adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 08:33
64
ƏDƏBİYYAT
A- A+

Bizi sevindirən həkimlər

Mənim yaxşı, savad və vətənpərvər həkimlərimiz böyük hörmət olub və bu gün də var.Onların arasında bir neçəsi ilə dostluğumuz davam eləyir.Və mən çox vaxt onun şahidi olmuşam ki, onlar neçə- neçə xəstəni Allahın köməyi ilə ölümün pəncəsindən xilas ediblər.

Son vaxtlar mənim də səhhətimdə  müəyyən problemlər  yaranıb. Ona görə də Milli Onkologiya Mərkəzində müalicə götürürəm.İlk gündən mərkəzin həkimləri mənə çox böyük diqqət və qayğı ilə  yanaşdılar.Sözün düzü, həkimlərin  belə səmimi münasibətinə heyran qaldım. Məni müalicə edən həkim- onkoloq Altay Məmmədov çox savadlı, səmimi və vətənpərvər bir ziyalıdır.

Öyrəndim ki, Altay həkim İmişli rayonundandır. İnanın, o, pasiyentlə elə şirin və səmimi söhbət edir ki, adam bir anlıq ağrı- acını unudur. Düşünürdən ki, nə yaxşı belə gənc həkimlərimiz  var.Onlar həm savadlıdır, həm də son dərəcə sadə və səmimidir.Heç şübhəsiz ki, həkimin  səminmi söhbəti, insanın qəlbini ələ alması, dava- dərmandan da çox pasiyentə şəfa verir.Onlar pərvanə kimi bizim başımıza dolanırlar.

Tibb bacısı Fərqanə xanım da çox gözəl və istiqanlı insandır.Mənə və digər xəstələrə böyük sevgi, diqqət və qayğı göstərdiyinə görə, həkim- onkoloq Altay Məmmədova, tibb bacısı Fərqanə xanıma, bir sözlə, Milli Onkologiya Mərkəzinin bütün tibb personalına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.Onlar bizə şəfa verir, həyata qaytarır və ailəmizi sevindirir. Allah da  onları sevsin  və qorusun!!!

Səməndər Məmmədov Prezident təqaüdçüsü, yazıçı-publisist