SEYRAN SƏXAVƏTİN “Seçilməmiş əsərləri”

XX əsrin 60-70-ci illəri Azərbaycan ədəbiyyatı tarixində, poeziya, nəsrvə dramaturgiya tarixində keyfiyyətcə yeni bir mərhələdir. Bu dövrdə milli vədünya ədəbiyyatındakı ən yaxşı ənənələrdən bəhrələnərək bədii sənətkarılq cəhətdəndəyərli əsərlər yazılmışdır. Bu dövrdə həyata bədii təfəkkür baxımından yanaşmaqla,fəlsəfi dərkə, milli mənəvi dəyərlərə köklənməklə yaranan əsərlər artırdı.Təkcəpoeziyada deyil, həm də nəsrdə belə poetik zənginlik bu dövrlərdə ədəbiyyata gələn,artıq bu ədəbi aləmdə tanınan qələm sahiblərinin əsərlərində üstünlük təşkiledirdi və oxucularda böyük maraq yaratmışdı. Bu dövrdə Süleyman Rəhimov, Əli Vəliyev,İlyas Əfəndiyev, İsa Hüseynov... artıq Azərbaycan nəsrinin, Mikayıl Müşfiq, SəmədVurğun, Rəsul Rza... poeziyamızın inkişafında böyük xidmətləri ilə ədəbiyyattariximizdə imzalarını möhürləmişdilər. Yeni yetişən nəsil –Elçin, Anar, MövludSüleymanlı... onların arxasınca gələn müfəssəl əsgərlər idi. Bəxtiyar Vahabzadə,Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Xəlil Rza, Sabir Rüstəmxanlı, Vaqif Cəbrayılzadə,Ramiz Rövşən... Azərbaycan poeziyasına yeni bir abı-hava gətirməkdə idilər. Eləsənətkarlarımız var idi ki, həm poeziya və nəsrdə, həm də dramaturgiyamızın, Azərbaycanteatrının inkişafında böyük xidmətləri ilə tanınırdı. B.Vahabzadə, N.Xəzri,N.Həsənzadəhəm poeziya və dramaturgiyada, İlyas Əfəndiyev, Anar, Elçin... həm nəsrdə və dramaturgiyada artıq öz dəsti-xəttilətanınırdı. Yeni ədəbi nəsil bu ənənələr üzərində inkişaf edirdi və bu Azərbaycanədəbiyyatının uğurları idi...
Azərbaycan nəsrinin, poeziyasının və dramaturgiyasının inkişafındaSeyran Səxavət də öz dəsti xətti ilə seçilirdi. "Qızıl teşt” əsəri, "Nekroloq”romanı, sənətkarlıq cəhətdən diqqəti cəlb edən poeziyası S.Səxavətinuğurlarıdır.Böyük sənətkarımız İsmayıl Şıxlı "Qızıl teşt” əsərinin tamaşaversiyasını yüksək dəyərləndirir. Bu povesti birnəfəsə oxumuş yazıçı iki dəfə dətamaşasına baxır və "hər iki dəfə də camaatın nəfəsini dərmədən, səhnədən deyilənsözləri dinlədiyinin şahidi olmuşam, Xanəhmədin qılıncdan kəskin atmacalarındansonra uzun müddət davam edən alqışlarını eşitmişəm. Sözün düzü, xeyli vaxtı beləsəmimiyyətlə qarşılanan tamaşaya baxmamışdım. İlk dəfə idi ki, belə müşahidəmolurdu– tamaşadaayaqüstə qalxıb yarım saata qədər səhnədəkiləri alqışlayan adamların sevinciniunuda bilmirəm...ümumiyyətlə demək istəyirəm ki, həm povest, həm də pyes kimi"Qızıl teşt” əsəri sübut etdi ki, vaxtında yazılmış, cəsarətli əsərlərə həmişəböyük ehtiyacımız var”– deyir.
Özünün yazdıqlarının hamısına "dünyanın mən baxan tərəfdən görünənhissəsidir”–deyənSeyran Səxavət həyata baxışlarının orijinallığı, qələmə aldığı hadisələrdəqabartdığı problemlərin aktuallığı və yeniliyi ilə diqqəti çəkir. Onun poeziyasındasevinclə yanaşı, bir acı da var. Bunlar adi acı, adi sevinc deyildir. Bu sənətkarlıqfərdiliyindən doğur. Qələmə aldığı hisslər, problemlər, böyük bir daxiliinamın, təəssüfün, qəzəbin doğurduğu duyğular sevinc və acının vəhdətindəverilir. Onun mövzuları uzaqlardan gəlmir, yaşadığı həyatdan, mühitdən alınır.Və buna görə də doğmalığı, dərinliyi, sadəliyi və mürəkkəbliyi ilə maraqoyadır. Onun poeziyasında gül bülbül sevgisi, vəfa, sədaqət təbliğ olunmur.Onun yaradıcılığında yaşadığı dünyanın reallıqları və özünün yaşadığı aləm,keçirdiyi hisslər, fərəh, qüssə doğuran hadisələr, məqamlar poetik təfəkküründənkeçirilir, əsərin mövzusu olur, daxili dünyası ilə həmahəngləşir, parlaq, duru,şəffaf şeh damçıları kimi ruhu oxşayır. O öz duyğularını ifadə edərkən obrazlıifadələrində də təbiidir. Sevgi mövzusunda yazılan əsərlərdə bir sevən ürək,sevgisi üçün döyünən ürək, həyəcan, daxili hiss və duyğular predmet üçüngötürülən mövzunun içindən rişələnir. Seyran Səxavətin hələ keçən əsrin 60-cıillərində qələmə aldığı "Bizim arx” şeiri sevgi mövzusunda yazılmış gözəl,orijinal, poetik cəhətdən zəngin misralarla dolu poeziya nümunəsidir:
O qızın bağçasında
Şırıldayan büllur arx,
Bizim bağçadan keçir;
O arx ilə həmişə
Bu bağdan o bağçaya
ürək keçir, can keçir.
"Qonşuda qız sevənin ürəyində yağ olmaz” xalq məsələsi yada düşür,ilıq bir nəfəs duyulur, mübhəm və səmimi, zərif, kövrək qəlbin çırpıntıları iləzəngin bu şeirin hər bəndi aşağıdakı bənd kimi bədii cəhətdən qüvvətli, poetikcəhətdən düşündürücüdür, ruha, duyğulara təsir edir.
O arx üstə yüyürüb
təngənəfəs gələndə
gəlişimi aparıb.
Bəzən o arxın üstə
onun adı dilimdə
danışmışam, gülmüşəm
-gülüşümü aparıb.
Qəlbimdən ulduz saylı
naxışımı aparıb.
Bəzən də qırçın-qırçın
axışına baxmışam-
baxışımı aparıb.
Orijinal, təkrarsız, daxilən poetik ifadə zənginliyi, ülvi bir məhəbbətsahibinin könül çırpıntılarındakı saflıq insanı qarsıyır. Lirik qəhrəman kimisevə-sevə, öyə-öyə, oxşaya-oxşaya, "qılığına girərək” müraciət etdiyi o "bizimarx”la insan kimi danışır, ona könlünü açır, həm ondan istədiyini, həm içindəkisevgi duyğularını gizlədə bilmir:
Bir səhər su içəndə
onun dodaqlarından
bircə "hə” kəlməsini
qoparmağın qalıbdır.
Bir də mənim özümü
Onların bağçasına
aparmağın qalıbdır,
Bizim arx, ay bizim arx!
Bu şeir keçən əsrin 63-cü illərində yazılıb. Seyran Səxavətin ədəbiyyataləminə ilk qədəm qoyduğuillərə təsadüf edə bilər. Amma mükəmməl bir poeziyanümunəsidir.
"Utancaq məhəbbət” şeirində də bu sevgi– ədəbiyyatın ən böyük mövzularından biri olanUNSAN SEVGİSİ orijinal bir şəkildə ifadə edilir. Sinəsində doğulan "utancaq məhəbbəti”"bir gözəlin baxışı ulduz-ulduz doğranıb dağılmışdı sinəmdə” orijinal deyimdir.O utancaq məhəbbəti şair bədii təfəkküründə obrazlaşdırır, ona canlılıq verir,ona insan kimi baxır– hisslər, duyğular surətə cevrilir, bu çevrilməninözündə bir orijinallıq var. Xitabın ən gözəl keyfiyyətindən istifadə etməkləmüraciət etdiyi utancaq məhəbbətinin arxasında bir insan dayandığını oxucuduymaya bilməz. O utancaq, saf məhəbbətinin arxasınca qaçmır, lirik qəhrəmanbir az özünü "ağır tutur”, amma o ağır tutumun arxasında kövrək qəlb, o utancaqməhəbbət üçün sızıldayan ürək varlığını o misralarda yaşadır. Ömründən illər"sürünüb keçib”, o utancaq məhəbbətə "heç bilmirəm hardasan” deyə müraciət edərkənməhz onun həsrətini çəkdiyini bəyan etmiş olur. Çünki bu gün –o sürünüb keçən illərdənsonra da onu axtarır:
Bilsəm ki,yaşayırsan
dağlar gizlədib səni,
O pəhləvan dağları
yumruğumla əzərəm.
Bilsəm dənizlərdəsən,
mən bütün dənizləri,
dalğa-dalğa gəzərəm.
Bu misralarda o utancaq məhəbbət həsrətlə xatırlanır, peşiman qəlbinçırpıntılarına sərt, soyuq rüzgar əsir, üşüdür oxucunu... o sevgi üçün dünyanıverməyə hazır olan qəlbin, nə vaxtsa əldən verdiyi o sevginin ağrı-acısını çəkən,bu gün həyatında bəlkə də o sevgini tapa bilməmiş bir insan taleyinin ağrı-acılarıvar... təəssüf hissi keçirən, heyfslənən, o böyük səadətiüçün çırpınan, bu günonu geri qaytara bilsə bütün dünyanı ona qurban verməyə hazır olan şair "bütünbəşəriyyətin” "utancaq sevgisini”–saf, məsum sevgisini, lirik insani duyğuları ümumiləşdirir...
Seyran Səxavətin şeirlərində övlad sevgisi də, torpaq sevgisi də eləsözlərlə, elə bədii priyomla ifadə edilir ki, oxucu ruhuna təsir edir, bunlar təkrarsızifadələrdir. "On dördü martda” şeiri də bu cəhətdən orijinaldır. 14 mart olabilsin ki, şairin qızının doğum günüdür. Yanında ola bilməyən, bağrına basıbbalasını doyunca öpməyən atanın bütün çəkdiyi mənəvi iztirablar, həsrət, göynərtihopub bu misraların canına. İnsani duyğuların gözəlliyi, səmimiliyi, oxucunun qəlbinintellərini titrədir, nədənsə həmin gözəl günlərdə doğmalarının yanında ola blməyənlərindərdini, qübarını "təzələyir”. Bu həsrət:
On dördü martda...
yanaqlarından ötrü quruyan
cadar-cadar
dodaqlarımı yalıyacam...
Ürəyimdə
üstündən bir qız uşağı tullanan
tonqal qalayacam,
Yaşıyacam-təzə şumlanmış torpaq kimi,
Yun təki çırpacam təkliyimi
On dördü martda...
İnsan oğlunun, bala sevgisi kimi müqəddəs hisslərlə dolu qəlbininbütün narahatlıqları, gərginlikləri, göynərtiləri, yanımcıllığı bumisralardadır. Sənətkarın böyüklüyü qələmə aldığı mövzunun bədii tempini yüksəltməkqabiliyyətindədir. Balasından ayrı düşmüş insan "tərk olunmuş yurd yeriyəm”,"ocaq daşı kimi yanıram”, "tərs adamların ot basmış yoluyam”, "çomağı sınmışbomboş çoban əliyəm”, "balası itmiş quşam”– deyir və bu deyimlər itkidən, ayrılıqdan doğaninsanın faciəsindən bəhs edən dəyərli bədii təsir qüvvəsinə malikdir... SeyranSəxavətin qələmində bədii cəhətdən qəliblənmiş misralardır.
Şairin "Ürək” şeirindəki poetika da güclüdür. Ürək mövzusunda nə qədərgözəl şeirlər oxumuşuq, efirdən dinləmişik. Seyran Səxavətin "Ürək” şeiri təkrarsızfikirlərlə zəngindir. Hələ çox qaranlıqları onunla birlikdə "yıxmalı” olacaq ürəyiilə insan kimi rəftar edir, verdiyi suallar ("Nə tez başlamısan ağrımağa sən?,"Bir de, tuş gəlmisən hansı dərdə sən”), müraciətlər, ona verdiyi təskinliklər,eyni zamanda ondan etdiyi xahişlər sənətkar incəliyinin, sənətkarlıqimkanlarınıntəzahürüdür. Diqqəti çəkən aşağıdakı misraların təhlilinə belə ehtiyac yoxdur.Çox aydın, çox səlis, çox gözəl bir poetiklik var, sarı simlərə toxunur...
Əməlim səninki, eşqim səninki,
Məndə həsrət yaşar, o qoy ölməsin.
Demirəm, ağrıma, elə ağrı ki,
Anam dözümsüzdür, ana bilməsin.
Dağlar mövzusu Azərbaycan poeziyasında geniş mövzudur. Aşıq ədəbiyyatında,dastanlarımızda "Dağ” "Dağlar” "Vətən”, "Torpaq” anlamında da işlədilir. SeyranSəxavətin "Azərbaycan dağları” şeirində dağlar qüdrət, qüvvət, alınmazlıq,basılmazlıq simvoludur:
Dağda dağ qüdrəti var,–deyib insan.
Siz deyin, nə zaman basılıb dağlar?
Buludlar qoynuna dolaşan zaman,
Sanki səmalardan asılıb dağlar.
Küləklərlə döyüşəndə göylərə "boyun əyməyən”, əsrlərlə, yaranandanüzü bəri qar, boran, çovğun görmüş bu dağların yaşıl, güllü-çiçəkli sinəsinixalça bilir, gümüş kəmər kimi qoynunda qıvrılan yollarını sevir, yer kürəsinin"maralı dağlar”da payına düşən vətən dağlarına necə böyük bir ürəklə bağlıolduğunu dilə gətirir:
Sinəndə tələsik bir addım atdım,
Yavaşdım, göy otu əzməyəm gərək.
Vətəni gəzməsəm mən addım-addım,
Qürbətdə qarış da gəzməyəm gərək!
Doğulduğu, qoynunda böyüdüyü dağları, kəndi, eli-elatı sevən S.Səxavətgözəl şeirlərini də eləo kənddə, dağlar qoynunda yazıb, yaşadığı o dağlarınmöcüzəsinigörüb, vurğunu olub, ilk şeirini də kənddə yazıb, nəsr əsərlərini yazmağabaşlayanda da əslində kəndiylə "salamələykim”i kəsməyib...
Seyran Səxavətin bütövlük, vahidlik həyat idealıdır. Ayrılıqlar, çəkişmələrdörd bir yandan Azərbaycan torpağını, xalqını faciələrə düçar elədi. Bölgələrəbölünməyin ağır nəticələrini əsrinin köləsi Seyran Səxavət yana-yana dilə gətirir."Aşıq Ələsgərə xəbərçilik” adlandırdığı şeirində xalqın böyük faciəsini verir.Qərbi Azərbaycanda doğulub, yaşayıb-yaratmış böyük ustadına
Xəbərin var, ay Dədə
Sənə Yeraz deyirlər.
Mənim adım olmasın
Borçalı çökəyindən
Gələnlərə Qraz deyirlər?
Yanır bundan, göynəyir içi, bütöv torpağın insanlarıyla birgə bölünməsinixəyanət sayır. Amma demir xəyanətdir. Elə deyilişindən, sətiraltı kinayə və təəssüfündənduyursan,anlayırsan ki, torpağı, vətəni bölənlərə sinəsində nifrəti kükrəyir, daşır:
Elə bil ki,
gözümnən görmüşəm,
Üç yerdən çatlayıb gorun.
Mən də üç dəfə deyirəm:
Durun! Durun! Durun!
Ölmüşəm ay Dədə,
Molla çağır, ehsan ver,
Yerdən götür məni.
Ayrılığın daşı dəyən sinəsi göynəyən, yad əllərdə nalə çəkən Qarabağbu ayrılığın, bu bölünmələrin əzabını çəkir. Hakimiyyətə həris qüvvələrin məddəsitorpaqlarımızın başında çatladı. Hərəsi öz tərəfinə çəkən Azərbaycanımızın "yerazları”,"qrazları”, "birazları” dəhşətdir, bu gün bütövlükdə faciəmizin sona yetməsinəəngəl törədən məsələdir. Seyran Səxavətin şeirində "Durun! Durun! Durun!” bu Vətənsizlərə.Qəlbsizlərə mesajdir.
Daşın nə yaman ağırdır, –deyə müraciət etdiyi Qarabağın içindən "gəmirdiyi”taleyinə acıyır, qəzəbindən söyür özünə, qarabağlılara, əslində bu söyüşdə ("itunu kimi dağıldı, pərən-pərən oldu camaatımız”) nə qədər güclü təəssüf hissivar.
İndi həsrət qalmışıq
Qarabağın yazına.
Gözümüz görə-görə
getdi Qarabağ
kreslo davasında
anasının əmcəyini kəsənlərin
güdazına...
Ancaq əməlinin cəzasını çəkməyənlərin, belələrinin təpəsinə güllələrinvurulmamasını görüb "cızdığım çıxıb yanmışam” deyən şair əslində vətəndaş səsiniyüksəldir. Günahkarların, torpağı satanların cəzasını tələb edir.O bureallıqların şahididir ki, "vətənşünasların”, "gödənşünasların” işinin hamargetdiyi bir zamanda Qarabağ qumar masasına qoyulmuşdu–
Namus-qeyrət, nə vardısa,
Hamsı nəfsin ayaqları altına
sərilmişdi
qəzil palaz kimi...
Vicdanı "lal-kar”, namusu "çopur”, satqın, "kreslo müharibəsi” aparanlarınmümkün olsa başına gülləni şair özü çaxar.Aşağıdakı misralarda məhz belə kreslohərislərinə "hücum” var, "nifrət” var, "kinayə” var, o kin, nifrət daha yüksəkpafoslaməqamında işlənən, xalqdan gələn "oyna, gülüm, oyna...” ifadəsinincanındadır...
Oyna, gülüm, oyna...
Oyna, gülüm, oyna...
Oyna, dirim, oyna...
Zəngilanı, Şuşanı,
Füzulini, Cəbrayılı,
Laçın yurdu Laçını
Sabaş verim, oyna,
Oyna, gülüm, oyna...
Oyna, gülüm, oyna...
Bu oynamada əldən gedən vətən torpaqları xatırladılır, vətən xainlərininbaşına Təbriz, Ərdəbil, Dərbənd, Göyçə toxmaq kimi vurulur. Yurdu satanlara, vətənxainlərinə ölüm hökmü oxunur. Vəba, taun kimi Qarabağ elini çuğlayanqaçqınlıq, köçkünlük dərdini qabardır...
Kirvən gəlsin toyuna;
Ərdəbil, Göyçə, Dərbənd,
Təbriz gəlsin toyuna...
Qorqud qurban boyuna,
Oyna, gülüm, oyna...
Xalq yurdunu tərk edir...
Bu son misra – "Xalq yurdunu tərk edir” böyük bir faciəninağrısını çiyinlərində daşıyan şairin vətəndaş səsidir...
Hər sətrində, hər misrasında vətəndaş şairin qeyrət hayqıranbağırtısı duyulur. Şair yurdunu tərk edən xalqına, bütövlüyünü itirməkdə olanAzərbaycanına yas tutur bu "Oyna, gülüm, oyna...” misralarıyla...
"Dördayaqlı xəyanət hamımızdan bərk gedir” deyən şair doqquzmilyonluqxalqı üçün bir kreslo diləyir, "doqquz milyonluq kreslo görməmişəm”–deyərkən, torpağını, vətənin belə satan o kresloölülərinə qarşı kükrəyən nifrətini ifadə edir.
Şair bütün ümidlərini itirməyib, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızabəxş etdiyi müstəqillik xain qüvvələrin əliylə beşiyində boğulsa da, M.Ə.Rəsulzadənindediyi kimi "bir kərə yüksələn bayraq bir daha enməz” kimi tarixi həqiqətyerini tapdı. 70 il müstəqilliyi uğrunda gizlin-aşkar döyüşən,vətən oğullarıonu yenidən başımız üstündə dalğalandırdı. Şair müstəqilliyini sevən vətənövladlarına, ölkəsinə, yurduna güvənir. Bu gün dünyanın hər yerində dalğalananAzərbaycan bayrağına, o bayrağın mənsub olduğu Azərbaycan Dövlətinə, xalqınagüvənir. Xalqının birliyi amalı olan vətən oğullarına üz tutur. Tanıdığı birkreslo yeri var–o da Azərbaycandır... Doğmalarına sahib çıxan Azərbaycan. Dərditarixlərə sığmayan Azərbaycan... Köksü yaralı Azərbaycan–Dərbənd, Borçalı, Göyçə,Təbriz kimi balaları üçün qanlı göz yaşları tökərkən dərdinin üstünə dərd gələnAzərbaycan...O kreslolara həris qüvvələr unutdular onun dərdini; hərə özünə tərəfçəkdi, arada dağlardan səngəri olan Şuşa, Laçın, Kəlbəcər, Dirili Qurbanın məzartorpağı Cəbrayıl, Zəngilan, muğamın beşiyi Ağdam... düşmən tapdağına məruzqaldı. Bir qərinəyə yaxındır mələr qalıb... şair o vicdanı çirklilərin əməllərininəzabını çəkən Azərbaycanın bir daşı üçün canını qurban verməyə hazır olan qazilərinin,igidlərininsəsini bəyan edir... kor gözləri, kar qulaqları açmağa çalışır:
Doqquz milyon
Bir kresloya yerləşməz.
Qardaşım, bacım
doqquz milyon
bir kresloda birləşməz...
Güvəndiyi milyonlarla həmvətənlərinə üz tutur; Azərbaycanı sevək, birotaqda olan kreslo üçün yox, hakimiyyət üçün yox, Vətən-Bütöv Azərbaycanuğrunda döyüşək, birləşdirək şərqli, qərbli, cənublu, şimallı Azərbaycanımızı...əl çəkək şəxsi istəklərimizdən, əl çəkək varidat həvəsimizdən, bölgələrə bölünməyimizdən,bir-birimizin ayağımızdan çəkməyimizdən... əl çəkək Avropa, Amerika, ATƏT pərdəsialtında yurdumuzda nəfsi olanların arxasınca sürünməkdən... Böyük amal uğrundahər şeyə hazır şair torpağımıza göz dikənləri, onlarla həmrəy olanları, onlarınpulu ilə ölkədə "parçala və hökm sür” siyasətini dəstəkləyənləri məhv etməyəqadirarzusunu boğa bilmir.
Sevək ki, parçalanmasın...
Sevincdən ölə bilərdim,
Gör nə gözəl olaydı-
Hamımız bir kresloda,
Yaxası gen olaydı-
bir ayağı Təbrizdə,
İrəvanda, Dərbənddə,
Borçalı çökəyində
Gəlin!
Vətəni o satılmışlar satıb, şair indi özündə, xalqında, dövlətində otorpaqları geri almaz üçün təpəri, gücü görür və o siyasi dulları rədd edir, özgücümüzlə işğal altında olan torpaqlarımızı almağa səsləyir vətən oğullarını,onun-bunun havasına oynamağın acı zəhərini dadmış vətən oğlu kimi döyüşəhazırdır...
Seyran Səxavətin yaradıcılığında bir məqam da diqqəti çəkir və bu daonun fərdi yaradıcılıq keyfiyyətləri kimi dəyərləndirilə bilər. O vəzifəpərəstləri,təhlükəli bir xəstəlik olan kreslo ölülərini tənqid edərkən, yaxud da başqa birməsələni qabardarkən yüksək yaradıcı keyfiyyətləri üzə çıxır. Elə "Oyna gülüm,oyna” xalq mahnısından gələn bir misra şeirin ideya-məzmun keyfiyyətlərinəorijinallıq verməklə yanaşı, yazıçı, şair fərdiyyətinin bədii təfəkkür gücünü dəortaya qoymuş olur. Ümumictimai-siyasi hadisələrin gərginləşdiyi bir zamandabaşımızın üstünü almış bəlanın xalq, dövlət səviyyəsində nələrə gətirib çıxarabiləcəyindən, nə kimi faciələr törədə biləcəyindən narahat bir vətəndaş qayəsini,narazılığını, qəzəbini ortaya qoymağa imkan yaradır. Onun fərdi arzu və isəklərdənçox, milli və bəşəri dəyərləri üstün tutan, milli motivə köklənən bir şair, sənətkarolduğu görünür. Burada onu özündən çıxaran dərd ictimai xarakter daşıyır. "Məsələn,"oyna, gülüm, oyna” şairin qəlbində yaratdığı dərdi, ürəyinə dolan qəhəri bədiicəhətdən daha təsirli, daha qüvvətli vermək üçün düşünülmüş gözəl, təsirlipriyomdur.
Seyran Səxavətin poeziyası kimi nəsri də dəyərlidir. Bədii cəhətdənmaraqlı, ideya-məzmun keyfiyyətlərinə görə orijinal nəsr əsərləri S.Səxavətin mənsubolduğuyazıçı nəslinin müvəffəqiyyətlərindəndir. İsi Məlikzadənin "Gümüşü göl əfsanəsi”,"Dədə palıd”, Elçinin "Dolça”, "Ağ dəvə”, Sabir Əhmədovun "Azıxa doğru”, Sabir Azərinin"Dalanda” kimi nəsr əsərləri sırasında Seyran Səxavətin "Nekroloq”u da var.
Bu əsərlərdə insan həyatı, şəxsin fərdi və ictimai şüuru, əxlaqı,konkret insan talelərində reallaşmış olur. Milli şüurda baş verən milli anlayışməsələsinin ictimai düşüncədən estetik düşüncəyə keçməsi yaranan əsərlərdəreallaşır. Keçmiş həyat təsvirləri, baş vermiş və yaddaşına həkk edilmiş hərhansı həyat lövhələrinin yazıçının qələmə aldığı əsərdə məqsədə çevirməsi vəqazandığı uğurlar müəllifə uğur gətirə bilir. Seyran Səxavət bu mənada uğurlaraimza atıb. S.Səxavət həyat həqiqətlərinə dərindənbələd olan, kənd, şəhər məişətiniyaxşı bilən yazıçı kimi yaratdığı əsərləri– məsələn, "Nekroloq”, "Hamı elə bilirdi”, "Yüz ilinkişisi”, "Mən kiməm”, "Təndir çörəyi”, "Leyli-Məcnun və ferma müdiri”, "Harampul”, "Toy havası”, "Rəmiş”, "Karusel”, "İstəmirəm”, "Gün ağladılar”, "Çayçı Rəşid”kimi nəsr əsərləri tədqiqatçılarını gözləyir. Poeziyası kimi nəsri də Azərbaycanədəbiyyatının uğurlarıdır. F.e.d., tənqidçi Mürşüd Məmmədovun bu fikirləri iləşərikik ki, o bir yazıçı kimi, "XX yüzilliyin problemlərini, dərdlərini və nəhayət,90-cı illərin itkilərini, Qarabağ dərdlərini, insanda insani başlanğıcın zədələndiyivə deformasiyaya uğradığı vaxtlarda insanı özünə qaytaran və onun təkrarsızfenomenliyini sübut edən söz ustadıdır”.Onun nəsr əsərləri də dəqiq müşahidəyə,analitik təhlilə uyğun olaraq elmi-nəzəri fikirlərə yol açır. Onun "Nekroloq”romanı, "İt intervüsü”, "Cəhənnəm” hekayələri ədəbi-tənqidçilər tərəfindən dəyərləndirilir.Ümumilikdə Seyran Səxavətin həm nəsrinə, həm də poeziyasınaədəbi, elmi-nəzəri baxımdan, fərdi üslub məsələsində müasir ədəbiyyatşünaslığauyğun tendensiyalarla toxunulmalıdır.
Gülxani Pənah
Digər Xəbərlər

Qəzetlər niyə bütün dünyada oxunur, Azərbaycanda yox - Hamar Quluzadə yazır

Dünənin “dəmir topuğu”, bu günün “dəmir yumruğu”- Nurcan İsmayılova yazır

“Sevgi və Eşqin Əfsanə İsmi: Yunus Əmrə”

ŞİKAYƏTNAMƏ BİR QƏZETİN TALEYİ

Bəxtiyar Vahabzadə yaradıcılığına Vaqif Aslan prizmasından baxış

Mübarək məkana ünvanıq: Tanrı duasında, arzu dəryasında...

YUBİLYAR İLHAMƏ MƏHƏMMƏDQIZININ YENİ KİTABI TƏQDİM EDİLDİ
