adalet.az header logo
  • Bakı 19°C
02 Dekabr 2022 14:17
2116
MÜSAHİBƏ

Şəmkirli Hovannes: Marşal İvan Baqramyanın erməni xisləti -MÜSAHİBƏ 

Əziz oxucularım, növbəti dəfə sizə məşhur bir erməninin “erməniçiliyi “ haqqında danışmaq istəyirik.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqı marşalı İvan Baqramyan xislətçə digər məşhur ermənilərdən heç nə ilə seçilmədiyinin şahidi olacağıq.Müsahibim, dəyərli araşdırmaları ilə oxucularının qəlbində taxt quran, Azərbaycanın tanınmış yazarı, hərbi jurnalisti, doqquz kitab müəllifi İlham Cəmiloğludur. İlham müəllimlə birlikdə sizi bir erməninin iç üzü ilə tanış edəcəyik.

- İlham müəllim, müşahidələrimə əsasən bu qənatə gəlmişəm ki, Azərbaycanın torpağında doğulmuş (təbii ki, ermənilərin hamısı Azərbaycan torpaqlarında doğulub ) ermənilər bizə qarşı Ermənistanda doğulmuş ermənilərdən daha çox nifrət edir, daha böyük düşmənçilik edir. Elə bu Baqramyan kimi...
 


- Əslində erməninin harada doğulmasından, harada yaşamasından asılı olmayaraq türk xalqlarına qarşı bunlarda genetik bir nifrət var. Sadəcə, Azərbaycanın içində , süfrəmizin başında oturan, çörəyimizi yeyən, dövlətimizin hesabına “adam” olan ermənilərin zərbəsi bizi daha çox incidib. Məsələn, Xocalı qətliamının günahkarları olan Serj Sarksyan, Robert Köçəriyan, Kamo Ağacanyanın qəddarlığı bizi daha çox ağrıdıb. Qaldı Sovet İttifaqı marşalı İvan Baqramyana, o da 2 dekabr) 1897-ci ildə Azərbaycanın Şəmkir rayonunun Çardaxlı (Çənlibel) dağ kəndində anadan olub. Bax həmin Hovannes adlı erməni uşaq ömrünü nəinki Azərbaycana, eləcə də bütün insanlığa qarşı nifrətlə yaşayıb.

- İlham müəllim, təəsüf ki, ermənilələ 200 ildir bir torpağı bölüşürük, bir məkanda yaşayırıq, amma onların iç üzünü son 30 ildə yaxşı tanıdıq. Çardaxlıda doğulan erməni marşalın xislətində nəsə bir dəyişiklik vardımı? Yoxsa oda”genetik zəhərlə” zəhərlənmiş bir erməni idi?


- İvan Baqramyan haqqında araşdırma apararkən müxtəlif dilli mənbələrə müraciət edərkən, Azərbaycanda doğulmasına, o mühitdə böyüməsinə baxmayaraq Hovannesin erməni xislətini aydın gördüm. Baqramyan şəxsi maraqları üçün hər an mövqeyini dəyişməyə qadir bir şəxs olub. “Çevik” transferlik qabiliyyətinə malik Baqramyan əvvəlcə Rus imperiyası ordusunda, sonra daşnak ordusunda, daha sonra isə Qızıl orduda xidmət edib. Baqramyan öz rahatlığı və karyerası üçün bütün vasitələrə əl atıb, hiyləgər manevrləri ilə özünü və hərbi karyerasını qoruya bilib. Düzdür, o, həmişə istədiyinə nail ola bilməyib. Xüsusilə də Stalinin nüfuzlu hərbçilər siyahısında onun adı əks olunmayıb. O, nə qədər canfəşanlıq etsə də, Stalindən nə marşal rütbəsi, nə də “Qələbə” ordeni ala bilməyib. Mikoyan bir neçə dəfə Stalindən bunu xahiş etsə də, Baqramyanın arzuları gerçəkləşməyib.

 


- Bayaq bir –iki erməni mənbəsinə baxdım, ermənilər yazır ki, guya Baqramyan Stalinlə çox yaxın dost olub.


- (Gülülr) Növbəti erməni uydurmaları... Bəli, erməni tarixçiləri onun haqqında az qala əfsanələr yaradıblar, alman faşizmi üzərində qələbənin təmin olunmasında onu müharibə qəhrəmanına çeviriblər, hətta İvan Baqramyanı İosif Stalinin yaxın silahdaşlarından biri kimi təqdim ediblər. Sözsüz ki, bu cür təqdimat mifdən, əfsanədən başqa bir şey deyil. Bir neçə tarixi fakta nəzər salsaq, söylənilənlərin heç bir həqiqətə uyğun olmadığının şahidi olarıq.


- Məsələn...


- Müharibə başlananda Baqramyan şimal-şərq cəbhəsinin qərargah rəisinin müavini vəzifəsində xidmət edib. Almanların hücumu zamanı o, öz əməliyyat rayonunda vəziyyəti düzgün qiymətləndirə bilməyib, son dərəcə təhlükəli əməliyyat şəraiti haqqında Baş qərargaha vaxtında məlumat ötürməyib. Bu cür qeyri-peşəkar yanaşma Baş qərargahda Stalinin iştirakı ilə keçirilən əməliyyat müşavirəsində sərt tənqid olunub.

-Daha sonra?

- İkinci dəfə o, öz qeyri-peşəkarlığını 1942-ci ildə Xarkov əməliyyatında nümayiş etdirib. Həmin ərəfədə cənub-qərb cəbhəsinin qərargah rəisi olan Baqramyanın uğursuz əməliyyatı SSRİ-yə baha başa gəlib. Əməliyyat zamanı sovet ordusunun 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb. Bununla da alman qoşunlarının Stalinqrada və Qafqaza yolu açılıb. Bu uğursuz əməliyyat Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılıb.
Stalin cənub-qərb cəbhəsinin hərbi şurasına məktub ünvanlayıb: “Uğursuz Xarkov əməliyyatı üç həftə ərzində 20 diviziyanı alman qoşunlarına təslim etdi. Bu məğlubiyyət Baqramyanın qeyri-peşəkarlığının nəticəsidir. Onun bu gündən sonra cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidməti məqsədəuyğun sayılmır...”


- İlham müəllim, sözünüzü kəsmək kimi olmasın, bir dəfə bir Rusiyaya məxsus TV-kanalda Böyük Vətən müharibəsindən bəhs edən verlişdə Baqramyanın xəyanəti haqqında özüm dinləmişdim..

- Baqramyan uğursuz Xarkov əməliyyatından sonra tutduğu vəzifədən azad olunub. Əslində, dövrün mövcud Stalin qanunlarına görə, Baqramyan güllələnməyə məhkum olunmalı idi. Amma bu dəfə də erməni həmrəyliyi onu xilas edib. Mikoyan Baqramyan üçün Stalinə ağız açıb. Həmin hadisələrdə Georgi Jukov da Stalindən Baqramyan üçün möhlət istəyib.
Baqramyan hədsiz dərəcədə pafoslu bir şəxs olub, ən kiçik hadisələri belə, “təmtəraqla” təqdim etməyi bacarıb. Çoxlarının bildiyi bir hadisə də buna sübutdur.


-Sizin mətbuatda Baqramyan haqqında bir lətifənizi də oxumuşdum... o qədər gülmüşdüm ki...Onu xatırladarsınızmı?


- Müharibə vaxtı Baltik sahilində ilk olaraq Baqramyanın başçılıq etdiyi hərbi birləşmə mövqe tutub. Erməni general qürrələnərək Baltik dənizinin suyunu şüşə qaba doldurub və adyutantına tapşırıb ki, təcili Moskvaya uçub, suyu Stalinə çatdırsın. Adyutant təyyarədə uçarkən almanlar Baqramyanın qoşunlarını geri çəkilməyə məcbur edib. Təbii ki, bu məsələdən Stalin də məlumatlı olub.
Bunlardan xəbərsiz olan adyutant isə Stalinin qəbuluna gəlib və suyu ona təqdim edib:
- Yoldaş Stalin, qabda Baltik dənizinin suyunu gətirmişəm.
Stalin bir-neçə dəqiqə diqqətlə və eyhamla suya baxdıqdan sonra onu adyutanta qaytarıb:” Siz bu suyu Baqramyana qaytarın və deyin ki, suyu haradan götürübsə, elə ora da boşaltsın”.
- Ay Allah mən buna nə qədər gülmüşdüm…
 Stalin heç vaxt Baqramyanı ciddi qəbul etməyib.Hətta ziyafətlərin birində Stalin üzünü ona tutaraq bu məsələni zarafata salıb: “Gürcülərdən bir marşal var. Amma o həqiqi marşal deyil, “parket” marşaldır (Beriya nəzərdə tutulub). Ermənilərdən isə marşal yoxdur, “parket” marşal olmaqdansa, həqiqi marşal olmağın vaxtını gözləmək lazımdır”. Baqramyanın həyat yoluna diqqət etsək, görərik ki, Stalinin hakimiyyəti dövründə o, Mərkəzi Komitənin üzvü seçilməyib. Jukovun, Mikoyanın, Vasilevskinin xahişlərini belə, Stalin nəzərə almayıb. O, cümlədən Stalin ona marşal rütbəsi verməkdən də imtina edib. Baqramyanın karyerasında Xruşovun hakimiyyətə gəlməsi növbəti uğur mərhələsini açıb.


- İlham müəllim, Rusiya , eləcə də dünya mediası Azərbaycan oğlu general Həzi Aslanovun vaxtsız ölümündə Baqramyanın əli olduğunu iddia etdi. Mediamız da bu haqda yazdı:” 1943-cü ildə isə 1-ci Baltik cəbhəsinin komandirliyinə keçir və burada xidmət edən general-mayor Həzi Aslanovun da rəisi olduğu 35-ci tank briqadası ona tabe olur.Bir azərbaycanlının yüksəlməsi heç vaxt bir ermənini sevindirə bilməzdi. 1944-cü ildəki Belarus kampaniyalarında xüsusi uğur qazanan Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almağa namizəd göstərilir. Amma məhz 29 iyul günü Ovanes (Hovannes) Baqramyan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Belarus kampaniyasının əsas uğur meyarı olan Aslanov isə ikinci dəfə "Qırmızı Ulduz " medalı ilə təltif edilir.
Aslanovun qəhrəmanlıq adını mənimsəmək istəyən Baqramyanın kini bununla da bitmir.
SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı onunla bağlı ciddi qərar verməyə tələsir.
Çünki general Aslanov artıq Baltik cəbhəsinin əsas hərbi lideri və söz sahibinə çevrilirdi.

Burada isə artıq 4 ay idi ki, Aslanov Baqramyanın tabeliyində xidmət edirdi. O, xırda yara almışdı, yaxınlıqdakı hərbi xəstəxanada yatırdı. 1945-ci il yanvarın 23-də Baqramyan H.Aslanovu xəstəxanadan yanına çağırıb deyir:  "Biz bu gün-sabah böyük hücum əməliyyatlarına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edəsən". "Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda almanlarla döyüşdə qəhrəmancasına həlak olur". Bu rəsmi açıqlama idi.
Həzinin dostu Klimenkonun dediyinə görə, Aslanov Baqramyanın yanından çıxıb, öz hissəsinə gəlir və dincəlmək üçün həyətdə içində isti soba olan budkalı maşına girir. Aradan 10-15 dəqiqə keçməmiş H.Aslanov olan maşın altı lüləli minaatandan atəşə tutulur. H.Aslanov ağır yaralanır. Məsələ burasındadır ki, həmin minaatanı almanlardan bizim döyüşçülər qənimət kimi götürübmüşlər. O silah bizim öz ərazimizdə imiş, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi. Elə təəccüb doğuran da budur". Əsl erməni məkri...


- Haqlısınız, əsl erməni xisləti... Şəxsi ambisiyalarına görə xəyanət yolunu rahatlıqla seçən Baqramyan 1964-cü ildə, bu dəfə Brejnevə dəstək olaraq Xruşovun devrilməsində fəallıq göstərib və yeni komandada mövqelərini möhkəmləndirib. Brejnevin hakimiyyəti illərində o, müdafiə nazirinin müavini və Müdafiə nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru vəzifələrində xidmətini davam etdirib.
Baqramyan öz hiyləgərliyi sayəsində yeganə yüksəkçinli hərbçilərdən biri olub ki, ölən gününə, 21 sentyabr 1982-ci ilə, 84 yaşına qədər hərbi mundirdə vəzifə başında olub.


- İlham müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik!

Söhbətləşdi: Əntiqə Rəşid