"Şamaxı batan" gün – 163 il əvvəlki fəlakət...

Şamaxı tarixində ən böyük və dağıdıcı zəlzələlərdən birinin 163-cü il dönümüdür.
Adalet.az xəbər verir ki, 1859-cu il 5.9 bal gücündə zəlzələ Şamaxını yenidən çökdürüb.
Beləki, Azərbaycanın dilbər güuşəsi olan Şamaxı seysmik zonada yerləşən bölgələrimizdəndir. Rayon dəfələrlə zəlzələ nəticəsində darmadağın olub və yenidən tikilib- qurulub.
163 il əvvəl Rusiya imperiyasının tərkib hissəsi olan Şamaxı şəhəri növbəti dəfə tamamilə dağıldı, buna görə şəhər quberniyasının mərkəzi Bakıya köçürüldü və quberniyanın özünün adı da yenilənərək Bakı quberniyası adlandırıldı.
Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişdi. Məhz bu zəlzələnin gücü o qədər böyük olub ki, həmin hadisədən sonra “Şamaxı batan kimi” ifadəsi yaranıb və uzun illərdir dilimizdə ən aktiv frazalarından birinə çevrilib.
Qeyd edək ki, bundan 192 il əvvəl - 1667-ci il noyabrın 25-də Şamaxı zəlzələsi zamanı 80 000 adamın həlak oldugu və şəhərin üçdən birinin dağılması ilə ən pis zəlzələ kimi yadda qalıb.
Əntiqə Rəşid
Digər Xəbərlər

Liftlərə qənim kəsilənlər

Qubada insan sümükləri TAPILDI

Yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Bağçada bədbəxt hadisə - Azyaşlı xəsarət aldı

Sürücünün məsafə saxlamaması qəzaya səbəb olub- VİDEO

Babək prospektindəki təkər bazarında yanğın - VİDEO
