Pərvanə Bayramqızının yeni kitabı çap olunub
Yazıçı, publisist Pərvanə Bayramqızının fərqli ədəbi nümunələrlə dolu yeddinci kitabı çap olunub.
“Səni özünə döndərənlər” adlandırılan kitabın korrektoru və dizayneri tərcüməçi Aygün Əzizdir. Dövrümüzün sözdən abidəsini yaradan müəllif cəmiyyətdə baş verən dəyişiklər haqqında, sosial problemlər, yaxşılıq-pislik mövzusunda yazdığı esselərdə şahidi olduğumuz prosesləri, mənəvi boşluqları, müxtəlif tip insanların fərqli xüsusiyyətlərini özünəməxsus formada göstərib.
Mətnlər bugünün ab-havasını hiss etdirir, təzadlı yaşantıları söz vasitəsilə canlandırır. İnsanın iç dünyasına enən yazıçı onu bütün incəliklərinədək təhlil edir. Kitabda müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış ziyalılarla müsahibələr də yer alıb.
Mövzular müxtəlif bölmələrə ayrılıb.
Süni intellekt vasitəsilə mətnlərin ümumi məzmununu əhatə edən rəsmlərin hazırlanması ideyası A.Əzizə məxsusdur.
Xatırladaq ki, cəmiyyətə, ictimai-sosial həyata həssaslıqla yanaşan müəllifin indiyədək saysız-hesabsız publisist mətnlərdən, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən və gündəmlə səsləşən esselərdən, resenziyalardan ibarət altı kitabı çap olunub.
Uşaq yaşlarından yazıb-yaradan yazıçının imzası mətbuat səhifələrində ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. İlk kitabı isə 2008-ci ildə nəşr olunub.
Digər Xəbərlər
07 Sentyabr 2026 10:53
Əbülfət Mədətoğlu: GÜLSÜN
07 Sentyabr 2026 10:48
"Niyə"yə veriləcək cavab - Pərvanə Bayramqızı yazır
05 Sentyabr 2026 10:47
“Ateizm bizə alternativ düşüncə kimi lazımdır...”
03 Sentyabr 2026 15:04
Əbülfət Mədətoğlu: Güvəndiyim vurdu məni
03 Sentyabr 2026 09:00
DƏLİXANALAR DƏLİYƏ HƏSRƏT...
02 Sentyabr 2026 13:33
NƏ YAXŞI Kİ, DOĞULDUN...
02 Sentyabr 2026 12:34
İstanbulun Rami Kitabxanası dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçildi - FOTOLAR
02 Sentyabr 2026 12:24


Bakı -°C

