“Sevgi insanı həmişə əsəbi edir...” - Oshonun aforizmləri...
Adalet.az Oshonun aforizmlərini təqdim edir:
Sevginin sizi niyə əsəbi, niyə narahat etməsinin səbəbləri var. O şüuardan gəlmir, təhtəlşüurdan qaynaqlanır. Bütün bacarıqlarınız, gücünüz, biliyiniz hamısı şüurdadır. Amma sevgi şüurdan qaynaqlanmır, ona görə də siz onunla nə etmək lazım olduğunu bilmirsiniz, onun öhdəsindən gələ bilmirsiniz; o çox böyükdür.
Təhtəlşüurdan doqquz dəfə böyükdür. Deməli, təhtəlşüurdan gələn nə varsa böyükdür, fövqəladədir. Buna görə də insanlar emosiyalardan qorxurlar. Onlar emosiyaları geri itələyir, onların çaxnaşma yaradacağına qorxurlar.
Düzdü, emosiyalar xaos yaradır, amma xaos çox gözəldir.
Nizam-intizama ehtiyac olduğu kimi, xaosa da ehtiyac var. Nə vaxt ki, nizam-intizam lazımdır, qayda-qanunu işlət, şüurlu beynini işə sal; amma nə vaxt ki, xaosa ehtiyac var, təhtəlşüuru işlət. Qoy xaos olsun, çaxnaşma olsun. Normal, kamil insan bunların hər ikisini işlətməyi bacarır, imkan vermir ki, şüuru təhtəşüurun işinə müdaxilə etsin, ya da əksinə, təhtəlşüur şüurun işinə mane olsun.
Bu həyatın bütövlüyünə inanırıq.
Biz həyatın günüdüzlərinə, gecələrinə,
Həm günəşli, həm buludlu günlərinə inanırıq. Biz inanırıq ki, həyatda olan nə varsa hamısı ondan həzz almaq üçündür.
Yalnız bu haqda bir az məlumatlı olmağımıza ehtiyac var.
Nələr baş verdiyini anlamaq üçün diqqətli olmağınıza ehtiyac var.
Siz özünüzün beyniniz deyilsiniz, siz özünüzün bədəni deyilsiniz.
İçinizdə hardasa şahid var. O, şahid beyninizi, emosiyalarınızı, sizin fizioloji reaksiyalarınızı müşahidə edir.
Bu şahid siz özünüzsünüz.
Bu şahid hər şeydən həzz ala bilər-əgər mərkəzdə dayanarsa.
Beyniniz əzab çəkir, iztirab duyur, o bütün nöm emosiyalardan –məhəbbətdən, istəklərdən, həsrətdən əzab çəkir. Bütün bunlar beynin “layihələridir”.
Beyninizdən kənarda olan, heç vaxt heç yana getməyən isə sizin özünüzsünüz. O həmişə ordadır, öz yerində.
Hazırladı: Vasif Əlihüseyn


Bakı -°C

