adalet.az header logo
  • Bakı -°C
03 Aprel 2026 10:16
108
MARAQLI
A- A+

Ev heyvanları üçün telekanal açıldı

Çinin texnologiya nəhəngi "Tencent" ev heyvanları üçün nəzərdə tutulmuş xüsusi "Pet TV" telekanalını istifadəyə verib.

Adalet.az xəbər verir ki, bu barədə "Sixth Tone" qəzeti məlumat yayıb.

Martın 20-dən fəaliyyətə başlayan telekanal "Tencent Video" platforması üzərindən 24 saat fasiləsiz yayım həyata keçirir. Kanala baxış abunəlik sisteminə əsaslanır və aylıq ödəniş 25 yuan (təxminən 6 manat) təşkil edir. Platformada həm "Tencent"in öz istehsalı olan videolar, həm də ABŞ-nin məşhur "DogTV" resursunun kontentləri təqdim olunur.

Şirkətdən verilən məlumata görə, "Pet TV"dəki bütün videolar heyvanların görmə və eşitmə xüsusiyyətlərinə uyğun hazırlanıb. Belə ki, kadrlarda рeyvanlar üçün xüsusi rəng palitrası seçilib və kadrların yenilənmə tezliyi, eləcə də səs tezlikləri heyvanların qavrayışına uyğunlaşdırılıb.

Materiallar bir neçə kateqoriyaya bölünüb. Hətta konkret it cinsləri üçün nəzərdə tutulan xüsusi videolar da verilişlər çeşidinə daxil edilib./Lent.az