Əbülfət Mədətoğlu: GÜLSÜN
("Bir qadına" silsiləsindən)
Dilək dilə, niyət tut-
Üzünə bir üz , gülsün...
Qalıbsa ən son umud -
Üzünə o, düz gülsün!
Batan günəş çıxır da
Fikir ürək sıxır da!..
Ot bitməyən şığırda -
Üzünə o iz , gülsün!
Səmimi, dinc kəlməyə
Dilinə linc gəlməyə!
Bir hovur dincəlməyə -
Üzümə o diz , gülsün!
Eşqin əhlət daşı mən
Hər cümlənin başı mən!
Çox demirəm, yaşı mən -
Üzünə kaş, yüz gülsün!
Digər Xəbərlər
23 Oktyabr 2026 20:22
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24


Bakı -°C

