Sahibə Qafarova Azərbaycanın İtaliyadakı səfirliyində olub
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İtaliyaya səfər çərçivəsində Romada yerləşən Azərbaycan səfirliyini ziyarət edib.
Adalet.az xəbər verir ki, S.Qafarova binada yaradılan şəraitlə və səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olub.
Məlumat verilib ki, səfirliyin iş otaqlarında diplomatik korpusun əməkdaşları üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında isə Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycan haqqında dərc olunmuş kitablarla bağlı fotosərgilər yerləşdirilib.
Mədəniyyət Mərkəzinin daxili tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən müxtəlif eksponatlar təqdim olunur. Mərkəzdə tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş, Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar sərgilənir. Burada, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.
Səfirliyin binasının həyətində “Xarıbülbül” beynəlxalq incəsənət festivalının qaliblərinin müəllifi olduqları “Xarıbülbül” maketləri nümayiş olunur.
Digər Xəbərlər
15 Sentyabr 2026 17:41
"Heç kimin qabağında baş əymirik və əyməyəcəyik" - İlham Əliyev
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:43
"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25
Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
15 Sentyabr 2026 14:52


Bakı -°C

