adalet.az header logo
  • Bakı 17°C
23 May 2023 15:55
653
ƏDƏBİYYAT

Şeyx Nəsrullahdan Cəlal Şəngörə

“Gözünü açıb aydını, ziyalını imtiyazlar mühitinin inkubator cücələri kimi bir-birinə bənzəyən kahin uniformasında görənlər üçün bu iki şəxsin hər gəlişi cəmiyyətimizdə ictimai şüurun keyfiyyət dəyişikliyini sürətləndirəcək”. 

Adalet.az xəbər verir ki, bu fikirləri şair Aqşin Yenisey səsləndirib.

O bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan xalqı İsfahandan gələn Şeyx Nəsrullahı qarşılamışdı; ölüləri diritməyə gələn Şərqin cəhalət çağının lotusunu. XXI əsrin əvvəlində eyni coşqu ilə İstanbuldan gələn İlbər Ortaylını və Cəlal Şəngörü qarşılayır; Şərqin bilgi çağının lotularını.

Bu, bizim üçün çox ciddi bir mədəniyyət hadisəsidir.  Bu, ölkədən kənara çıxa bilməyən gənclərimiz, vətəndaşlarımız üçün təkcə Anadolu aydın tipinin deyil, ümumiyyətlə, adına aydın, ziyalı deyilən insanın ziyarətidir. “Ziyarət” ona görə deyirəm ki, bu gün İlbər Ortaylının və Cəlal Şəngörün işığına yığışanlar daha çox onlara baxmağa gedənlərdir. 

Gözünü açıb aydını, ziyalını imtiyazlar mühitinin inkubator cücələri kimi bir-birinə bənzəyən kahin uniformasında görənlər üçün bu iki şəxsin hər gəlişi cəmiyyətimizdə ictimai şüurun keyfiyyət dəyişikliyini sürətləndirəcək. Məsələn, ziyalını, aydını ancaq siyasi tərəfkeşliyinə görə dəyərləndirənlər görəcəklər ki, bir aydın, bir alim üçün hansısa ölkədə palçıq vulkanına baxmaq, öz ölkəsində keçiriləcək “əsrin seçkisi”də canfəşanlıq etməkdən daha maraqlı və vacib ola bilər. Görəcəklər ki, iki aydın necə yan-yana oturub dostcasına eyni imperiyanı, eyni dəyəri söyə və öyə bilər.

Bu iki şəxsin simasında bilgini, həqiqəti şəxsi eqodan arındırmağın örnəklərini görəcəklər. 

Əgər təkcə baxmağa deyil, həm də görməyə gediblərsə”.

Eminquey