adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2019 12:17
15999
GÜNDƏM

Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılmış uşağın vəziyyəti ağırdır

Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağının vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, uşaq hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib:

"Uşağın vəziyyəti ağır olub. Onun qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb".