adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Yanvar 2019 18:09
44871
LAYİHƏ

Şagirdim məndən daha çox kitab oxuyur – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihə sayəsindəmüəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərləmünasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərinhəyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahətedəcəyik. Layihənin bu dəfəki qonağı Cəbrayıl rayon N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Orxan Əlibəyovdur.


Müəllim olacam

23 may 1992-ci ildə Füzulidə doğulmuşam.Ailədə müəllimlik peşəsiylə məşğul olan yoxdur. Mən müəllimlikdən əvvəl birneçə yerdə çalışmışam. Bank, market, jurnalistika, teatr...Və mən bu üç işyerinin heç birində özümü indiki işim, yəni müəllimlik qədər xoşbəxt hissetməmişəm. Bilirsiniz, universiteti bitirəndən sonra müəllimliyə istimünasibətim olmadı nədənsə. Özümü başqa sahədə sınamaq istədim. Heç birində dəuğur qazana bilmədim. Sonra müəllimlərin işə qəbulu ilə bağlı keçirilənimtahanlara gənc müəllim dostların, belə desək, axınını gördüm. Bu mənihəvəsləndirdi. Oturub düşündüm və dedim: mən müəllim olacam! Bir də mənimüəllimliyə gətirib çıxaran başqa səbəb də var: paylaşmaq və öyrətmək ehtiyacı.Mən mütaliəni sevirəm və oxuduqlarımı paylaşmaq ehtiyacı yaranır təbii olaraq.Düşündüm bunu ən yaxşı şagirdlərimlə edə bilərəm və onlar da mənimdanışdıqlarımdan, nəticələrimdən nəsə öyrənə bilərlər.

İlk dəfəCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən məktəbdə başlamışammüəllimliyə və hələ də burda davam edirəm.


Zəngin kitabxanamız var

Məktəbdətədrisin keyfiyyəti müəllimlərin hazırlıq səviyyəsindən və məktəb rəhbərliyininmüəllim qarşısında qoyduğu tələblərdən asılıdır. Bizdə direktor hər müəllimə gündəlikdərs planı tutmağı tapşırıb. Yəni müəllim sabah keçəcəyi dərsi necə, hansıstandartlar əsasında quracağını dərs planında qeyd etməlidir. Bunsuz heç birmüəllim dərsə buraxılmır. Bu tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsiredən bir şeydir. Ümumiyyətlə, məktəbimizdə şagirdlərin yaxşı təhsil almalarıüçün hər cür şərait yaradılıb. Elektron lövhədən tutmuş, zəngin kitabxanayaqədər.


Sevgi

Biz ənənəvi təlim metoduyla təhsil almış adamlarıq. "Sevgi","Birlik", "Mərhəmət", "Xoşbəxtlik","Ədalət" və s. kimi məfhumlar haqqında heç bir təsəvvürümüz olmayıb.Çünki dərs müddətində bunlar barədə fikrimiz soruşulmayıb ki, biz də pis-yaxşınəsə deyək, bilmədiyimizi də müəllimin izahından əxz eləyək. Eləcə qaydaəzbərləyib müəllimə danışmışıq, çalışma yazmışıq. Dünyagörüşümüz isə ikinciplanda qalıb həmişə. Universitetdə hansısa əsərin təhlilində bunun əziyyətiniçox çəkmişəm. Amma yeni təlim metodunun maraqlı dərskeçmə üsulları var. MəsələnKlaster üsulu (şaxələndirmə). Tutaq ki, lövhəyə dairənin içində"sevgi" yazırsan və uşaqlardan sevgini necə başa düşdüklərinisoruşursan. Onlar da hərəsi bir cür fərziyyə irəli sürür və beləlikləfərziyyələr tutuşdurulub ortaq bir nəticəyə gəlinir. Uşaqların aşağı-yuxarıtəsəvvürləri formalaşır. Başqa bir maraqlı üsul Venn diaqramıdır. Bu daşagirdlərin müqayisə qabiliyyətini formalaşdırır. Mən bacardıqda dərsimi buüsullardan istifadə etməklə qururam və nəticəsini də görürəm.

Hələ ki, heç bir şagirdimlə problem yaşamamışam. Ümumiyyətlə, zorakılıqmənə yad xüsusiyyətdir. Hər şey müəllimin davranışından və idarə etməkbacarığından asılıdır. Şagirdlərimin içində nadinc olanlar da var, amma mənonları yola gətirməyi bacarıram. Baxmayaraq ki, pedaqoji təcrübəm azdır.Şagirdlərin məktub yazmaq məsələsinə gələk. Yox hələ ki. Yəqin nə vaxtsa olar.

Şagirdim məndən çox oxuyub

Ara-sıra maraqlı hadisələr olur təbii ki. Bəzən yorğunluqdan bunlara oqədər də diqqət göstərmirəm. Şagirdim var, onunhaqqında danışmaq istəyirəm. Məncə, o da maraqlı biridir. 7-ci sinifdə oxuyanuşaqdır. Keçən dəfə onunla kitablar haqda söhbətimiz oldu. Oxuduqlarını deyəndəözümdən utandım açığı. Etiraf edim ki, mən onların eləcə adını eşitmişdim.Hətta bəzilərinin müəllifini belə unutmuşdum. Amma o, həm oxuduqlarını, həmonların mövzusunu, həm müəllifləri haqda danışdı mənə. Kitabxanada uşaqlar üçünnəzərdə tutulmuş ədəbiyyatın demək olar hamısını oxuyub. Bu çox gözəldir,həqiqətən. İnanmaq müşküldür. Amma o uşaq məndən çox kitab oxuyub.

Mən kənddə yaşayıram və burda müəllimə necə yüksəkqiymət verildiyini görmüşəm. Şəhərdə bir az başqa münasibət var müəllimə.Şəhərdəkiləri müəllim adından daha çox onun cibi maraqlandırır. Müəllim nəqədər maaş alır, hansı şəraitdə yaşayır, sürdüyü maşın nədir və s. Özüm 25 ilşəhərdə yaşamışam və uşaqlar arasında gedən söhbətlərdən bunu eşitmişəm çoxvaxt. Amma kənddə müəllimə münasibət fərqlidir. Adicə yolda gedəndə insanlarınsənə xüsusi izzəti-hörmətlə salam verdiyini görəndə çox xoşbəxt olursan. Ondadeyirsən ki, yaxşı ki müəlliməm.



Həyatlarını itirirlər...

Mən 20 ildən çox bir müddətdə şəhərdə yaşamışam. Sonraməcburrayonaköçəsioldum. Əvvəlbumənə çoxağırgəlirdi. Düşdüyümvəziyyətlə də heçcür barışa bilmirdim. Düşünürdüm rayonda yaşamağım günbəgün geriləməyiməgətirib çıxaracaq. Və maddi durumumuzun ağırlığı da bir tərəfdən belimibükürdü. Amma getdikcə işlər qaydasına düşdü, yaşadığım mühitə, insanlaraöyrəşməyə, həyatımdan zövq almağa başladım. Mütaliədən, yazı-pozu işlərindənuzaqlaşmadım, bu da bir tərəfdən həyatıma stimul verdi. Sonra dönüb şəhərdəyaşadıqlarıma, ordakı həyat şərtlərinə, şəhər cəmiyyətinin tələblərinə,insanlararası münasibətlərə bir də nəzər yetirdim. Belə bir qənaətə gəldim:şəhəradamları əksər hallarda səmimi ola bilmirlər, daha bahalı həyat yaşamaq naminəbəzən gələcəklərini qurban verməyə belə hazırdılar, bir-birlərinin bəhsinəgünlərini boşuna bahalı restoran, AVM-lərdə keçirməklə bu istehlak cəmiyyətininiçərisində get-gedə təbiiliklərini, həyatlarını itirirlər...

Klişelərlə razılaşmıram çox vaxt və dəyərləri bütləşdirməyin tərəfdarıdeyiləm. Müəllimlik ali məqamdır və müqəddəslik onun yanında bir az kölgədə qalır,mənə görə.

Peşəninsıxıntılarını və problemlərini görmək üçün həvəssiz olmaq lazımdır. Çünki insan həvəssiz olanda işindəki ən xırdaçətinliklər tez gözünə batır və sən onun öhdəsindən gələ bilmirsən. Heç cəhd dəeləmirsən. Amma mən işimi çox sevirəm. Bəlkə də buna görə işimlə bağlı heç nəçətin gəlmir mənə.

Keçən dəfə beynimdə olan birneçə şeiri əzbərdən dedim uşaqlara. Bunlar daha çox müasir poeziya örnəklərimizidi. Hamısı qəribə maraqla qulaq asmışdılar.

Kimisə xüsusiləşdirməkistəməzdim. Çünki onlar mənim ilklərimdi və hamısı çox doğmadı. Amma bayaqdediyim şagird. 7-ci sinifdə oxuyan. Adını deməyim (gülür). O uşaq çoxmaraqlıdır. Xətayə adında 8-ci sinif şagirdim də var. Dərslərin birində"Səfillər"dən, "Robinzon Kruzo"dan, "Ağ diş"dəndanışdı mənə. Hələ nə qədər oxuyub, amma dərs müddətində danışıb çatdırabilmədiyi kitab adları çəkdi. Heyrət elədim.


Son

Mən ümumiyyətlə, şagirdlərimlədost münasibəti qurmaq istəyirəm. Bir dəfə kitabxanaya gedəndə şagirdimi gördümorda. Tətildə oxumaq üçün kitab seçirdi özünə. Xahiş elədim mənim üçün dəbirini seçsin. Əvvəl tərəddüd elədi, amma təkidimi görüb Herbert Uellsin"Zaman maşını" kitabını uzatdı mənə, dedi: Maraqlı kitabdır, müəllim.


Düzü oxumamışdım və kitabı təkseçməyi xoşlayıram. Amma şagirdlərimi oxumağa həvəsləndirmək üçün seçimi onunöhdəsinə buraxdım. Bu kitabı bitirəndən sonra digər şagirdlərimin də mənim üçünkitab seçməyini istəyəcəm. Belə ki, onlar mənsiz də kitab oxuyurlar. Sadəcəbelə bir jestin şagirdlərdə maraq oyadacağını və bundan sonra seçəcəklərikitabları daha da həvəslə oxumalarına yardımçı ola biləcəyimi düşündüm.