"Satınalma ilə bağlı ciddi və sanballı dəyişikliklər etməliyik" - Deputat
"Şəffaflığın artırılması istiqamətində atılan bütün addımları təqdir edirəm. Dövlət maliyyəsindən səmərəli istifadəni təmin etmək istəyiriksə, "Dövlət satınalmaları haqqında" qanunda indiki kimi yox, daha ciddi və sanballı dəyişikliklər etməliyik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Mətbuatda oxuyurq ki, bir çox hallarda müvafiq dövlət müəssisələrinin rəhbərləri və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə öncədən razılaşmadan nəinki tenderləri udmaq, heç tenderlərə girmək mümkün deyil. Bəzən dövlət müəssisələri pərakəndə satış qiyməti bazarda hamı üçün aydın olan bir malı dəfələrlə baha qiymətə rəsmiləşdirirlər. Bunların qarşısı alınmalıdır və bunun üçün qanunvericilikdə mexanizmlər yaradılmalıdır. Dövlət vəsaitlərinə qənaət üçün bəzən gedib elə yerdən yapşırılar, elə yerdə vəsaitə qənaət etmək istəyirlər ki, adam təəccüb edir", - deyə deputat bildirib.
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

