adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Sentyabr 2019 15:37
25412
ƏDƏBİYYAT

SƏN(in) OLAN ŞƏHƏR - Şahnaz ŞAHİN yazır

...Siyasətçilərinçox işlətdiyi bir ifadə var:”Əhalinin daha həssas təbəqəsi...”Mən isə bugün ümumiyyətlə insanın düşdüyü həssas məqamlarda gəzişəcəyəm...Hər şeydənvacib olan,amma hər şeydən sonraya saxladığımız,yalnız ciddi problem yarana biləcəkən təhlükəli anlarda tutmağa qalxdığımız Sağlamlıq...Tək-tək olar o adamlarki,can məsələsini,sağlamlıq problemlərini məişət qayğılarından öndə saxlasın!..Bizonu saymırıq,o da bizi görməzdən gəlir,heç "vecinə də almır”...amma qəflətən eləbir TUZ çıxardıb atır qaşımıza,qalırıq önündə aciz...Elə mənim başıma gələnlərkimi...

Ağrıdı,saymadım..,keçib gedər –dedim,keçmədi!..Hər gün daha bir az sərtüzünü göstərdi mənə,üstəlik Tanrı sınağıymış kimi əzizlərim də bir başqa yöndə qoşuldularmənə...Di,indi buyur,bacar dörd yandan hücuma keçən düşmənlə..Şəhərdə də tibbocaqları çox,amma can etibar edə biləcəyimiz,xəstəliyi gözündən yox e,xəstənin"anamnezindən” vuran həkimlərimiz isə barmaqla sayılan!..Yazılan resepti əliməalıb üz tutdum apteklərə.Bir dərmanın axtarışı isə uzun çəkdi,ta 7-8 aptekə başvurmalı oldum..

Hava da yay olmasına rəğmən yamanca küləkliydi,anamdemiş lap "paltarını başına çevirir”...Belə havaya bələdik də,keyfini də,nəfinidə bilirik.Yox.küləyə bir sözüm yoxdu,kainat qayda-qanunlarına baş aparmağagücümüz yetməz ki...Sözüm özümüzədi,hə,lap elə özümə..,sənə..,ona..,onlara..Özaramızdı,əlimizə nə gəldi tullayırıq yerə,zibilləyirik gül kimi şəhəri.!Metronunçıxışında yeraltı keçiddən yerin üstünə çıxmağımı gördüm elə,sanki bayaqdan mənigözləyirmiş,hirsini,əsəbini yığıb tökdü üstümə!Külək nə külək...Nəyin,kiminqisasını alırdı bilmirəm,vallah bir pisliyim də dəyməyib,yerə də zibil atandeyiləm..Amma onun nəyinə gərəkdi günahkar gəzə!Şəhəri bu günə biz insanlarqoymuşuq də...

Bir anda yerdə bir fırtına,bir tornado yaratdı ki,gəlgörəsən..İrili-xırdalı zir-zibili toz qarışıq silib,süpürüb qaldırdıhavaya,insan boyundan da 1-2 metr yuxarı və qaytarıb çırpdı üzümə..Yəni:”Alın,hərkəs sərdiyi xalının üstə oturar...”

Bakı gözəl şəhərdi.,adına neçə-neçə nəğmələrqoşulub,şəninə nə qədər təriflər yazılıb..Hüsnünə,gözəlliyinə vurulmuş,gecələrindənxüsusi zövq almışıq...Amma qorumuruq !Sevgimizin,sevinc və kədərimizin şahidi şəhər...Küçələrindəitmiş günlərimizi soraqlayırıq,xatırələrə dalırıq,kövrəlirik,sevinirik...

"Bakı-gözəl şəhər,mehriban diyar..”deyirik,”Sən,mənimşöhrətim,tükənməz sərvətim..”adlandırıb boyunu oxşayırıq...amma etdiklərimizsöylədiklərimizlə uzlaşmır!Təsəvvqr edin ki.gözəl-göyçək geyinib çıxmısınız yola,yanınızdansürətlə ötən maşın bir andaca bulaşıq suyu üstünüzə sıçradır..,korlanır təm-təraqınız,əhvalınızdəyişir və məlumdur ki,hirsinizi necə çıxarırsınız...Halbuki bu bir sizə aididi,şəhər isə hamımızındı,ümumidi,dünyaya açılan gözəllikdi..İlboyu nə qədər xarici qonaqlar gəlirvə bir könüldən Bakıya vurulur...Biz də Xəzərin qoynuna qısılıb yatan bu gözəllikləfəxr edirik!

Hər gün siması yenilənən,gözəlləşən,gəncləşənBakımızın hüsnünə xələl gətirməyə,onu çirkləndirməyə haqqımız yoxdur.Burdayerli Bələdiyyələrin də qayğısı vacibdir,ən azı lazım olan qədər zibil qutularıqoyulmalıdı ki,yerə zibil atmağa bəhanə olmasın...Hamılıqla şəhərimizin təmizliyiniqorumalıyıq...Onsuz da təbiət özündə xılt saxlamır,qaytarır özümüzə..Nəveririksə onu da alırıq...Və həm də axı,bu Sənin şəhərindi və elə Sən olan şəhərdi..

SƏN OLAN ŞƏHƏR

Bir azca ağrıdı,bir azca qəmdi,

Bir azca sevincdi, sən olan şəhər.

Gözün tək xumardə,sərxoşdu gecə,

Özün kimi gəncdi.sən olan şəhər.

Yağışı ayrıdı,qarı ayrıdı,

Atəşi ayrıdı,qoru ayrıdı.

Mənim ürəyimdə yeri ayrıdı,

Ağzımda bir ayrı tam olan şəhər...

Didərgin ruhumun dinc olan yeri,

Mənim həsrətimin tunc olan yeri...

Uçurub,dağıdıb dəmir sədləri,

Başında qovğalar cəm olan şəhər...

Sən olan şəhərdi,Sən olan şəhər..

Bu yazıq canıma toy tutub gedən..

Bu qədər yolsuzluq içindən belə

Mənim ürəyimə yol tapıb gedən..,

Sonra başımüstə çən olan şəhər-

Sən olan şəhərdi, Sən olan şəhər...