1 APREL ZARAFATI
Gözəl bir insan ölür. Düşür cənnətə, hər şey gözəl, amma dərdləşməyə adam az, çox darıxır. Eşidir ki, hasarın o biri tayında səs-küy, oxuyan kim, çalan kim.
Cənnətin mələyinə deyir ki, qardaş, mən burda təsbeh çevirməkdən yoruldum, mən cəhənnəmə getmək istəyirəm. Deyirlər ki, olmaz. Qayıdır ki, Allahın sevimli bəndəsi deyiləm, niyə mənim sonuncu arzumu yerinə yetirmirsiniz?
Çox çək-çevirdən sonra Cənnətin mələyi onun arzusunu Xaliqə çatdırır. Cavab gəlir ki, ona həyat verin, qaytarın gəldiyi dünyaya, getsin orda günah işlətsin, ondan sonra öldürün, atın cəhənnəmə.
Bu gözəl və ləyaqətli insan sevinə-sevinə qayıdır bu dünyaya. Günah qazanmaq üçün başlayır hamıya pislik etməyə.
Axırda Ölüm mələyi gəlir ki, artıq cəhənnəmliksən, çıx özünü doqquzuncu mərtəbədən at, düşərsən cəhənnəmə.
Günaha batmış gözəl insan sevinə-sevinə qalxır, səkkizinci mərtəbədə qarşısına 70 yaşlı bir qarı çıxır. Fikirləşir ki, bu qarını da zorlasa ən böyük günaha batar və düşər lap cəhənnəmin ortasına. Qarını zorlayır və qalxır özünü doqquzuncu mərtəbədən atır.
Yenə düşür cənnətin ən səfalı yerinə. Cənnət mələyindən qəzəblə soruşur:
- Bəs, bu niyə belə oldu?
Cənnət mələyi:
- Xaliq bu dəfə o qarının duasını qəbul etdi.


Bakı -°C

