Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır.
Adalet.az xəbər vrir ki,bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və Real Təhlil İnformasiya Mərkəzinə birgə müsahibəsində deyib.
Baş prokuror bildirib ki, əvvəlki illərdən bağlı qalmış 57 cinayətin üstü açılıb. Onun sözlərinə görə, bu işlərdən 17-si 2022-ci ildə, yeddisi isə 2026-cı ilin birinci yarımilindən bu günədək açılıb.
"Cinayət törədilibsə, onun bütün təfərrüatı ilə açılması çox vacibdir. Cinayətkarlar cəzasız qala bilməzlər. Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır. Bu baxımdan, üstündən istər 30, istərsə də 40 il keçsin, hər bir cinayətin açılması zəruridir. Bu məsələyə qətlə yetirilmiş şəxsin yaxınlarının mövqeyindən də yanaşmalıyıq", - Kamran Əliyev qeyd edib.
O bildirib ki, əvvəlki illərdən bağlı qalmış qətl işləri üzrə həlak olanların yaxınları vətəndaş qəbullarına gələrək cinayətlərin açılacağına ümid etdiklərini söyləyirlər. Baş prokurorun sözlərinə görə, belə işlər üzrə prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə birlikdə çalışır, birgə istintaq-əməliyyat qrupları yaradılıb.
Kamran Əliyev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edən şəxslərlə bağlı beynəlxalq hüquqi əməkdaşlığa da toxunub. O bildirib ki, ekstradisiya prokurorluğun gündəlik fəaliyyətinin bir hissəsidir və şəxslərin həm Azərbaycana gətirilməsi, həm də ölkədən digər dövlətlərə ekstradisiyası barədə ictimaiyyətə mütəmadi məlumat verilir.
"Hüquqi yardım və ekstradisiya sahəsində Azərbaycan Respublikası Prokurorluğu ilə Ədliyyə Nazirliyi mərkəzi icra orqanlarıdır. Hər iki qurum bu istiqamətdə fəaliyyət göstərir", - Baş prokuror deyib.
O, 2025-ci ildə 65 nəfərin digər ölkələrdən Azərbaycana ekstradisiya olunduğunu bildirib.
"2025-ci ildə 65 nəfər digər ölkələrdən Azərbaycana ekstradisiya olunub. Hər bir ekstradisiya mürəkkəb prosesdir. İstər biz bir şəxsin ekstradisiyasını tələb edək, istərsə də başqa ölkə bizə müraciət etsin, prosesin bütün mərhələləri yoxlanılır. Bu sahədə qanunun kifayət qədər sərt tələbləri var", - Kamran Əliyev qeyd edib.
Baş prokuror əlavə edib ki, şəxslər başqa ölkəyə ekstradisiya edilməzdən əvvəl məsələnin bütün hüquqi tərəfləri nəzərdən keçirilir.
Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin Trend Beynəlxalq İnformasiya Agentliyinə və Real Təhlil İnformasiya Mərkəzinə verdiyi birgə müsahibə sentyabrın 30-u saat 21:00-da yayımlanacaq.
Digər Xəbərlər
29 Sentyabr 2026 11:09
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
29 Sentyabr 2026 10:53
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39
7 il əvvəlki cinayətin üstü açıldı - Tanışını öldürüb, meyitini su quyusuna atıbmış
21 Sentyabr 2026 09:44
Azərbaycanda yeni hüquqi platforma yaradıldı
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05
Ali Məhkəmə yeniyetmələrin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
15 Sentyabr 2026 10:52


Bakı -°C

