübarizədə, şəxsi intriqada,yeri gələndə qadın aurasında dolaşmaqda təsvir edir, lakin bəşəri vərdişinqüdsiyyətini də unutmur.

Mən romanlardabu kövrək macəra xətlərin bir-birinə oxşamasını görmədim: Cahandar ağa-Zərnigarxanım; Cahandar ağa-Mələk; Şahnigar xanım-boşluqda çırpınan ehtiras; Şamxal-Güləsər;Əşrəf-Pakizə; Ələddin-Qaratel - mücərrəd məhəbbət, İmran-Nərgiz.

Deməli, müəllif əsasməqsəddən əlavə, əslində yanaşı ən lazımlı və əbədi kişi-qadın ünsiyyətininçalarlarını verir, əxlaq, islam dini anlamında heç bir romantik; məstedici əlaqələrsiz.Yeganə Məmməd-Şahnazdır ki, bu da müasir dövrün əxlaqi-davranışı ilə bağlıdır.

Şahnigarobrazını mən bir sıra prizmalardan görürdüm. Gənclik təravətini itirməyən, ərininvəfatından sonra kişisiz qadınlara məxsus kəndalaş qoxusu verən, bəzən gicitkəniyisinə bənzər ehtiras. O, nakam ömrünü yaşayır, heç bir kişiylə adı hallanmır.Kənd mühitində hansı qadının ünvanına bu söz-söhbət çatmırsa, xoşbəxtlikdir. Mənzəmanət verməzdim ki, o, ilk növbədə Cahandar ağanın bacısı olduğu qorxusundan,yaxud Cahandar ağadan qorxudan bu qadın düz yoldadır. Şahnigar xanım namusludurvə dul qalmış kənd qadınlarının taleyini yaşayır.

Mən əsərimdə birsuala cavab verməliydim: Şahnigar ölümdən qaça bilərdimi, qardaşının ayaqlarınadüşüb yalvarardımı, nəhayət, özünü intihar edərdimi? - Mahiyyətə varmadım, ötəritoxundum. Sonra, belə bir kitabı yazmağa başlayanda bu xəttin heç də sadəolmadığını görürdüm. Romanlardakı qadınlar (qızlar) və kişilər (cavanlar)dünyanın ləzzətindən xali təsvir olunmamışlar.

Onlar da intimauranın ilğımını duymuşlar, yaxud ehtiraslarını məhdudlaşdırmamışlar.

Qəribəsi ondadır- Cahandar ağa arvadı Zərnigarla xeyli ömür keçirmiş və dünyaya üç uşaqları gəlsədə, sonu sıfıra dəyişdi. Gənc və məlahətli Mələyi bütün dini qanunları pozmaqlaqaçırıb, özünə arvad etdi. Bu da hər iki tərəfə xoşbəxtlik gətirmir? Onun özəyinitəşkil edən "libido" enerji qüvvəsini itirəndə - ölür, acizləşir və məhvəirəliləyir.

Zərnigar xanımdaməhəbbət hissi Cahandar ağaya nisbətən yüksəkdə dayanır; mən bu müəllifyanaşmasını təbii hesab edirəm. Əvvəlcədən də, təxmini bu cürproqnozlaşdırmışdım. Məhəbbət elə bir möcüzədir - Cahandar ağa xislətliadamlarda, xüsusilə bəylərdə yalnız ehtirasları söndürmək zamanı gərəkli olur.Ağır, sərt, daima at belində, ictimai çarpışmalarda keçən kişilər adətən vaxtda tapmırlar. Zərnigar xanım isə hətta Cahandar ağaya acığı gəlsə də, tutduğuişinə görə nifrət bəsləsə də hisslərini qiymətləndirir, xəyalını oyadır. Zərnigarxanım orijinal obrazdır, ərinə nifrətini hətta əsaslandırmağa çalışır: "O,hiss edirdi ki, kişi sınıqdır, əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getməsi,bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu görmək istədiyini,heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun ürəyindən keçdiyini hiss edirdi.Arvad qəlbinin ən ucqar guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsada, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsə də özü iləmübarizə aparmağı bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsiqulaqlarında canlanırdı. Cod barmaqlarının təmasını çiynində, saçında, sinəsindəhiss edirdi. Belə halda az qalırdı ki, durub birbaşa evinə getsin…"

Cahandar ağa isəbir dəfə də olsun arvadını xatırlamır, xoş dəqiqələrindən təsəlli almır. Belədüşünmək olar ki, buna ehtiyac yoxdur, çün cavan Mələyi yanındadır. Amma heç Mələklədə biz onu tam, ürəkdolusu münasibətdə görmürük. Cahandar ağa hətta bir ər-kişiolaraq intim hissi üçün cəhd etsə də, psixoloji gərginlik, fərdi illüziyalarbuna mane olur. Mən Cahandar ağada əzəldən məhəbbət olmamışdır - tezisində bəyəyanaşmaq istəməzdim, bəlkə də içərisində haçansa varmış, lakin o, məhəbbətdə əxlaqi-davranışaüstünlük verir.

Məhəbbət nə yaşa(şərti), nə şəraitə, nə vəzifəyə, nə ictimai sistemə ayrılır - bunlar vaxtilə əsaslandırılıb,- məhəbbət üçün xeyli "mənbələr" əsasdır: İlahi təsadüf, yovuşma,naşılıq, ünsiyyət, xoşqılıqlıq və sairə.

Lakin bu müqəddəslikdədavamlılıq kişi-qadın anlaşıqlığında seksual "libido"nun təminatıdır.

Qadın və kişiqovuşmağında (bir xeyli rəsmi danışıram) bu cinsi enerji əsas faktordur.Z.Freyd yazıq başqa nə deyirdi ki? "İnsanın yaradıcılığının əsasında"libido" adlı cinsi enerji dayanır".

Məhəbbət halındainsan - kişi - ər hərəkətinə, davranışına və prosesdə iştirakının qavramasınaşüurunun təsiri anlaşılmaz halını alır və o (kişi), xəstəlik-nevroz istinktiləidrakının gücünü itirir və ehtirası təhtəlşüura tabe olur.

İnsan, deyək ki,Cahandar ağada intellekt, ağıl emosiyanı idarə etdiyi üçün Freydin (bu psixoloqCahandar ağadan yaşlıdır, uzağı həmyaşıddılar) nəzəriyyəsini ortaya qoymaqlazım gəlir. Məhəbbətin praktik sonu - Allah tərəfindən məqbul sayılan nəticəsiəgər insanı, onun yaradıcılığını şərtləndirirsə Freydizmi niyə qəbul etməməliyik?İ.Şıxlı Freydizmin süni məğlubiyyətindən xəbərdar idi. Cahandar ağa, Zərnigarxanım, Şahnigar, hətta Şamxal hərəkətlərində, rəftarlarında baş beyin qabığı iləqabıqaltının "mübarizəsi"ni görürlər. Bu mübarizədə ağılın qalib gəlməsiniCahandar ağa və oğlu Əşrəf başa düşürlər.

İ.Şıxlı "məhəbbət"əqələmdaşlarından fərqli şəkildə, zahiri cəlbediciliyi, məzələnməyi, lirik məcaralarıvə s. qatışdırmadı. Halbuki, özünə qədər yazılan romanlarda, povestlərdə həttaifrata varılmışdı. İ.Şıxlı ona görə bu addımı atmadı: əsərlərinin konkret məkanı,camaatı, adəti vardı və soy-kökə əsaslanırdı. İ.Şıxlı bir psixoloq savadı ilə,məhəbbətin əxlaqi-davranışı şərtləndirən qanunauyğunluğu ilə tanış idi və özüyüksək səviyyədə etik-pedaqoq idi. Mən bu məsələdə ehtiyatlı davrandım:İ.Şıxlının məhəbbət-sevgi konsepsiyası bilavasitə olsa da, məqsədini"tuta" bilərəmmi? Ona görə də poetikasında bir xeyli kənara dartdımyaxamı. Antik filosoflar, sonralar psixoloqlar, ədəbiyyatçılar və qeyri sənət-peşəadamlarından oxuduqlarım mənbə qiymətində "sözünü" diqtə etdilər.

(ardı növbətisayımızda)

Allahverdi Eminov